Sığorta şirkətləri

Sığorta nədir? Sığorta haqqında

Sığorta şirkətləri haqqında danışmazdan əvvəl əlbəttə ki, ilk olaraq sığorta anlayışına aydınlıq gətirmək lazımdır. Sığorta nədir? Sığorta dedikdə, ümumilikdə hər hansı bir şəxsin sağlamlığı, mülkü, həyatı və s.-nin qorunması vasitəsilə həyata keçirilən istehsal münasibəti nəzərdə tutulur. Sığorta ilə birlikdə sığorta növləri və sığorta formaları anlayışları da mühüm yer tutur.

Sığorta münasibətləri iki formada həyata keçirilir: 1) icbari 2) könüllü şəkildə.
İcbari sığorta (məcburi) qanunvericilikdə nəzərdə tutulan şərtlərlə sığorta olunanın sığortalanması deməkdir. Məcburi sığorta qanununun həyata keçirilməsi dövlət sığorta orqanlarına tapşırılır. Könüllü sığorta isə sığorta olunanın sığortaçı (yəni, sığorta xidmətlərini təmin edən sığorta təşkilatı) ilə bağladığı müqavilə və bu müqavilənin şərtləri əsasında müəyyənləşən bir prosesdir. Könüllü sığorta könüllü əsaslarla və qanuni yolla həyata keçirilməkdədir. Təbii ki, hər bir ölkədə həyata keçirilən sığorta fəaliyyətlərini tənzimləyən və ona nəzarət edən xüsusi qurumlar mövcud olur. (Azərbaycanda Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti).


Sığorta xidmətləri

Sığorta xidmətlərini həyata keçirən hüquqi şəxslər sığortaçı, sığorta şirkətləri və ya sığorta agentlikləri və s. şəklində adlandırılır. Sığorta brokerləri də sigorta fəaliyyəti ilə məşğul olan təşkilatlardır. Sığorta brokerləri müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsinin bağlanılması, yenilənməsi, davam etdirilməsi məqsədilə təkrarsığortalıya vasitəçilik edən qurumlardır. Bu qurumların əsas işi sığorta olunan ilə sığortaçı arasında körpü rolunu oynayaraq vasitəçilik etməkdir. Məsələn, ola bilər ki hər hansı bir şəxs hansı sığorta şirkətinin fəaliyyətinin yaxşı olduğunu düzgün dəyərləndirə bilmir, ən yaxşı sığorta şirkəti axtarışındadır və bu prosesdə çətinlik çəkir. Bu zaman sigorta brokerleri öz rolunu ortaya qoyur.

Sığorta şirkətləri

Azərbaycanda sığorta şirkətləri kifayət qədər çoxdur, hətta yəqin ki, iş elanları saytlarında hərdənbir “sığorta şirkəti vakansiya” adı altında elanlarla da rastlaşırsınız. Sızin üçün sığorta şirkətlərindən ibarət bir siyahı hazırladıq.

Ölkədə lider olan sığorta şirkətlərinin siyahısı:

Şirkətin adı:                        Veb sayt
AzərSığortahttps://azersigorta.az/
Paşa Sığortahttps://www.pasha-insurance.az/az
Atəşgah Sığortahttps://ateshgah.com/
Ata Sığortahttps://www.atasigorta.az/az
Qala Sığortahttps://www.qala-insurance.az/
Xalq Sığortahttps://www.xalqsigorta.az/
Günay Sığortahttps://www.gunaysigorta.az/az/
İpək Yolu Sığortahttps://iys.az/
Meqa Sığortahttps://meqasigorta.az/
1. Sığorta şirkətlərinin siyahısı

Bu sığorta şirkətləri;

  • daşınmaz əmlakın sığortası,
  • avtonəqliyyat vasitələrinin sığortası,
  • könüllü tibbi sığorta,
  • kasko sığorta,
  • elektron cihazların sığortası,
  • sürücülərin və sərnişinlərin fərdi qəza sığortası,
  • səyahət sığortası,
  • bizneslər üçün nəzərdə tutulan sigorta xidmetleri

və digər növ sığorta xidmətlərini həyata keçirməkdədir.

Sığorta niyə vacibdir? Əsasən, daşınmaz əmlakın sığortası məcburi xarakter daşıyır. Evlərin alqı-satqı prosesində də əmlakın sığortalanmış olması mühüm əhəmiyyətə malikdir. Bundan əlavə heç kəs və heç bir şəxsin əmlakı anidən baş verən təhlükəli hadisələrdən tamamilə xilas ola bilməz. Buna heç nə qarantiya verə bilməz.
Yol qəza hadisələri, evlərin yanması, maşına və digər nəqliyyat vasitələrinə dəymiş ziyan və s. baş verən pis bir hadisə zamanı sığorta şirkətləri həmin ziyanı ödəməyi öz öhdəsinə götürür. (Əgər sığortaçı ilə müqavilə bağlanılıb və həmin əmlak sığortalanıbsa).

Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə edir, əhalinin maddi rifahının, həmçinin sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Sığorta gözlənilməz və fövqəladə hadisələr baş verən zaman əmlak mənafelərinin qorunmasını təmin edərək dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. 

Odur ki sığorta şirkətləri sığorta olunmaq istəyənlər, xüsusilə hər bir fərdi müraciətçidə inam yaratmalı və ən yaxşı sigorta xidmətlərini təklif etməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button