Leonardo da Vinci kimdir?

Zəkası, istedadı, yaratdığı böyük əaərləri ilə dünyanın ən böyük dahi və sənətkarı kimi tanınan Leonardo da Vinci kimdir? Əsrlərdən kənara çıxan zəkaya sahib olan Leonardo da Vinci haqqinda birlikdə öyrənək. 

İntibah dövrünün təsirli şahidlərindən olan Leonardo da Vinci 15 aprel 1452 ci il ilə 2 may 1519 cu il tarixləri arasında yaşayıb. Zamanın önündə olan Leonardo da Vincinin ən məhşur əsərləri ” Mona Liza”, və ” Son axşam yeməyi” – dir. 

Leonardo da Vinci kimdir? 

Leonardo da Vinci  İntibah dövründə yaşamış, dövrünün önəmli professoru, astranomu, memarı, mühəndisi, ixtiraçısı, riyaziyyatçısı, astranomu, musiqiçisi, heykəltraşı, botaniki, geoloqu, yazıçısı və rəssamıdır. İntibah dövründə yaşayan Leanardo da Vinci dünyada ən böyük sənətkar kimi qəbul edilir. Milan hersoqu, Fransa kralı və başqaları ilə yaşayan Leanardo bu insanlar üçün saysız-hesabsız rəsm və heykəllər hazırlayıb. Ancaq hər sahəyə eyni anda duyduğu maraq onun bir çox işini yarıda qoymağına səbəb oldu. 

Sənətlə yanaşı elmə də meyilli olan Leonardo, insan bədənini öyrənmək, sümük və əzələlərin necə işlədiyini bilmək, insan anatomiyasını taç mənimsəmək istəyirdi. Bir neçə il sonra sağ qolunun iflic olması səbəbi ilə özünü tamamilə elmə həsr etdi. 

Leonardo di ser Piero da Vinci 15 aprel 1452 ci ildə Florensiyada doğulub.

Həyata və insanlara son dərəcə hörmət edən Leonardo da Vincinin şəxsi həyatı ilə bağlı bir çox şayiələr var. 

Doğulduğu il atası başqa qadınla evləndiyi üçün körpəliyini və uşaqlığını anası ilə keçirdi. Daha sonra arada Florensiyaya atasının yanına gedib gəlməyə başladı. Atasının ilk yoldaşından uşağı olmadığına görə ailəyə qəbul edilmişdi. Amma əmisindən başqa heçkim onu qəbul edib sevmədi. 

Da Vinci ilk təhsil illərində hesab və həndəsədə müəllimlərin verdiyi suallara təəccübləndirici cavablar verəcək qədər yaxşı idi.

14 yaşına qədər Vincidə yaşayan Leanardo 1466 cı ildə nənə və babası bir birinin ardımca öldükdən sonra atası ilə Florensiyaya getdi. Nigahdan kınar uşaqların universitetə getməsi qadağan olduğu üçün onların universitetə getmək şansı yox idi.Gənc yaşda gözəl rəsmlər çəkən Leonardonun atası onun çəkdiyi rəsmləri məhşur rəssam və heykəltaraş Andrea del Verrocchio-ya göstərəndə Verrocchio onu özünə şagird götürdü. Leonardo burada məhşur rəssamlarla görüşmək imkanı tapdı. 

Uzun illər Milano hersoqu üçün işlədikdən sonra, 16 il ərzində İtaliyanı gəzdi və fərqli insanlar üçün işləməyə başladı. Bu arada dünyanınn məhşur rəsmləri arasında yer tutan və bəşər tarixinin ən uğurlu rəsmlərindən olan Mona Lizanı çəkməyə başladı. 

1503-cü ildə çəkməyə başladığı rəsmi getdiyi hər yerə aparır, yanından ayırmırdı.1504 cü ildə atası öləndən sonra qardaşları ilə miras davasına çıxdı. Onu heç bir zaman qəbul etməyən ailəsi atasının mirasından ona heçnə vermədi. Ailədə onu sevən tək insan olan əmisi bütün sərvətini ona miras qoydu. 

Gördüyü, müşahidə etdiyi hər şeyin rəsmini çəkərək aydınlığa çıxardırdı. Çəkdiyi ayrıntılı rəsmlərdə anatomiyanın detallarını ortaya çıxarırdı. Çəkdiklərk bəzi kiçik səhvlərə rəğmən son dərəcə dəqiqdir. Məhşur ana qarnındakı uşaq rəsmi üçün inəkləri araşdırmış və əlxə etdiyi nəticələri insanlara tətbiq etmişdi. Papa insan anatomiyası üstündə işləməyini qadağan etdikdən sonra qan dövranı sistemi haqqında araşdırmasını sığır ürəyi ilə işləyərək davam etdirmişdir. 

Sahib olduğu ağıl və uzaqgörənlik qabiliyyəti ilə əsərləri əsrlərlə danışılan Leonardo Da Vinci sənətin və elmin demək olar ki hır sahəsi ilə maraqlanmışdır. Həyatı qədər rəsmləridə insanlarda çox maraq yaradır. 

Leonardo da Vinci 2 may 1519- cu ildə 67 yaşında Amboisdəki evində həyatını itirdi. Kralın qollarında can verməsinə dair rəvayətlər var. 

Son sözləri isə ” Əsərlərim lazım olan keyfiyyətə çatmadığı üçün Tanrını və insanları incitdim”. Amboisdəki Saint Florentin kilsəsində dəfn edilib. 

Leonardo da Vinci haqqinda

  • -Saray üçün həm rəssam həm də mühəndis olaraq tam 20 il işləyib. 
  • – Olduqca ağıllı bir insan olan rəssam;riyaziyyat, anatomiya, fiziologiya, zoologiya, botanika kimi bir çox sahədə araşdırma edib və bunları dəftərlərə yazıb. Bura qədər hərşey normaldır. Bu dəftərlərə yazdığı hərşeyi tərsdən yazıb və ancaq bir güzgü ilə oxunabilirmiş.
  • -Bir əli ilə yazı yazıb,digər əli ilə rəam çəkə bilən rəssam, əli ilə səhvsiz dairə çəkə bilirmiş. 
  • -Ən məhşur əsərlərindən olan Mona Liza, bu gün Parisdə Luvr muzeyindədir. 
  • -“Son axşam yeməyi” adlı tablosu da digər önəmli əsəri imiş. Tablo 4.5 m və 8.8 m ölçülərində nəhəng əsər imiş.

  • -67 yaşında vəfat edən Leonardo Da Vinci nin ən böyük arzusu uçmaq imiş amma bunu reallaşdırmadan vəfat edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button