Master kart nədir və üstünlükləri

Master kart nədir və üstünlükləri

“Müasir dövr sürəti sevənlərin və seçənlərin əsridir.” Bu ifadəyə tez-tez rast gəlməyimiz heç də təsadüfi deyil. Günümüzdə dünya üzrə ölkələrin inkişaf statistikaları sübut edir ki, ən son yenilikləri doğru zamanda tətbiq edən tərəflər daha qabaqcıl yerlərdə qərarlaşıb. İnsanların hər ötən gün artan təlabatları, maraqları fonunda bazara təqdim olunan yeniliklər, yeni xidmət və məhsullar burada əsas rol oynayan səbəblərdəndir. Məhz, müxtəlif ödənişlərin, pul köçürmələrinin və digər əməliyyatların həyata keçirilməsində inqilab yaradan maliyyə şirkətlərinin, kredit təşkilatlarının və s. fəaliyyətə başlaması da bu qəbildəndir. Budəfəki məqaləmizdə 210 ölkədə 22 min maliyyə institutunu birləşdirən beynəlxalq ödəniş sistemi Master kartdan (Mastercard) danışacağıq.

Master Kart Nədir?

Master kart bütün dünya üzrə ödəniş sistemlərinin bir parçasına çevrilən, müştərilər, ticarət nümayəndələri, xidmət müəssisələri və s. kimi tərəflər arasında pul əməliyyatlarının həyata keçirilməsini təmin edən transmilli maliyyə şirkətidir. Beləliklə, kredit əldə etmək imkanlarından tutmuş, iri ticarət mərkəzlərindəki ödənişlərin həyata keçirilməsinə, eləcə də, böyük məbləğli pul köçürülmələrinin icra olunmasına qədər bütün əməliyyatlarda Master Kartlardan geniş şəkildə istifadə olunur. 2011-2021-ci illəri əhatələyən ən son statistik göstəricilərə əsasən 21 ölkə əsasında Master Kartlardan istifadənin orta göstəricisi 51,23 faiz təşkil edib. Şirkət xidmətlərindən yararlanmaq istəyən tərəflərə kredit, debet və ya balansı əvvəlcədən müəyyən məbləğlə limitləndirilmiş kartlarla müxtəlif məqsədlər üçün ödəniş etmək imkanı yaradır. 

Master Kart Növləri

Dünyanın müxtəlif maliyyə institutları, şirkətləri ilə əməkdaşlıq edən Master Kart emitentlərin müştərilərə təqdim etdiyi üstünlüklər, güzəştlərlə yanaşı xidmət istofadəçilərinə öz fəaliyyət prinsiplərinə əsaslanan digər xüsusi üstünlüklər də vəd edir. Təqdim etdiyi təkliflərin fərqli olması fonunda Master Kart 3 fərqli kart məhsulunu təqdim edir. 

Standart Master Kart (Standard Mastercard)

Bütün dünyada milyonlarla istifadəçisi olan Standart Master Kartın müştərilərinə təqdim etdiyi üstünlükləri ilə tanış olaq.

Tam şəkildə təhlükəsizlik xidməti: Siz kartınızda edilən icazəsiz ödənişlərə görə məsuliyyət daşımırsınız.

Qlobal səviyyədə dəstək xidməti: Yaşadığınız ölkədən, istifadə etdiyiniz dildən asılı olmayaraq, istənilən vaxt sürətli dəstək xidmətindən yararlana bilərsiniz. Buraya itirilmiş və ya oğurlanmış kart barədə məlumat bildirmək, təcili kartın dəyişdirilməsi, bankomat tapmaq və s. kimi nüanslar daxildir.

Şəxsiyyət vəsiqəsi oğurluğu zamanı qoruma xidməti: Kredit məlumatlarınızda saxtakarlıq aşkar edilərsə, sizə fırıldaqçı xəbərdarlıqlar göndərilərsə peşəkar mütəxəssis dəstəyindən yararlanmaq üçün bu xidmətə qoşula bilərsiniz.

