IBAN nədir?

IBAN nədir?

Müasir dövrün maliyyə bazarları, ümumilikdə iqtisadi sferası bir-birindən fərqli yeniliklər, əməliyyat sistemləri ilə xarakterizə olunur. Əgər keçmiş dövrlərdə ölkələrarası pul köçürmələri yaxud digər prosedurlar poçtlar, borekerlər, dillerlər və s. vasitəsi ilə həyata keçirilirdisə, günümüzdə bank sistemlərinin sürətli inkişafı ilə artıq fiziki cəhətdən valyuta mübadiləsi tarixin bir səhifəsinə çevrilib. Günümüzdə elektron pul köçürmə sistemlərinin, beynəlxalq bank standartlarının və təkmilləşdirilmiş telekommunikasiya vasitələrinin tətbiqi müvafiq prosesləri əhəmiyyətli dərəcədə sadələşdirdi, beynəlxalq əməliyyatları daha sürətli, təhlükəsiz etdi. Həmçinin, insanlar və müxtəlif biznes cəmiyyətləri üçün xidmətlər daha əlçatan olmağa başladı. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də IBAN sisteminin tətbiqidir.

IBAN nədir?

IBAN – Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Daha da dəqiqləşdirsək, IBAN pul köçürmələrini sürətli, xətalarsız və qənaətli şəkildə həyata keçirmək üçün müəyyən standartlara uyğun hazırlanmış beynəlxalq bank hesab nömrəsinin identifikasiyası sistemidir. Banklar pul köçürmələrini, ödənişləri qüsursuz şəkildə həyata keçirmək və xərclərin minimuma endirilməsini təmin etmək üçün IBAN-lardan istifadə edirlər. Məlumata görə, tətbiqi sayəsində IBAN-lar pul köçürmə xətalarını 0,1%-dən aşağı endirib.

IBAN (İnternational Bank Account Number) ingiliscədən tərcümə olunduqda “Beynəlxalq Bank Hesab Nömrəsi”nin abreviaturasıdır. Beynəlxalq səviyyədə insanlar arasında daha anlaşıqlı olması üçün müvafiq abreviatura olduğu formada istofadə olunur.

IBAN sistemi nə zamandan tətbiq olunmağa başladı?

“IBAN nədir?” sualına cavab tapdıqdan sonra digər mərhələyə keçid edə bilərik. Ölkələr arasında valyuta köçürülməsini həyata keçirmək üçün beynəlxalq səviyyədə tətbiq olunan standart iki əməliyyat forması var.

IBAN müştərilər tərəfindən xaricə pul göndərmək üçün istifadə edildiyi halda, SWIFT banklar tərəfindən maliyyə əsaslə və digər əməliyyatları həyata keçirmək üçün istifadə olunur. Beynəlxalq səviyyədə etibarlı və sürətli bank hesabı nömrəsinin yaradılması konsepsiyası ilk dəfə ECBS (Avropa Bank Standartları Komitəsi) tərəfindən 1997-ci ildə hazırlanmış və ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) tərəfindən qəbul edilmişdir. Bir neçə fərqli standartlaşdırma cəhdindən sonra ISO 2007-ci ildə SWIFT-i rəsmi IBAN qeydiyyatçısı olaraq təyin etdi. Bu tarixdən etibarən SWIFT IBAN standartını inkişaf etdirmək istəyən ölkələr üçün rəsmi qeydiyyat orqanı kimi fəaliyyət göstərir. Bu gün Avropa Birliyində normaya çevrilən IBAN Avropadan kənarda dünyanın bir çox yerlərində geniş şəkildə tətbiq edilir.​

IBAN nömrəsində simvollar nəyi ifadə edir?

Ölkəmizdə Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində yaradılmış İşçi Qrupu (İQ) tərəfindən IBAN layihəsinin tətbiqinə başlanılmışdır. IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.

Beynəlxalq səviyyədə IBAN nömrəsi ümumi uzunluğu 34 rəqəmdən çox olmayan hərf və rəqəmlərdən ibarətdir. Azərbaycanda tətbiq olunan IBAN nömrəsində isə 28 simvol yer alır. Simvolların hər birinin xüsusi izahı vardır. Ölkəmizdə istifadə olunan IBAN nömrəsinin strukturu və simvolların izahı aşağıdakı kimidir.

