Pul vahidləri


Pul vahidləri hansılardır?

Pul vahidi nədir? Pul vahidi dedikdə dünya üzərindəki müxtəlif ölkələrin öz valyutasını müəyyən edən pulla bağlı terminlər başa düşülür. Hər ölkənin özünə xas olan əsas pul vahidi vardır. Məsələn, bizim ölkəmizin əsas pul vahidi (rəsmi pul vahidi) Manat hesab olunur.

Dünya pulları – dövlətlərin pul vahidləri

Aşağıda marağınızı ən çox cəlb edə biləcək dövlətlərin pul vahidlerinin siyahısı paylaşılıb:

Ölkənin adımüvafiq ölkənin pul vahidi
AlmaniyaAvro (€)
RusiyaRubl (rus rublu)
AmerikaDollar (ABŞ dolları)
TürkiyəTürk lirəsi (Lira)
YaponiyaYen (¥)
VyetnamDonq
Şri-LankaRupi (Re)
Səudiyyə ƏrəbistanıRiyal
ÖzbəkistanSum
İranReal
GürcüstanLari (ლ.)
QazaxıstanTenqe (₸)
HindistanRupi (Hindistan rupisi)
Cənubi KoreyaVon (₩)
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri)  Dirhəm  
UkraynaQryvnia  (₴)
PolşaZloty
YunanıstanAvro
İsveçKron (kr)
İspaniyaAvro
FransaAvro
İsveçrəFrank (₣)
Böyük BritaniyaFunt sterlinq (£)
AvstriyaAvro
Dovletlerin pul vahidleri

Əlinizdə olan hər hansı pul vahidinin digər ölkələrdəki müvafiq dəyər qarşılığını öyrənmək istəsəniz Google-da “valyuta converter” adı altında axtarış edərək bunu öyrənə bilərsiniz. Bu, əsasən səyahət edənlər, xarici ölkələrlə müxtəlif əməkdaşlıqlar və ya ticarət əlaqələri həyata keçirənlər, xarici ölkədə yaşayan yaxınlarına müəyyən məbləğdə pul köçürmək istəyən insanlar üçün maraqlı olur.

money tree with dollar notes as leaves in pot stock photo Slide01
Dunya pullari – pul vahidleri haqqinda

Ən dəyərli pul vahidləri

Təbii ki, dillər əzbəri olan ABŞ dolları – çox insan dollarlar şəklində pul qazanmaq istəyir. Eləcə də EURO və s. Əslində, valyutanın tez-tez dəyişdiyini nəzərə alsaq, buna çox da etibar etmək olmaz. Ancaq bir gerçək var ki, iqtisadiyyatı çox güclü olan ölkələrin pul vahidlərinə az-çox güvənmək mümkündür. Əsas olan çox pul qazanmağı hədəfləməkdir. Bəlkə də, bu bloq sizə çox pul qazanmaq üçün motivasiya olacaq – fərqli ölkələrdəki insanlarla əməkdaşlıqlar qurmaq, müxtəlif valyutalarla işləmək və s.

Yuxarıda göstərilən pul vahidlerinin bəzilərinin emissiya mərkəzi eynidir. Məsələn, Avro, Frank və s. pul vahidlərinin. Emissiya mərkəzi anlayışının nə olduğunu, əlbəttə ki, öyrənmək istərdiniz. Emissiya mərkəzi – pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılmasını təşkil edən qurumdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button