Polşada təhsil almaq üçün bu məlumatları mütləq bilməlisiniz!

Polşa Avropanın mədəniyyət və təhsil beşiyi olaraq tanınır. Təbii gözəllikləri ilə bol olan təbiəti, dənizi, mehriban, səmimi insanları, rəngarəng şəhər həyatı ilə qəlbləri valeh edir. Məhz bu və digər müsbət tərəfləri ilə ölkə hər il minlərlə gənclərə təhsil almaları üçün ev sahibliyi edir. Təbii ki, gənclərin buraya axın etməsinin təkcə ölkənin bənzərsiz üstünlükləriylə əlaqəli deyil. Eyni zamanda Polşa universitetləri yüksək keyfiyyətli təhsil sistemi ilə dünya üzrə reytinqlərdə lider sıralarda gələn ali təhsil ocaqlarındandır. Gəlin, tələbə mübadiləsi proqramları, müxtəlif burs imkanları, daha rahat qəbul formaları ilə əcnəbi tələbələrə öz qapılarını açan Polşa universitetləri haqqında daha ətraflı məlumatlarla tanış olaq.

Polşada necə bakalavr təhsili almaq olar?

Polşa universitetlərinin bir çoxu sadəcə attestat sənədiylə tələbə qəbulunu həyata keçirir. Beləliklə, orta məktəb attestatıyla nüfuzlu universitetlərdə tələbə adını qazana bilərsiniz. Ölkədə tədris əsasən polyak dilində həyata keçirilsə də, ingilis dilli təhsil təklif edən universitetlər də kifayət qədərdir. Ümumilikdə isə attestatla yanaşı ingilis dili biliyinizi təsdiq edən İELTS sertifikatınızı da təqdim etməlisiniz. Əks halda bir il əlavə ingilis dili üzrə də təhsil almalı olacaqsınız. Polşada bakalavr pilləsi üzrə təhsil müddəti 3 ildir. 

Bakalavr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Xarici şəxsiyyət vəsiqəsi
  • Fotoşəkil
  • Attestat sənədi
  • İngilis dili sertifikatı
  • Motivasiya məktubu və ya tövsiyyə məktubu ( müraciət olunan universitet tələb etdiyi halda)

Polşada necə magistr təhsili almaq olar?

Polşa universitetlərində magistr pilləsi üzrə təhsil almaq üçün bakalavr təhsili üzrə ortalama qiymət göstəricisinin yüksək olması önəmlidir. Tədris müddəti 1.5-2 il davam edir. Ümumilikdə şərtlər universitetlərə bəzən ixtisaslara görə dəyişə bilir. Ona görə də müraciət etdiyiniz zaman universitetlərin rəsmi saytlarına daxil olaraq tələb olunan sənədləri, şərtləri diqqətlə oxuyun. Bəzən motivasiya, tövsiyyə məktubları istənildiyi halda bəzi universitetlər tələb etməyə bilir. Ancaq İELTS və ya TOEFL üzrə ingilis dili biliyinizi təsdiqləyən sertifikatın təqdimatı əsas şərtlərdəndir. Tədrisiniz böyük ehtimalla ingilis dilli olacağı üçün bu nəticəni təqdim etmədiyiniz halda əlavə bir il ingilis dili kursu oxumalı olacaqsınız. 

Magistr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu
  • Transkript
  • Fotoşəkil
  • Xarici şəxsiyyət vəsiqəsi
  • İELTS və ya TOEFL nəticəsi
  • CV
  • Motivasiya məktubu və ya tövsiyyə məktubu ( müraciət olunan universitet tələb etdiyi halda)

Polşada necə təqaüdlü təhsil almaq olar?

Polşa hökuməti ikitərəfli beynəlxalq müqavilələr əsnasında və ya ölkənin dövlət universitetlərində təhsil almaq, tədqiqat aparmaq üçün universitet tələbələrinə, tədqiqatçılara və ya müəllimlərə çoxsaylı təqaüdlər təyin edir. Müvafiq şərtlərə cavab verən əcnəbi tələbələr təqaüd ərizələrini Polşa hökumətinə və ya akademik tanınma və beynəlxalq mübadilə ofisinə (Biuro Uznawalnosci Wyksztalcenia I Wymiany Miedzynarodowej – BUWIWM) göndərməlidir. Müraciətlərə büronun Polşada xarici məşğulluq və təhsil departamenti tərəfindən baxılır. Yekun qərarı isə elm və ali təhsil nazirliyi verir ( www.buwiwm.edu.pl). 