3IdcgAxEZ9ITDQAZ4Bp7ieSL2RSp2l W er2lYpvrq0KCaau1v4hmQRSe0GKbmGPm0V rkXTywDF5lfr4SbapjflS9QJjV03u4IwYQfERmDG4tjOs5iAAnTt Tm32 Rvcy8k5 qV0A4GH3Dl2eZ 01s

AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH
AZ – Azərbaycan Respublikasının ölkə kodu
NR – hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləri

BANK – maliyyə institutunun SWIFT BIC -nin ilk 4 simvolu
HHHHHHHHHHHHHHHHHHHHH – müştəri hesab nömrəsi

IBAN nədir? IBAN sistemindən istifadənin hansı üstünlükləri var?

IBAN sisteminin tətbiqinin məqsədi beynəlxalq miqyasda banklarda hər bir müştərinin hesab nömrəsinə uyğun xətalarsız və sürətli pul köçürmələrini təmin etməkdir.

Hər bir IBAN nömrəsi dünya üzrə bütün bank hesabları arasında yalnız bir hesaba məxsusdur. Hər bir bank hesabı üçün isə ayrıca IBAN müəyyən edilir. Bu isə təhlükəsizliyin qorunmasını tam şəkildə təmin edir.

Xarici ölkəyə və ya banka pul köçürülməsi zamanı müştəri IBAN nömrəsini göndərən banka təqdim edir. Göndərən bank hesab nömrəsini qarşı tərəfdəki banka göndərməzdən əvvəl yoxlayır. IBAN nömrəsi səhv olarsa, pul müvafiq banka köçürülmür və yalnış əməliyyatın həyata keçirilməsinin qarşısı alınır.

IBAN yalnız pul göndərmək və ya almaq üçün istifadə olunur. Belə ki, nağd pul əməliyyatlarının həyata keçirilməsi kimi digər əməliyyatlar üçün istifadəsi mümkünsüzdür.

Təqdim edilən məlumatlarda yalnışlıq olmadığı təqdirdə IBAN nömrəsi vasitəsi ilə valyuta mübadilələri cəmi bir neçə dəqiqə ərzində sürətli şəkildə həyata keçirilir.

IBAN nömrəsini necə əldə etmək olar?

Bank hesabınızın IBAN nömrəsini öyrənmək üçün aşağıdakı üsullardan birini tətbiq edə bilərsiniz.

  • Müvafiq banka müraciət etməklə;
  • Bankın çağrı mərkəzinə zəng etməklə;
  • Bankın mobil tətbiqində (internet-bankinq).

IBAN və Hesab nömrəsi arasında hansı fərq var?

IBAN və Hesab nömrəsi ilkin olaraq nisbətən oxşar əməliyyatları özündə ehtiva etsə də, əslində fərqli maliyyə alətləridir.

Bank hesabı nömrəsi bank hesabı açılan zaman hesab sahibi üçün təyin edilmiş spesifik nömrələr toplusudur. Maliyyə qurumları müştərinin bütün hesablarına əməliyyatların icra olunmasını asanlaşdırmaq, həmçinin, şəxsiləşdirmək üçün bu formada şifrələr təyin edir. 

IBAN isə həm beynəlxalq, həm də ölkədaxili pul köçürmələrində hesabınızı idarə etmək üçün banklar üçün ölkə kodu, nəzarət şifrəsi və bank hesab nömrəniz kimi xüsusi simvolların tətbiq olunduğu sistemdir.

Azərbaycanda IBAN sistemi barədə ən son məlumatları haradan əldə etmək olar?

Nəticə

Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytında yer alan “Ödəniş sistemləri” bölməsində “IBAN” başlığına daxil olaraq bu istiqamətdə olan ən son məlumatları əldə etmək mümkündür.

Son olaraq qeyd edək ki, IBAN layihəsi qlobal miqyasda beynəlxalq bankçılıq sisteminin əsas dayaq nöqtələrindən biri olaraq qəbul edilir. Sözügedən sistemin üstünlükləri transsərhəd maliyyə əməliyyatlarının səmərəliliyinə, dəqiqliyinə və təhlükəsizliyinə öz töhfəsini verir. Mütəxəssislər də təsdiqləyir ki, qarşıdakı illərdə qlobal valyuta mübadilələri zamanı IBAN sistemi uzunmüddətli təməl daşı rolunu qorumağa davam edəcək.

Həmçinin oxu – İstiqraz nədir? – İstiqraz növləri və üstünlükləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button