Uncategorized

İtaliyada tehsil almaq (2021) ✔︎

Avropanın ən ecazkar,gəzməli görməli, hətta yaşamalı ölkələrindən biri də İtaliyadır. İtaliyada tehsil almaq hər bir gəncin arzusudur. Xaricdə təhsil almaq istəyən tələbələrin əksəriyyəti də universitet olaraq İtaliya universitetlərini seçirlər.

İtaliyada təhsil bu ölkəyə hər il dünyanın hər yerindən minlərlə xarici tələbəni cəlb edir.

İtaliyada təhsil üstünlükləri

Aşağı təhsil haqqları – bəzi Avropa ölkələrinə nisbətən, İtaliya aşağı təhsil haqqı ilə fərqlənir. Bununla yanaşı İtaliyada əcnəbi tələbə dövlətdən əlavə maliyyə ehtiyacı olan hər kəsə verilən təqaüd almaq imkanı qazanır və bu da yalnız təhsil üçün deyil, həm də ölkədə yaşamaq üçün xərcləri qarşılayır.

Seçim azadlığı olur-tələbənin nə öyrənəcəyinin əksər hissəsi yalnız ondan aslıdır.

İtaliyada tehsil almaq istəyən tələbələr həm italyan həm də ingilis dilində bu şansı əldə edə bilərlər.

İtaliyada tehsil ala biləcəyiniz universitetlər

İtaliyanın 7 ən reytinqli universetləri aşağıdakılardır :

Reklamlara klikləyin 😊
loading...

1.Politecnico Di Milano- Universitet İtaliyanın ən böyük, Milanın isə ən qədim universitetidir. Dizayn və memarlıq üzrə şöhrət qazanmış  bu universitetin Şimali İtaliyada yayılmış 7 korpusu vardır. Universitetdə bakalavr dərəcəsi daha çox italyan, magistr dərəcəsi isə hər bir ixtisas üçün həm ingilis həm italyan dilində keçirilir.

2.Universita Di Bologna- İtaliyanın ən tanınmış və ən qədim universitetlərindən biridir. Ümumilikdə 5 korpusu olan universitetin 85 min tələbəsi vardır. 3 illik bakalavr, 2 illik magistr dərəcəsi təklif edən universitetdə əsasən magistr fakultələrində ingilis dilində təhsil almaq olar.

3.Scuola Normale Superiore Di Pisa- İtaliyanın ən kiçik universitetlərindən biri sayılsada fizika və astronomiya sahələrində ölkənin ən reytinqli universiteti hesab edilir. Bu universitetə qəbul olmaq digər universitetlərə nisbətən çətindir və fərqli imtahanlardan uğurlu nəticə əldə etmək tələb olunur.

4.Sapienza – Universita Di Roma- 1303 ci ildə yaradılan bu universitet dünyanın ən qədim universitetlərindən biridir. Universitet 250 fərqli proqram təşkil edir. Avropanın ən böyük təhsil mərkəzlərindən biridir. Universitetdə xidmət göstərən işcilərin ümumilikdə 6 Nobel mükafatı mövcuddur.

5.Politecnico Di Torino- Universitet İtaliyanın ən yaxşı iki universitetindən biridir. Memarlıq və mühəndislik sahəsində fərqlənir.

6.Universita Degli Studi Di Milano – Elmi araşdırmalara görə Avropanın ən öndə gedən təhsil ocaqlarından hesab edilir. Universitet 8 fakultə və iki məktəbi ilə birlikdə araşdırma universiteti hesab edilir.

7.Universita Di Pisa – İtaliyanın qədim universitetlərindən olan Piza universiteti 58 bakalavr, 34 magistr, 31 doktorantura proqramı ilə İtaliyanın ən önəmli universitetlərindən biridir.Piza Universitetinin ev sahibliyi etdiyi bir çox Nobel mükafatı qazanan alim vardır. Bunlar ən önəmlisi burada təhsil olaraq professor olan tanınmış riyaziyyatçı Qalileo Qalileydir.

İtaliyada pulsuz tehsil

İtaliyada pulsuz tehsil 3 halda mümkündür.

  1. Ailənin gəliri az olduqda universitet haqqı ödəməkdən azad olma
  2. Akademik müvəffəqiyyət üçün universitet haqqı ödəməkdən azad olmaq
  3. Əlilliyiniz varsa, universitet haqqını ödəməkdən azad olma

İtaliyada ali təhsil sistemi bir neçə növ müəssisəni əhatə edir:

  • Universitetlər və politexnik
  • Ali sənət məktəbləri
  • Ali texniki universitetlər

İtaliyada teqaüdlü tehsil

İtaliyada teqaüd müraciət proseduru seçdiyiniz universitetə qəbul olduqdan sonra başlayır. Təqaüdün ümumi məbləği bölgədən asılı olaraq illik 1400-5100 avro arasında dəyişir. Tələbələr təqaüdü hissə-hissə hər semesterin sonunda 4 dəfəyə alır.

Tələbə təqaüdü hissə – hissə 2500€ (ikimin beşyüz avro) olmaqla bakalavr üçün 6 dəfəyə magistr üçün 4 dəfəyə alır.

İtaliyada magistr dərəcəsi üzrə təqaüdlə təhsil almaq istəyənlər yalnız 2 illik proqrama qəbul olduqda müraciət edə bilərlər. 1 illik magistr təhsili üçün təqaüd yoxdur.

  Qəbul üçün lazım olan sənədlər aşağıdakılardır :

  1. Diplom əvəzi (transkript) və Attestat (yalnız bakalavr üçün)İngilis dilinə tərcümə və notarial təsdiq (PDF)
  2. Xarici pasportun nüsxəsi (PDF)
  3. Europass formatda CV (ingilis dilində word formatında)
  4. İngilis dilində bir ədəd motivasiya məktubu ( Word formatında)
  5. İngilis dilində iki ədəd referans məktubu (PDF)
  6. 3×4 foto (1 ədəd)
  7. İngilis dili sertifikatı (əgər varsa)

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button