World Master Kart (World Mastercard)

World Master Standart Master Kartın sahib olduğu üstünlüklərlə birgə müştərilərə daha çox imkanlar yaradır.

Peacock video xidmətindən güzəştli yararlanmaq imkanı: Hazırda Peacock Premium və ya Peacock Premium Plus-a abunə olmayan kart sahibləri 31 mart 2025-ci il tarixinədək abunə olmaq üçün uyğun Master Kartdan istifadə etdikdə Premium üçün 3 dollar və Premium Plus üçün 5 dollar endirim əldə edə bilər.

Instacart: 1 oktyabr 2023-cü il tarixində və ya ondan sonra mövcud Instacart+ üzvü olmayan kart sahibləri qeydiyyatdan keçmək üçün müvafiq Master Kartlardan istifadə edərək, iki aylıq pulsuz üzvlük şansı əldə edə bilər. Həmçinin, istifadəçilərə 31 mart 2025-ci ilə qədər hər ay ikinci sifariş üçün 10 dollar endirim şansı yaradılır.

ShopRunner: Yüzlərlə onlayn mağazadan iki günlük pulsuz çatdırılma və geri qaytarmaq imkanı yaradılır.

Səyahət xidmətləri: Master Kart istifadəçiləri üçün 24/7 ödənişsiz səyahət məsləhətçisi xidmətləri təqdim olunur.

Unikal təkliflər xidməti: Master Kart dünyada ən yaxşı xidmətlər paketinə sahib restoran, idman, əyləncə və s. kimi təklifləri seçib təqdim edir.

Otel xidmətləri: Əgər seçim etdiyiniz üçulduzlu və ya daha yüksək reytinqli oteliniz ürəyinizcə olmasa, Master Kart probleminizi birbaşa otellə həll etmək və ya sizə digər uyğun yerlər tapmaq üçün sizə dəstək meneceri vasitəsi ilə köməklik göstərəcək.

Otel seçimlərinizi və tətil planınızı Master Karta etibar edə bilərsiniz: Master Kart istifadəçiləri otel seçimlərini təkmilləşdirə, erkən qeydiyyat, gec çıxış, iki nəfərlik səhər yeməyi daxil olan və s. kimi xidmətləri özündə ehtiva edən, dünya üzrə 3000-dən çox oteldə qalmaq şansı əldə edir. 

Avtomobil, hava, kruiz və tətil paketləri: Rezerv edərkən Master Kartın səyahət və həyat tərzi xidmətləri üzrə mütəxəssisinin köməyindən yararlandığınız halda avtomobil icarəsi, otel, uçuş bronları və s. üzrə endirimlər əldə edə bilərsiniz.

Hava limanında konsyerj: Bu xidmətdən yararlanaraq, siz müxtəlif uçuşlarınız zamanı hava limanında sizi müşayiət edə biləcək köməkçinin xidmətindən yararlana bilərsiniz. İstifadəçilərə miqrasiya proseslərində işləri sürətləndirəcək xüsusi hava limanlarından yararlanmaq imkanı da yaradılır.

World Elite Master Kart (World Elite Mastercard) 

World Elite Master Kartı digər kartlar arasında şirkətin müştərilərə təqdim etdiyi ən üstün səviyyəli məhsul olaraq tanınır. Beləliklə, bu təyinatlı kartlar Standard Master Kart və World Master Kartın bütün üstünlüklərini özündə cəmləşdirir. Eyni zamanda əlavə üstünlüklərə də malikdir:

Fandango: Fandango-da və ya evdə Vudu-da kino biletlərinə 20 dollar xərcləyərək, növbəti film bileti üçün və ya evdə film və ya televiziya şousu izləmək üçün endirim şansı əldə edə bilərsiniz.

