Qlobal İstilesme Nədir? Onun Haqqında Bilmədikləriniz ✅
Qlobal istilesme bugün hamını qorxudan, narahat edən, təbiəti təhlükə qarşısında qoyan qlobal bir problemdir. XX və XXI əsrlərdə qurunun və dünya okeanın atmosferinin orta illik dərəcəsinin yüksəlməsidir. Bu gün elm adamları qlobal istiləşmə haqqında həmfikirdilər. Qlobal İqlim Dəyişikliyi sənaye, kənd təsərrüfatı, enerji istehlakı kimi fəaliyyətlarin nəticəsi olaraq, atmosferdə istilik qazlarının miqdarının və sıxlığının artmasından yaranır. Sənayenin inkisafı bizə iqtisadi üstünlük qazandırsada, təəssüf ki ətraf mühitə heç də yaxşi təsir göstərmir.
Qlobal istiləşməyə səbəb olan nədir?
Qlobal istiləşməyə istixana qazlarının səbəb olduğu düşünülür. Buna səbəb olaraq karbon dioksid, su buxarı və metan kimk qazlar göstərilir.
Araşdırmalara görə, 20-ci əsrdə yer səthinin ortalama istiliyi 0,6C artdı,son 40 ildə atmosferin 8 km alt hissəsində də temperatur artdı. Qar örtüyü bə buzlanma təxminən 10% azaldı. Min il əvvəl Afrikaya təsir edən hava dalğası nəticəsində Kilimancoro buzlağının əriməyə başladığı qeyd edildi.
Leysan şəkilində yağışların artması, dənizdə su səviyyəsindəki artım,fırtına və daşqın ziyanlarının artması, buxarlanma miqdarının artması, və bununla əlaqədar quraqlıq qlobal istilesmenin nəticələrindəndir.
Qlobal istiləşmənin verdiyi zərərin fərqindəyik,amma bunu qıraqdan sakitcə izləməməliyik. Məsuliyyəti öz üzərimizə götürüb bunun üçün əlimizdən gələni eləməliyik.
Qlobal istiləşmənin qarşısını almaq üçün nə etməliyik?
Qlobal istixana qazlı tullantılarının əsas səbəbi kömür, neft bə təbii qaz istehlakıdır. Qalan hissəsi isə kənd təsərrüfatı və meşələrin qırılmasının üstünə düşür.
İstixana qazı tullantılarının qarşısını almaq, minimuma endirmək üçün bəzi şeylərə diqqət yetirmək bəs edir.
Daha az kömür, neft və təbii qaz istehlakı ilə başlaya bilərik.Qış şəraitində istiliyin vazkeçilməz bor şey olduğunu bilirik,amma ən azından ətrafa daha həssas olmaqla bu ehtiyacı qarşılaya bilərik. Məsələn evlərimizi istilik itkisinə qarşı izolyasiya etmək fayda verə bilər.
Əsas diqqəti üzvi qidalara yönəldə bilərsiniz. Bu həm sağlamlığımıza, həm də iqlimə faydalıdır. Azot oksid iqlim üçün zərərlidir,qlobal istilesmede paya sahibdir. Sənaye bə kənd təsərrüfatında süni gübrələrin istifadəsi də bu qazın sərbəst buraxılmasına səbəb olur. Üzbi əkinçilikdə süni gübrələrin istifadəsinə icazə verilmir. Bu səbəblə də daha az azot oksid üzə çıxır bu da iqlimin qorunmasına fayda verərək qlobol istiləşmənin qarşısını almaqda böyük bir addım sayılır.
Polad və sement istehsalı zamanı karbon dioksidin sərbəst buraxıldığını bilirik. Amma eyni şey ağac və ya bambuk kimi təbii materiallarla baş vermir. Şüurlu tikinti materialları seçərək iqlimin qorunçasına töhfə verə bilərik.
Su ehtiyyatlarından da yaxşı istifadə etməliyik. Diş fırçalamaq, qab yumaq, üz qırxmaq kimi gündəlik vərdişlərimizdə suyu açıq buraxmamaq da böyük qazancdır.
Yəni gündəlik həyatımızda aldığımız önləmlərdə qlobal istilesmenin qarşısını almaq da kömək edir.
Qlobal istilesme və insan həyatına mənfi təsirləri:
Araşdırmalar göstərir ki, qlobal istilesme insan həyatına mənfi təsir edir. Faxiəli metroloji hadisələr, ərzaq və su ehtiyyatina təsir edən qeyri – sabit iqlim şəraiti, infeksion xəstəliklərim baş verməsi qlobal istilesmenin fesadlarıdlr.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, iqlim dəyişməsinin davaç etməsi sağlamlığa aid bəzi faktorlardan olan qida məhsullarına, hava və suya mənfi təsir göstərir.
Dəniz səviyyəsinin artması, qlobal istilesmenin digər nəticəsi – sahilboyu rayonların su altında qalması təhlükəsini artırır. Bu da əhalinin miqrasiyasına səbəb ola bilər.
Dünyada hər 10 nəfərdən 4-ü su çatışmazlığından əziyyət çəkir. Su qıtlığı və suyun keyfiyyətinin pis olması, gigiyena və sağlamlıq üçün təhlükə törədə bilər. Bu da infeksiya, ishal və ya korluğa gətirib çıxara bilər.