Google Analytics nədir?
Google Analytics nədir? – adından da göründüyü kimi Google tərəfindən hazırlanılmış, tamamilə pulsuz, satınınızı analiz etmək üçün möhtəşəm bir alətdir. Bu alət vasitəsi ilə sayt trafikinizi, istifadəçi davranışlarını, onlayn satışları və sizə lazım olan çox şeyi öyrənə bilərsiniz. Hələ də istifadə etmirsinizsə necə yüklənməsi barədə yazınızı oxuyaraq 5 dəqiqədə siz də bu aləti saytınıza əlavə edə bilərsiniz.
Google Analytics nə üçündür?
Onlayn bir biznesiniz var və buradakı müştərilərini tanımaq, saytda nə etdiklərini, onların necə biri, hansı ölkədən(şəhərdən) olması, hansı mənbədən saytınıza daxil olmasını, saytda nə qədər vaxt keçirməsini və bu kimi bir çox məqamları bu alət vasitəsi ilə öyrənə bilərsiniz. Analtiksdən əldə etdiyiniz məlumatlarla yeni strategiya yarada bilər, mövcud vəziyyətinizin nə qədər sizə mənfəət qazandırdığını və uyğun olub, olmamasını analiz edə bilərsiniz.
Analtiksdən əldə etdiyimiz ən vacib 5 məlumat nələrdir?
- Saytın trafikini – istədiyiniz tarixə görə sayta girən istifadəçi sayı, ortalama saytda qalma müddəti, baxılan səhifə sayı və s.
- Ən çox daxil olunan səhifələri müəyyənləşdirmək
- Saytınıza daxil olunan mənbələri görmək – reklam, SEO, Sosial media və s
- İstifadəçini tanımaq – hardandır, hansı cihazla daxil olub, cinsi, yaşı və s
- Onlayn satışları izləmək – saytdan satılan məhsullar və gəliri analiz etmək.
Qeyd: şəkillər GA Demo hesabdan götürülmüşdür, siz də öyrənmək üçün ilk bu hesabdan istifadə edərək Google Analitics analizlərini daha yaxşı anlaya bilərsiniz.