Dünyanı əhatələyən elit konsyerj ximəti: Bu xidmət sayəsində rezervasiyadan tutmuş alış-veriş əməliyyatlarına qədər müxtəlif dəstək xidmətlərini özündə ehtiva edən xüsusi konsyerj xidmətindən yararlanmaq mümkündür.

Master Kart Və Visa Kart Arasındakı Fərq

Cari bank və kredit kartı infrastruktur sistemləri bazarının təxminən 70%-nə sahib olan Visa və Master Kartın istifadə olunmadığı bankomat və ya iş yeri, müəssisə demək olar ki, yoxdur desək, yanılmarıq. Əgər məqsədiniz bankomatdan istifadə və ya ödəniş etməkdirsə, hər iki kart arasında heç bir fərq olmadığını bilmılisiniz. Eyni zamanda müqayisə etməli olsaq, Master Kartın Visa-dan daha çox sponsorluq müqavilələri bağlaması fonunda, nisbətən birincinin ikincidən üstün olduğunu deyə bilərik. Dünyanın istənilən nöqtəsində asanlıqla istifadə edilə bilən Master Kartın 16 rəqəmli kart nömrələri 5-dən başladığı halda, eyni şəkildə müştərilərinə xidmət göstərən Visa kartlarındamüvafiq rəqəmlər 4-dən başlayır. Bundan başqa istifadə rahatlığı baxımından kartlar arsında fərqlilik vardır. Belə ki, Master Kard balansınıza pul əlavə etmədən alış-verişin rahatlığını təmin edərkən, Visa kartı öncədən ödəniş edilməsini tələb edir.

Master kart nədir və üstünlükləri

Master Kartdan istifadənin bir çox üstünlükləri vardır:

Qlobal səviyyədə istifadə rahatlığı: Master Kard qlobal miqyasda müxtəlif şirkətlər, maliyyə qurumları və bankomatlar şəbəkəsi tərəfindən qəbul edilir. Beləliklə, siz Master Kart vasitəsi ilə dünyanın bir çox ölkəsində alış-veriş etmək və ya nağd pul çıxarmaq üçün istifadə edə bilərsiniz.

İstifadə rahatlığı: Master Kart nağd pula ehtiyac olmadan ödəniş etmək üçün rahat və səmərəli üsul təqdim edir. İstər onlayn alış-veriş edərkən, istərsə də mağazada alış-veriş edirsinizsə, Master Kartlar vasitəsi ilə sürətli və asan əməliyyatlar həyata keçirə bilərsiniz.

Təhlükəsizlik təminatı: Master Kart fırıldaqçılardan, kibercinayətkarlardan qorunmaq üçün EMV çip texnologiyası təhlükəsizlik xidmətlərindən istifadə edir. Əlavə olaraq, Master Kart müştərilərə Zero Liability Protection Policy xidmətini təklif edir. Belə ki, kartınız itirildikdə və ya oğurlandıqda, bu barədə dərhal məlumat versəniz, icazəsiz əməliyyatlara görə məsuliyyət daşımayacaqsınız.

Bonus qazanmaq imkanları: Master Kart istifadəçilərə alış-veriş edərkən, müxtəlif ödənişləri və ya digər əməliyyatları həyata keçirərkən bonus, endirim və ya kəşbek qazanmaq imkanı yaradır. Eyni zamanda kartı əldə etdiyiniz emitentin təkliflərinə əsasən də əlavə bonuslar qazanmaq imkanı da mövcuddur.

Səyahət üstünlükləri: Bəzi Master Kart istifadəçiləri, xüsusən də premium və ya səyahətə yönəlmiş kart sahibləri üçün səyahət sığortası, hava limanı salonuna giriş və səyahət təcrübəsini artıra biləcək digər xüsusi xidmətlər təklif olunur.

Təmassız ödənişlər: Günümüzdə əksər Master Kart istifadəçiləri üçün təmassız ödəniş imkanları təqdim olunur. Belə ki, kartı sadəcə kart oxuyucusuna yaxınlaşdırmaqla sürətli və təhlükəsiz əməliyyatlar həyata keçirmək mümkündür.

