Təhsil

Muellimlerin ise qebulu (MİQ) haqqında (2021)

Muellimlerin ise qebulu artıq neçə ildir ki Azərbaycan Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə keçirilir. Bu müsabiqənin keçirilməsinin əsas səbəb bacarıqlı müəllimlərin ona uyğun işlə təmin edilməsidir. Bu proses haqqında isə daha ətraflı məlumatı və suallarınıza cavabları sizlər üçün bir məqalədə topladıq. Buyurub oxuya bilərsiniz.

Müəllimlərin işə qəbulu prosesi necə olur?

Hamının bildiyi kimi bu proses əsasən müsabiqə yolu ilə keçirilir. Müsabiqə isə adətən 4 mərhələdən ibarət olur. Bunlar aşağıda qeyd edilənlərdir.

  1. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi,
  2. Test imtahanı,
  3. Vakant yerlərin seçilməsi,
  4. Müsahibə mərhələsi.

MİQ müsabiqədə kimlər iştirak edir?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkələrdə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Test imtahanı necə təşkil olunur?
Test imtahanında hər bir namizəd onun ixtisası üzrə ümumi təhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyaların aid suallar təqdim edilir.

muellimlerin ise qebulu 2020

Bu ildən artıq yenilik olaraq məntiqə aid suallar olmayacaq.

Test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40 təlim metodikasi və strategiyalari üzrə 20 test tapşırığı olacağı qeyd edilib.
Test mərhələsindən sonrakı mərhələ isə namizədlərin vakant yerlərinin seçməsi prosesidir. Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcılliği gözlənilməklə aparılır. Hətta hal-hazırda müəllim işləyən şəxslər də müəllimlərin işə qəbulu prosesində iştirak edə bilərlər.

loading...

Muellimlerin ise qebulu müsahibəsi haqqında

MİQ zamanı sonuncu mərhələ müsahib mərhələsidir. Bu mərhələdə namizədlərin peşəkar kompensasiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2(iki) tədris ili ərzində qüvvədədir və növbəti tədris üzrə keçirilən müsabiqə mərhələsində iştirak etmək hüququ var.

muellimlerin ise qebulu 2020

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
MİQ müsabiqəsi bitdikdən sonra yekun nəticələrə əsasan iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilərək müvafiq siyahılarla müşayiət edilir. Məktubla aidiyyatı təhsil idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir.

MİQ – Müəllimlərin işə qəbulu 2020 dəyişiklikləri

Bu il MİQ qaydalarına edilən dəyişiklər aşağıdakılardır:
Təhsil haqqında Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020 ci ildən başlayaraq sertifkatlaşdirilmadan keçəcəklər.

MİQ müsahibəsinin nəticəsində əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdirmada işə keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunmasi nəzərdə tutulmadəğından qaydalara sözü gedən dəyişikliklər edilib.

MİQ və Sertifikasiyaya Hazırlaşanlara Dəstək faylları

Müəllimlərin işə qəbulu haqqında əldə etdiyimiz bəzi sualları sizlərlə bölüşürük. Bu siyahı əldə edilən məlumatlara görə dəyişilə və artırıla bilər səhifəni daima izləməklə yenilikləri görə bilərsiniz.

Muellimlerin ise qebulu haqqında testləri necə əldə edə bilərəm?

Muellimlerin ise qebulu üçün dəqiq testlər nümunələri olmasada buna oxşar testləri tezliklə sizinlə bölüşəcəyik. Yuxarıda qeyd edilənlər 2020 üçün bizim paylaşdığımız məlumatlardır.

Muellimlerin ise qebulu haqqinda melumat hardan ala bilərik?

Bu haqda dəqiq məlumatlar miq.edu.az saytında paylaşılır. Bundan başqa bu hazırlıqlar haqqında daha çox yeni məlumatlar və imtahan xəbərlərini TAİM.az saytından da izləyə bilərsiniz.

Muəllimlərin işe qəbulu ile bağlı yenilikler nələrdir?

Bu yeniliklər haqqında yuxarıdakı mətində ətraflı məlumatlar qeyd edilmişdir. Və bu məlumatlar daima yeni xəbərlər əlavə edilərək təzələnməkdədir.

Muellimlerin ise qebulu 2020 haqqinda Tehsil Nazirliyinin yenilikleri

Müəllimlərin işə qəbulu haqqında daha ətraflı məlumatları və dərslimləri TAİM.az Saytından əldə edə bilərsiniz. Bundan başqa daimi məlumatları saytımızı izləyərək xəbər lentində görə bilərsiniz.

Əlaqəli mövzular

2 Comments

  1. Salam.bu miq ucun imtahan muddeti uzadilsa cox gozel olardi.hec olmasa bir suali dusunmek ucun iki deqiqe vaxt olardi.xahis edirem bir cox sorgulari nezere alaraq bu ise basiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button