Kriptovalyuta nədir və onlar haqqında ətraflı məlumat
Pul elə bir vasitə, məhsuldur ki, cəmiyyəti onsuz təsəvvür etmək qeyri mümkündür. Zaman keçdikcə herşey dəyişdiyi formalaşdığı kimi pulda yeni texnoloji nailiyyətlər sayəsində geniş imkanlara malik olmuşdur. Bunlardan biri də kriptovalyutadır.
Kriptovalyuta nə deməkdir və necə istifadə olunur?
Kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş vasitəsidir. İnternetin bu qədər geniş yayıldığı bir dövrdə kriptovalyuta innovativ bir yenilikdir və yaxın gələcəkdə hamının istifadə edəcəyi valyuta olmağı qaçınılmazdır.
Kriptovalyutanın əldə edilməsi prosesi mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində “Coin” adlanır və coinlərin emessiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əsasinda məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya var və bütün saxtakarlıqlardan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir. Kriptovalyuta heçbir dövlətdən, mərkəzi bankdan və pul vahidi dən asılı deyil. Onun qiyməti bazarda tələb-təklif asasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilər.
Bəs kriptovalyutanın digər elektron pullardan üstünlüyü nədədir?
Adi pulların elektron hesabda olması üçün ilk növbədə həmin pulu fiziki olaraq bank vasitəsilə ilə hesaba qoymaq lazımdır. Kriptovalyuta birbaşa internet şəbəkəsində yaradilir və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Kriptovalyutani “internetin qızılı” da adlandırırlar. Kriptovalyuta termini ilk dəfə 2011-ci ildə Forbes jurnalinda paylaşımından sonra tanındı və insanların diqqətini çəkməyə başladı.
Kriptovalyuta almaq üçün nə etmək lazımdır?
Hal hazirda Kriptovalyutanı əldə etmək o qədər da asan deyil, çünki məhdud sayda buraxılmaqdadır. Məhdudiyyət təkcə coin-lərin məbləğinə deyil, eyni zamanda onların sutka ərzində əldə ediləcək sayina belə təsir edir. Ama yenə də maraq yüksəkdir.
Əgər siz kriptovalyuta qazanmaq istəyirsinizsə,gündəlik bu sektora aid xəbərləri izləyin və birjaların bu xəbərlərə necə reaksiya verdiyini müşahidə edin. Kriptovalyutaların məzənnələrindəki fərqlər haqqında məlumatları birjaların rəsmi saytlarında, müxtəlif məlumat servisləri və mobil tətbiqlərdə baxmaq olar.
Bu linkdən Kriptovalyutaların daima dəyərinə baxa və öyrənə bilərsiniz.
Hansı Kriptovalyuta növləri mövcuddur və hansılar daha dəyərlidir?
Bu terminin məhşurlaşmasının əsas səbəblərindən biri də Bitcoinin dəyərinin dəyişməsi və tez tez müzakirə obyekti halına gəlməsi olmuşdur. Amma nə qədər Bitcoin məşhur olsa da bundan başqa və dəyərli kripto pullar mövcuddur. Onların bəziləri aşağıdakılardır.
- Litecoin (LTC) – Kripto sistemdə Bitcoin qızıldırsa, Litecoini gümüş kimi fikirləşə bilrəsiniz.
- Ethereum (ETH) – hazırda Bitcoindən sonra ən çox istifadə olunanıdır. Ethereum, Şimali Amerika Bitcoin Konfransında Ethereum qurucusu Vitalik Buterin tərəfindən ilk dəfə təqdim edilən bir sistemdir.
- Ripple (XRP) – 2017 ci ildə qeyri-adi bir sürətlə dəyər qazanan Ripple, Labs tərəfindən inkişaf etdirilmiş bir kripto pul vahididir və qısaltması XRP olaraq təyin olunmuşdur.
- Libra (LIBRA) – Facebookun 2020-ci ilin ikinci yarısında istifadəyə verməyi planlaşdırdığı valyutadır.
- Tether (USDT)
- EOS (EOS) və s.
Kriptovalyuta haqqında ən çox verilən suallar.
Kriptovalyuta nədir?
Kripto pul vahididir. Təhlükəsizlik məqsədiylə daha çox istifadə olunan rəqəmsal puldur.
Kripto pullar güvənilirdirmi?
Təhlükəsizlik baxımından çox etibarlı bir sistemdir, xüsusiylə şifrələndiyi üçün. Amma bu pulları saxladığınız sistemin çökməsi sizin üçün çox problem yarada bilər. Bu zaman diqqətli olmaq lazımdır.
Kriptovalyuta dövlətlər üçün niyə qorxuludur?
Bu sistemin əsas məqsədi heç kim tərəfindən köçürülmələri görülməməsi və təhlükəsizlikdir. Qara pullar yuyulması və vergidən qaçınılma hallarına görə dövlətlər bu sistemdən çəkinməkdədir.