Qeyd edək ki, bütün bu üstünlüklərlə yanaşı, Master Kartın növündən (kredit, debet, əvvəlcədən ödənilmiş) və emitent maliyyə institutunun təkliflərindən asılı olaraq müştərilərə əlavə xidmətlər də təklif oluna bilər. Master Kart əldə etmək üçün müraciət etməzdən əvvəl, onun maliyyə ehtiyaclarınıza və seçimlərinizə uyğun olduğundan əmin olmaq baxımdan müvafiq karta dair şərtləri, rüsumları və xüsusiyyətləri nəzərdən keçirmək tövsiyə olunur.

Master Kart ödəniş metodları

Ölkəmizdə Master Kart üzrə aşağıdakı ödəniş metodları mövcuddur.

Təmassız

Təmassız alış-verişin mümkün olduğu bütün fast-food restoranlarında, yanacaqdoldurma məntəqələrində, mağazalarda, ictimai nəqliyyatda və s. kimi yerlərdə bu formada tam təhlükəsiz və rahat şəkildə ödənişlərinizi həyata keçirə bilərsiniz. Daha ətraflı məlumat üçün linkə keçid edin.

MDES ilə Mobil Ödənişlər

MDES xidməti qoşula bildiyiniz mobil cihazlardan geyiniləbilən cihazlara qədər ödənişlərinizi rəqəmsal şəkildə icra etməyə imkan verir. Vaxtınıza, enerjinizə qənaət edərək təhlükəsiz ödəniş imkanlarını dəyərləndirə bilərsiniz. Daha ətraflı məlumat üçün linkə keçid edin.

Barkod və ya UMİCO ödənişləri

Kredit və ya debet Master Kartınızı UMİCO tətbiqetməsində qeydiyyatdan keçirərək, müxtəlif mağazalarda alış-veriş edərkən, həmçinin, bonuslar qazanmaq imkanını da dəyərləndirə bilərsiniz. Daha ətraflı məlumat üçün linkə keçid edin.

Masterpass

Masterpass ödəniş və çatdırılma üçün lazım olan bütün məlumatları bir yerdə saxlamaqla daha sürətli ödəniş etməyə imkan verən rəqəmsal pul kisəsidir. Epul.az, iticket.az, hesab.az, Umico ilə əməliyyatlar zamanı bu ödəniş metodundan istifadə edə bilərsiniz. Daha ətraflı məlumat üçün linkə keçid edin.

Apple Pay

Dünyanın istənilən nöqtəsində Apple Pay-ın mövcud olduğu bütün təmassız terminallarda iPhone və ya Apple Watch ilə ödənişləri sürətli və təhlükəsiz şəkildə icra edə bilərsiniz.  Daha ətraflı məlumat üçün linkə keçid edin.

Google Pay

Vebsaytlarda, tətbiqlərdə, mağazalarda sürətli, rahat və təhlükəsiz şəkildə Google Pay vasitəsi ilə ödənişlərinizi həyata keçirə bilərsiniz. Daha ətraflı məlumat üçün linkə keçid edin.

Nəticə
Master Kartlar istifadə təyinatından yəni debet, kredit yaxud limitləndirilmiş balansa sahib olmasından asılı olmayaraq, vaxtınıza, pulunuza qənaət edərək sizə bir sıra faydalı funksiyalardan istifadə etmək şansı yaradır. Mövcud üstünlüklərdən yararlanmaq üçün kartınızın üstünlüklərinə dair müvafiq təlimatları nəzərdən keçirmək yetərlidir. Ümumi olaraq, şirkətin istifadəçilər üçün yaratdığı bir çox imkanları dəyərləndirmək sizin üçün olduqca faydalı olacaqdır. Master Kartlarla bağlı ətraflı məlumat almaq, yaxud suallarınıza cavab tapmaq üçün mastercard.az saytına daxil ola bilərsiniz.

Həmçinin oxu – Taksit Kartı Nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button