Avropa Birliyi təqaüdləri

Digər təqaüd proqramı isə bakalavr təhsili üçün Avropa Birliyi (European Union) tərəfindən verilən təqaüd proqramıdır. Təqaüd Master Management, Master Datascienses və İnternational Relations ixtisaslarını əhatələyir. Proqramdan yararlanmaq üçün İELTS və ya TOEFL balınln 6.0-6.5 olması, GPA balının isə 60dan yüksək olması tələb olunur. Müraciət üçün https://wsb.edu.pl/en saytına daxil ola bilərsiniz. 

Visegrad təqaüdləri

Visegrad təqaüd proqramı Polşa ilə yanaşı Slovakiya, Çexiya və Macarıstanda da magistr təhsil almaq şansını əhatələyir. Proqram illik təhsil haqqını qarşılamaq üçün tələbələri hər smestr 1500 avro və 2500 avro məbləğində stipendiya ilə təmin edir. Təqaüd proqramına müraciət zamanı isə ingilis dili biliyi tələb olunmur. Müraciət üçün linkə keçid edə bilərsiniz  – https://my.visegradfund.org/scholarships.

Bundan başqa ölkə universitetlərinin bir çoxunun da təyin etdiyi müxtəlif təqaüd imkanları mövcuddur. Qazandığınız təqaüdlər əksərən aşağıdakı xərcləri əhatələyir.

  • Təhsil haqqı
  • Sağlamlıq sığortası
  • Yataqxana xərci
  • Aviabilet xərcləri və s.

Polşa Lukasiewicz dövlət təqaüdü

Sözügedən təqaüd proqramı xarici işlər nazirliyinin və Polşa milli akademik mübadilə agentliyi (NAWA) proqramının birgə  təşəbbüsü olaraq həyata keçirilir. Layihə mühəndislik, informatika, sosial elmlər, incəsənət və s. kimi ixtisaslar üzrə magistr pilləsi üzrə bütün xərcləri əhatə edir.

Maria Curie-Sklodowska universiteti təqaüdü

Proqram bakalavr və magistr tələbələrinə tam şəkildə təqaüd imkanları təklif edir. Bu universitetin Lublindəki təqaüd proqramlarına müraciət etmək üçün beynəlxalq əlaqələr, turizm menecmenti, biznes analizi kimi proqramlara müraciət etməlisiniz. Universitetin digər tələbi isə ingilis dili üzrə beynəlxalq sertifikata sahib olmaqdır. 

Lazarski Universiteti təqaüdü

Polşada bakalavr və magistr proqramlarına müraciət etmək istəyən tələbələr üçün nəzərdə tutulub. Bu təqaüd proqramına müraciət etmək üçün ingilis dili biliyinizin lazımi dərəcədə olması tələb olunur. 

Ulam beynəlxalq təqaüd proqramı

Polşa Milli Akademik Mübadilə Agentliyi tərəfindən (NAWA) texnologiya və elm sahələri üzrə nəzərdə tutulan Ulam beynəlxalq təqaüd proqramını yaradılmışdır. Layihənin məqsədi ölkənin elmi və ali təhsil müəssisələrinin beynəlmiləlləşməsini artırmaqdır. Proqram həm tanınmış, həm də ən azı doktorluq dərəcəsi almış prespektivli alimlərə Polşa müəssisələrinin elmi potensialını gücləndirmək və onların elmi fəaliyyətlərində, əsasən tədqiqat layihələrində iştirak etmək məqsədilə Polşaya səfər etmək imkanı verir. Proqram, yaşından asılı olmayaraq dünyanın hər yerindən və bütün elm sahələrini təmsil edən alimləri, o cümlədən xaricdə daimi işləyən polşalı alimləri əhatələyir. 

SWPS sosial və humanitar universitetlər təqaüdü

SWPS universiteti Nencki eksperimental biologiya institutu və Psixologiya institutu ilə əməkdaşlıq edir. Ali təhsil ocağı həmçinin Polşanın ən yaxşı universitetlərindən biridir. Sözügedən universitet hər il 10 bakalavr tələbəsinə təqaüd imkanları təklif edir. Namizədlərdən psixologiya, idarəetmə və liderlik, ingilis dili, dizayn sahələrində bakalavr və aspirantura üzrə tam ştatlı ingilis dili proqramlarına müraciət etmələri tələb olunur.

Polşanın nüfuzlu universitetləri hansılardır?

