Qorxulu Oyunlar Siyahısı ✅

Yəqinki qorxulu oyunlara hərkəsin marağı yoxdu. Bəzi insanlar yəni həyacanı sevən insanlar daha çox qorxulu oyunlar yükləyib oynamağı sevirlər. Amma çox vaxt az yaşlı uşaqlarında komputer ya telefonda qorxulu oyunlar oynadığını, bu oyunlara maraqlı olduğunu şahidi oluruq. Nə qədər qorxmadığını,təsirlənmədiyini düşünsəkdə belə oyunlar az yaşlı uşaqların psixologiyasına mənfi təsir edir. Onlara şüur altı təsir göstərir. Ona görə də uşaqları bele oyunlar oynamaqdan çəkindirməliyik. 

Aşağıda qorxu,həyacan sevən insanlar üçün ən yaxşi, ən çox oynanılan qorxulu oyunların siyahısını verəcəm. 

Qorxulu oyunlar 2020
  1. SLENDERINA – Dünyanın ən qorxulu oyunu. Qaranlıq çox insan üçün qorxulu olsada bəzi insanlar üçün daha fərqli, daha həyacanlıdır. Oyunçu marağına yenik düşüb girdiyi xaraba ev düşündüyündəndə qorxulu çıxır. Qapılar bağlanır evdən çıxmaq mümkün deyil. Çölə çıxmağın tək yolu evdəki 8 kitabı tapmaqdır. Oyunda tez-tez arxanızı yoxlamalısınız. 
  2. The Dark Descent- qorxunc olan bu komputer oyununda qaranlıq bir lənətlənmiş saraydan və Danieldən bəhs olunur. Oyunu oynayarkən Daniel sizin ən yaxşı sirdaşınız olacaq. Yada bunun əksi ola bilər. Çünki saraydan çıxmaq istəyən hafizəsini itirmiş Danielin başqa yolu yoxdur. 
  3. Dyin Light – oyun zombilərin hücumuna məruz qalmış şəhər haqqındadır. Görüntü qrafikasına görə iddialı olan oyunda zombilərin səsi sizi vahiməyə sala bilər.
  4. Out Last- bu oyun əslində qadağan olunub. Amma oyunun qadağan olmasının səbəbi onun qorxulu olması deyil, real əsaslara dayanmasıdır.Dəlixanadan bəhs edən oyun real həyatda eyni bənzəri olan və dəlillərin saxlandığı xəstəxananın olduğu güman edilir.
  5. Dead Space – oyunda kosmik gəminin xarab olmasından sonra tək qalan sürücü yaşamaq üçün mübarizə aparmaq məcburiyyətində qalır. Oyunçunun vəzifəsi fərqli canlıların hücumuna məruz qalan qəhrəmanı qorumaqdır. 
  6. Among The Sleep- oyunun qəhrəmanı iki yaşlı uşaqdır. Oyunu oynayarkən siz həm qorxacaq həmdə həyacanlacaqsınız. 

Bu siyahını uzatmaq olar. Amma mən burda sizə haqqında məlumatım olan olan oyunların siyahısını verdim. Amma bunlardan əlavə siz aşağıdakı oyunlarında yükləyib oynaya bilərsiniz. 

  • Murder 
  • Troll Face Quest:Horror 2
  • Zombie Dungeon Challange
  • Troll Face Quest :Horror 
  • Undead 2048
  • Dead Swarm
  • Virtual Voodoo
  • Zombie Vacation
  • Timore
  • Ürkütücü Nene Çığlığı:Korkunc Freddy
  • Atafta Yedi Gün

Aşağıda ki siyahıda isə sizə telefon ya komputerdə deyil öz dostlarınızla oynayacağınız qorxulu oyunlar haqqında yazacam. Əgər normal oyunlardan bez isini sə aşağıdaki oyunlar tam sizə görədir. 

  1. Ruh taxtası – dünyanın ən məşhur paranormal oyunudur. Oyunun ixriraçısına aid heçbir melumat yoxdur. Oyun taxtasında əlifbanın hərifləri, 0-dan 9-a qədər rəqəmlər, “bəli”, “xeyir”, “salam”, “sağ ol” sözləri yazılıb. Oyuna qatılan bütün iştirakçılar barmaqlarını taxtanın üstünə qoymalı və digər dünya ilə əlaqə qurmağa çalışmalıdırlar. 
  2. Gecəyarısı adamı oyunu – oyun üçün lazım olanlar şam, bir damla qanınız, bir az kağız, biraz az duz və bir qutu kibritdir. Oynamaq üçün ad və soyadınızı kağıza yazın, iynəni barmağınıza yüngülcə batırıb kağız üzərinə bir neçə damla qanınızı axıdın və qanınızın kağıza hopmasını gözləyin. Sonra həmin kağızı evin qapısının qarşısına qoyaraq, üzərinə yandırdığınız şamı qoyun. Daha sonra qapını 22 dəfə döyün. Sonuncu döyüntü  saat 00:01 olmalıdır. Sonra qapını açın və şamı söndürün. Beləliklə “Gece yarısı adamını” evinizə dəvət edirsiniz. Qapını örtün və şamı yenidən yandırın. Oyun zamanı evdəki bütün işıqlar sönməlidir. Əlinizdəki şam əgər sönsə, demək ” gecəyarısı adam” yanınızdadır.10 saniyə ərzində şamı yenidən yandırmalısınız. Əgər şamı yandıra bilməsəniz gecəyarısı adam bütün gecə sizin kabus görməyinizə səbəb olacaq. 
  3. Güzgüdəki şeytan – əslində bu oyunu ildə iki dəfə oynamaq lazımdır.  Biri 25 dekabr (İsa peyğəmbərin doğulduğu gün) və çarmıxa çəkildiyi cümə günü. Oyuna güzgü və 12 şam lazımdır. Oyuna başlayanda işıqları söndürün, güzgüyə baxın və gözünüzü qırpmadan 12 dəfə ” Şeytan” sözünü deyin. Əgər oyunun şərtlərinə düzgün əməl etsəniz 2 saniyə ərzində güzgüdə şeytanın sifətini görəssiniz. Bu oyunu adətən gecə saat 03:00 da oynayırlar. Çünki qaranlıq qüvvələr ən çox bu vaxtı olur. 

Maraqlı Oyunlar adlı yazımızı isə buradan oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button