Psixoloji məsləhətlər ✅
İnsan qəribə varlıqdır. Özü haqqında çox şeyi bilmədiyi halda başqa həyatlarla maraqlanır. İnsan psixologiyası inanılmaz dərin bir dəhlizdir. Dərinə endikcə fərqli və bir birindən maraqlı məlumatlar almaq olur. Alimlər hər gün insan psixologiyasını aydınlatmağa və dərin bilgilər tapmağa davam edir.
Bəzən həyatımızın çətin, sıxıntılı ya da nə edəcəyimizi bilmədiyimiz zamanlar olur. Və bu dönəmlərdə psixoloji məsləhətlərə çox ehtiyac duyuruq. Ya ətrafımızdakı insanların məsləhətlərindən faydalanırıq ya da ki psixoloqların. Məsələn ayrılıq acısı çəkəndə və yaxud bir yaxınımızı itirəndə. Dərin bir boşluğa düşəndə. Bu zamanlar özümüzlə tək qalıb və ya təcrübəli insanlardan psixoloji məsləhətlər almaq lazımdır. Aşağıda sizə psixoloqların verdiyi bir neçə məsləhətlər yazacam.
1.Düşüncənizi yazın.
İnsanın özünü ən yaxşı ifadə etməsi yolu öz içindəkiləri tökməsidir. Bunun üçün içinizdə keçən şeyləri yazın. İçinizdən keçənləri yazmaq, özünüzü yazılı olaraq ifadə etməniz səkinləşmənizə, əsəbinizin keçməsinə, və daha sağlıqlı düşünməyinizə səbəb olacaq.
2.Çox stresli olduğunuz zamanlar pozitiv tərəf tapmağa çalışın.
Streesli olduğunuz zaman yaxşi bir şey düşünün. Məsələn həmin vaxt elediyiniz işi bitirməyin sizin üçün nə qədər faydalı olacağını düşünüb özünüzü motivə edin.
3.Gəzintiyə çıxın.
Bəzi vaxtlar sizi sıxan, yoran şey nə olsa da biraz fiziksəl olaraq ordan uzaqlaşmağa çalışın. Biraz uzaqlaşıb hava almaq sizə yaxşı gələcək. Düzənli olaraq gəzintiyə çıxmanız,təmiz havada gəzməyiniz beyninizi sakitləşdirə və Streesli mübarizə etməyinizə kömək edər.
4.Neqativ düşüncələri yox saymayın.
Hərkəsin az və ya çox dərəcədə sahib olduğu neqativ düşüncələr həyatın bir parçası və həyatımızı məndiya dəyişdirən bir faktordur.
Bu düşüncələr sizi bitirməsin deyə onları yox saymayın. Mənfi düşüncələri qəbul edin amma onların sizin həyatınıza təsir etməyinə icazə verməyin.
5. Yaxınlarınızın siyahısını tutun.
Hamımızın həyatında yaxşı anladığımız, içimizi ona açdığımız, çətin anlarımızda məni o anlar dediyimiz insanlar var. Bu insanların siyahısını tutun. Və beləcə həyatda yalnız olmadığınızı hiss edərsiniz. Sizin üçün önəmli birilərinin olduğunu və sizin də biriləri üçün önəmli olduğunuzu hiss etmək sizə hər zaman yaxşi gələcək.
6.Mənfi bir düşüncəyə ilişib qalanda həyatınızdakı 2 şeyi xatırlayın.
İnsan mənfi düşüncələrlə tək qalanda, mənfi düşüncələrə ilişib qalanda həyatındakı şükür edilməli olan şeyləri çətin xatırlayır. Hərkəsin həyatında uğursuzluqlar vardır,hamımızın həyatında yaxşı və xoş olmayan hadisələr var. Ümidsizliyə düşəndə yenə də 5 dəqiqə ayırıb həyatınızda olan iki önəmli şeyi kağıza yazın.
Əmin olun ki bundan sonra yaxşı olacaq və şükür etməli olduğumuz şeylərində olduğunu xatırlamağımıza səbəb olacaq.
Terapist Kasi Hovard streesli zamanlarda sahib olduğunuz gözəl şeylərin siyahısını tutmağın stresi azaltdığını və insanı neqativ düşüncələrdən uzaqlaşdırdığını söyləyir.
7. Özünüzü gərgin hiss edəndə “ən pisi nə ola bilərki?” sualını verin.
Bəzi zamanlar narahatlıqlarımıza ilişib qalır, özümüzü stressə salırıq. Bu zaman özünüzə “Ən pisi nə ola bilər?” sualını verin. Bu sualdan sonra artıq ən pis ehtimal sizi qorxutmayacaq.
8.Yuxu rejiminizi pozmayın.
Yaxşı və düzənli yuxu ruh sağlığımız üçün ən önəmli faktordur. Buna görə də heç vaxt yuxu rejiminizi pozmayın.
9.Ağlamaq istəyəndə ağlayın.
Gülüşün ömrü uzatdığını və sağlamlığa xeyirli olduğunu bilirik. Həmçinin ağlamaq da insana xeyir edir. Düzdü bu qəribə səslənə bilər. Amma gərgin olduğumuz zaman biraz ağlamaq, göz yaşı həqiqətəndə sakitləşmətə kömək edir. Ağlamaq bir sakitləşdirici dərman kimi insanı sakitləşdirir. Ən təbii sakitləşdiricidir. Ona görə də insanlar ağladıqdan sonra yatmaq istəyirlər. Çünki bədən sakitləşib, halsızlaşıb. Bu psixoloji meslehetler arasında ən vacibidir.
Göz yaşı həm də vücudumuzu bəzi toksinlərdən təmizləyir. Ağlamaq bədənimizdəki kimyəvi maddələri xaricə çıxmasına kömək edir və gözlərimizi bakteriyalardan təmizləyir.