Polşa universitetləri xarici dil imtahanlatrı üzrə kifayət qədər yaxşı bal topladığınız zaman imtahansız daxil ola biləcəyiniz ən ideal təhsil müəssisələridir. Ölkə universitetləri Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşlarına pulsuz təhsil vəd edir. Avropa Birliyinə daxil olmayan ölkələrin tələbələri üçün isə təhsil ödənişlidir. Beləliklə, uğur sırasına görə Polşanın ən yaxşı universitetlərindən bəzilərini təqdim edirik.

Jagiellonian Universiteti

Jagiellonian Universiteti 1934-cü ildə III Polşa kralı Kazimierz tərəfindən yaradılmışdır. Həmin vaxtdan bəri Polşanın ən qədim universiteti adını daşıyır. Polşadan sonra bura Mərkəzi Avropanın ikinci ən qədim universitetidir. Xüsusilə bütün dünyada filologiya institutu ilə məşhurdur. Polşanın Krakov bölgəsində yerləşən dövlət universitetidir.

Varşava Tibb Universiteti

Varşava Tibb Universiteti Polşanın ən qədim və əsaslı tibb universitetidir. 1809-cu ildə qurulan universitet tibb, stomatologiya, tibb elmləri, əczaçılıq və səhiyyə elmləri kimi fakültələrdən ibarətdir. Universitet həmçinin əcnəbi tələbələr üçün xarici dillər üzrə hazırlıq kursları da təklif edir.

Varşava Universiteti

1816-cı ildə ölkə paytaxtında yaradılmış Varşava Universiteti Polşanın ən qədim və ən böyük universitetlərindən biridir. Elmi tədqiqatlarda dünya səviyyəsində uğur qazanan məktəbdə 20 fakültə, 30 bölmə var. Erasmus proqramı ilə əməkdaşlıq çərçivəsində  beynəlxalq tələbə qəbulu nisbəti yüksəkdir.

Adam Mickiewicz Universiteti

Məşhur Polşa şairi Adam Mitskeviçin adını daşıyan Adam Mitskeviç Universiteti 1915-ci ildə təsis olunub. Məktəbdə iqtisadiyyat, tibb, hüquq, riyaziyyat, insan və təbiət elmləri, kənd təsərrüfatı və meşəçilik kimi bir çox sahədə təhsil təklif edən şöbələr var. Universitet həm də Avropada və Polşada sosiologiya fakültəsi açan ilk tədris ocaqlarından biridir. Sözügedən dövlət universiteti Poznanda yerləşir.

Krakov Texnologiya Universiteti

Krakov Texnologiya Universiteti 1946-cı ildə yaradılıb. Universitet tələbələrə memarlıq, elektrik və kompüter mühəndisliyi, inşaat mühəndisliyi, ətraf mühit mühəndisliyi, kimya mühəndisliyi və texnologiya, maşınqayırma, fizika, riyaziyyat və kompüter fakültəsi kimi ixtisaslar üzrə  elm və texnologiya yönümlü təhsil imkanları təklif edir. 

Polşa universitetlərində təhsil haqqları nə qədərdir?

Yüksək səviyyəli təhsili, müasir standartlara cavab verən universitetləri ilə Polşa digər Avropa ölkələriylə müqayisədə daha münasib təhsil haqqı təklif edir. Müraciət edəcəyiniz universitet və ixtisasdan asılı olaraq Polşada illik təhsil haqqı 2500-4000 avro arasında dəyişir.

Polşanın ən ucuz universitetləri hansılardır?

  • Krakov İqtisadiyyat Akademiyası
  • Katowice İqtisadiyyat Akademiyası
  • Lodzdakı Humanitar və İqtisadiyyat Akademiyası
  • Adam Mickiewicz Poznan Universiteti
  • Krakov Kənd Təsərrüfatı Universiteti
  • Amerika İngilis Akademiyası
  • Lublin Katolik Universiteti
  • Elm Kolleci, Varşava
  • Avropa Rəssamlıq Akademiyası
  • Qdanskdakı Gözəl Sənətlər Akademiyası
  • Qdansk Tibb Akademiyası
  • Qdansk Texniki Akademiyası
  • Jagiellonian Universiteti, Krakov
  • Katowice İqtisadiyyat Məktəbi
  • Kozminski Universiteti
  • Lodz Texniki Universiteti
  • Qdansk Tibb Akademiyası
  • Lodzdakı Tibb Akademiyası
  • Wroclaw Tibb Akademiyası
  • Krakov Musiqi Akademiyası
  • Varşavada Polşa Açıq Universiteti
  • Polşa-Yapon İnformasiya Texnologiyaları İnstitutu
  • Poznan Bankçılıq Məktəbi
  • Krakovda Bankçılıq və İdarəetmə Məktəbi
  • Katowicedəki Silesian Tibb Akademiyası
  • Gilwice Silesian Texniki Universiteti
  • Krakov Texniki Universiteti
  • Lodz Texniki Universiteti
  • Lublin Texniki Universiteti
  • Poznan Texniki Universiteti
  • Varşava Texniki Universiteti

Polşada təhsil almağın hansı üstünlükləri var?

