Milyonlarla pul qazandıran domen adları

Milyonlarla pul qazandıran domen adları

Dünyanın rəqəmsal mənzərəsi hər il getdikcə daha da rəngarəngləşir. Son statistikalar göstərir ki, il ərzində dünyada milyonlarla insan öz saytını yaratmaq üçün fərqli domen adlarına müraciət edir. Bu isə “.com”, “.co.uk”, və ya “.org” kimi məşhur domenlərin nisbətən daha geniş istifadə edilməsi fonunda insanlar arasında kreativlik axtarışından və ya digər səbəblərdən qaynaqlanır. Bəzən isə bu işi ticarətə çevirənlərə də rast gəlinir. Belə ki, bir o qədər də məşhur olmayan ölkələrin domen adları müəyyən tərəflər vasitəsilə satın alınaraq, daha sonra baha qiymətə satıla bilir. 

Böyük Britaniyanın “Nominet” domen reyestri hər il ən çox qeydiyyatdan keçmiş domenləri olan ölkələrin yer aldığı dünya xəritəsini dərc edir. Beləliklə, şirkətin 2019-cu ilə aid xəritəsində Çin, Almaniya, Böyük Britaniya kimi ən böyük satıcılarla birgə sizi təəccübləndirəcək bəzi adlara da rast gəlmək mümkündür. 

Məsələn, Yaponiyanın şərq sahilləri, Sakit okeanın cənubunda cəmi dörd kvadrat mil ərazini əhatə edən, Yeni Zelandiyanın mülkü Tokelaunu misal göstərə bilərik. Onun “.tk.” ünvanında qeydiyyatdan keçmiş 25,1 milyon domeni var. Bu göstərici ilə ölkə Çini geridə yəni ikinci sırada qoyaraq, dünya üzrə ən yüksək göstəriciyə sahiblənib. Ölkəninn “.tk” domenlərinin satışından hər il nə qədər pul qazandığı tam açıqlanmasa da, məlumata görə, 2007-ci ilə qədər müvafiq domen qeydiyyatı vasitəsilə ÜDM 10 faizdən çox artmışdı. Buna baxmayaraq, ölkə hələ də dünyanın ən kiçik iqtisadiyyatına ev sahibliyi edir.

Tokelau ilə yanaşı bir çox digər kiçik ölkələr də məşhur domenləri sataraq, milyonlarla funt sterlinq qazanmağı bacarıb.

Ölkələr və onlara pul qazandıran domen adları

Anguilla

Anguilla adası xarici turistlərə xidmət göstərərək, iqtisadiyyatını inkişaf etdirməyə nail olsa da, bir o qədər də adı məşhur olan bölgələrdən deyil.  Sakit okeanın cənubundan Karib dənizinə qədər, 35 kvadrat mil ərazidə yerləşir. Çimərliklər, qum və günəşlə yanaşı, ölkəni daha çox tanıtdıran nüanslardan biri də texnoloji startaplar arasında məşhur olan “.ai” domenidir. Belə ki, ölkə “.ai” domenini texnoloji startaplara sataraq milyonlar qazanır. Son statistikalara görə, ölkə 2018-ci ildə domen qeydiyyatından 2,9 milyon dollar qazanıb. Ancaq müvafiq məlumatın verilməsi ilə bağlı məsul şəxs olan Vinsent Keyt “This is Money” jurnalına 2019-cu ildə gəlirin daha çox artdığını bildirib. Qazanılmış gəliri rəqəmlərlə ifadə etsək, təxminən 4 milyon dollar və ya 3 milyon funt sterlinq təşkil edib. 

Gernsi

Kanal adaları hissəsi kimi İngilis kanalında yerləşən bu adaya məxsus “.gg” domeni kifayət qədər məşhurdur. “Nominet” şirkətinin məlumatına görə, müvafiq domen 2018-2019-cu illər arasında 15 274 qeydiyyatdan keçmiş veb-sayt statistikası ilə 107 faiz böyüyüb. “.gg” ifadəsi oyun dünyasında “good game” ifadəsinin abbreviaturası olduğu üçün bazarda kifayət qədər tanınır. Gernsi dövlətinin nə qədər gəlir qazandığı açıqlanmasa da, video oyun həvəskarlarının, satıcılarının bu domen üçün böyük məbləğlər xərclədiyi qeyd edilib.

Tuvalu

Cənubi Sakit Okeanı yeni Silikon Vadisinə çevirməsə də, Tokelaunin ada dövləti olan Tuvalu “.tv” domeni böyük məbləğlər qazanır. Cəmi 11.000 əhaliyə ev sahibliyi etsə də, dünyanın ən böyük şirkətlərindən birinin sayəsində ildə təxminən 4 milyon funt-sterlinq gəlir əldə edir. Bir domeni qeydiyyatdan keçirmək təxminən 77,35 funt sterlinqə başa gəlir ki, Tuvalunun isə Amerikanın “Verisign” domen reyestr şirkəti ilə müqaviləsi var. Tuvalunun ən məşhur müştərisi 2014-cü ildə “Twitch.tv” onlayn video oyun yayımı saytını 970 milyon dollara satın alan Amazondur. 2018-ci ilin may ayına olan məlumata görə, “Twitch”in 27.000 kanalı, 2.2 milyon yayımçısı və gündəlik 15 milyon aktiv istifadəçisi var.

Digər maraqlı məqamlardan biri də budur ki, “Netflix” və ya “Hulu” kimi brendlər “.tv” əvəzinə “.com” domenindən istifadə etsə də, internetdə “Netflix.tv” və ya “Hulu.tv” adlarını axtararkən, siz həmin vebsaytlara yönləndiriləcəksiniz.

Kokos adaları

Kokos adaları Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya aid olan adalar qrupudur. Sözügedən adalar qrupuna məxsus “.cc” domeni 667,000 qeydiyyata sahibdir. Bir çox xristian kilsələri və təşkilatları, velosiped klubları və s. kimi şirkətlər bu domendən istifadə edirlər. Məsələn, “Reading” velosiped klubu “.cc” domenindən istifadə edir ki, halbuki bu kifayət qədər tanınmış velosiped idman geyimləri satıcısı “Rapha”nın veb ünvanı “Rapha.cc”dir.

Son olaraq qeyd edək ki, bazar tələblərinə uyğun domen adlarını alaraq, müxtəlif şəxslər, sahibkarlar, təşkilatlar öz gəlirlərini artıra bilir. Bunun üçün isə sadəcə araşdırmalar aparmaq və mövcud şəraiti dəyərlərndirmək kifayətdir.

Həmçinin oxu – Visa Kart Nədir Və Üstünlükləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button