Polşa xaricdə təhsil xəyallarınızın Avropaya açılan pəncərəsi ola bilər. Burada təhsil almağa yollanmaqla şengen zonasına daxil olan digər ölkələrə də daxil olmaq şansı qazanırsınız. Həmçinin sizi yüksək keyfiyyətli Avropa təhsili, fərqli mədəniyyətləri tanımaq şansı, yeni şəhərləri kəşf etmək fürsəti, fərqli ölkələrdən dostlar qazanmaq imkanı gözləyir. Eyni zamanda geniş karyera imkanlarına sahib olması qarşınızda böyük uğur qapılarının açılmasına şərait yaradır. Həmçinin unutmaq olmaz ki, Polşa universitetlərinin diplomları beynəlxalq səviyyədə tanınır ki, bu isə istənilən ölkədə karyeranızı davam etdirməyə imkan verir. 

Polşada hansı ixtisaslar üzrə təhsil almaq olar?

Əksər dünya universitetlərində olduğu kimi Polşanın ali təhsil müəssisələrində də geniş ixtisas seçimləri təklif olunur. Xəyal etdiyiniz hər hansısa ixtisas yoxdursa aşağıdakı siyahıya nəzər sala bilərsiniz. İxtisas seçərkən gələcəyin gəlirli və prestijli peşəsi olmasına diqqət yetirməyiniz faydalıdır. Bu istiqamətdə daha uğurlu qərar vermək üçün xaricdə təhsil ekspertlərinin köməyindən yararlanmaq olar. 

  • İqtisadiyyat
  • Biznes və idarəetmə
  • Ətraf mühit mühəndisliyi
  • Biotexnologiya
  • Maliyyə və mühasibat uçotu
  • Jurnalistika 
  • Beynəlxalq əlaqələr
  • Rəqəmsal və texnoloji həllər
  • Qrafik dizayn
  • Turizm və s.

Polşanın paytaxtı Varşavanın təhsil nüfuzu haqqında

Varşavada Polşanın ən nüfuzlu ali təhsil müəssisələri fəaliyyət göstərir. Beləliklə, paytaxtda dörd böyük universitet və 62-dən çox kiçik ali təhsil məktəbi yerləşir. Varşavada nüfuzlu ali təhsil ocaqlarının əksəriyyəti dövlət universitetləridir. Bununla yanaşı, son illərdə özəl universitetlərin sayında da artım müşahidə olunur. Varşava Texniki Universiteti və Varşava Universiteti təhsil səviyyəsi ilə ölkədə səs salan qabaqcıl ali tədris ocaqlarıdır. Zəngin kitabxanalar olaraq Varşava Universitetinin kitabxanası və Milli Kitabxana diqqət çəkir. Varşavada ali təhsil müəssisələrindən başqa bir çox dil məktəbləri də fəaliyyət göstərir. Ən yaxşı Varşava dil məktəbləri isə aşağıdakılardır. Qeyd edək ki, Polşada demək olar ki, bütün şirkətlər və qurumlar polyak dilini bilən əcnəbilərin üzünə qapılarını taybatay açır.

  • Warsaw Montessori Family
  • International American School of Warsaw
  • Monnet International School
  • The Canadian School of Warsaw
  • Academy International
  • Multischool International School

Çox verilən suallar:

Polşada təhsil haqqları nə qədərdir?

Polşada illik təhsil haqqı 2500-4000 avro arasında dəyişir.

Polşa universitetlərinin diplomları tanınırmı?

Polşa universitetlərinin diplomları beynəlxalq səviyyədə tanınır.

Polşada aylıq yaşayış xərcləri nə qədərdir?

Tələbənin həyat tərzindən, aylıq xərclərindən asılı olaraq aylıq yaşam xərci 400-800 avro arasında dəyişir.

Polşa universitetləri üçün İELTS üzrə minimum nə qədər bal toplamaq lazımdır?

İELTS üzrə minimum 6.5 bal toplamağınız kifayətdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button