Dusundurucu suallar
Dərin söhbətlər insanların bir-birini tanımasına kömək edir. Bu sualları yaxınınıza və ya dostunuza verməklə, onları söhbətə daxil edə və onları əvvəllər heç düşünmədikləri şeylər barədə düşünməyə təşviq edə bilərsiniz.
Suallara ‘bəli’ ya da ‘yox’ deyil, ətraflı cavab verilməlidir. Əslində sualların dəqiq cavabı da yoxdur. Bu suallara verdiyi cavabla qarşı tərəfin qismətə, taleyə inam səviyyəsini və ümumi həyata baxışlarını,ümid və arzularını, habelə həyatlarında nəyin əksik olduğunu anlaya bilərsiniz.
30. Çox Düşündürücü suallar
1.İçində ölüm tarixiniz yazılan bir zərf alsaydınız açardınız?
2. Xoşbəxtlik pul olsaydı, peşəniz nə olardı?
3.Gələcəklə bağlı sizi ən çox nə narahat edir?
4.Yaşamaqla var olmaq arasında kı fərq nədir?
5. Səhvlərimizdən dərs alırıqsa niyə səhv etməkdən qorxuruq?
6.Məqsədiniz həqiqətən əlçatmazdır, yoxsa ona çatmaq üçün kifayət qədər səy göstərmirsiniz?
7.Həyat çox qısadırsa, niyə sevmədiyimiz bir çox şeyi edirik və etmədiyimiz bir çox şeyi niyə sevirik?
8.Bu gün həyatınızın son günü olsaydı, bu gün edəcəyinizi düşündüyünüz şeyi yenə də etmək istərdinizmi?
9.Buraxmaq və ya davam etmək üçün doğru zaman olduğunu necə anlayırsız?
10.Özünüzdən məmnunsunuz?
11.. İndiki fəaliyyətinizi və vərdişlərinizi nəzərə alaraq yaxın beş il ərzində harada olmağınızı gözləyirsiniz?
12.Özünüzlə qürür duymadığınız nə etmisiz?
13.Əslində bəzən anlamadığın nəyi anlamış kimi edirsən?
14. Həyatınızda ilk bir il içində dəyişdirmək istədiklərinizin başında nə gəlir?
15. Nə zaman danışmalı olduğunuz anda susmalı oldunuz?
16. Hal-hazirda nəyi təxirə salırsız?
17. Hansı mövzuda özünüzün ən böyük düşmənisiniz?
18. Nəyi bilməməyi istərdiniz?
19. Nələrdən imtina etmək məcburiyyətində qaldınız?
20. İnsanların sizin həyatınızdan çıxardığı ən böyük dərs nə ola bilər?
21. Təkrar təkrar etdiyiniz səhv nədir?
22. Sizi sevməyən birini sevdiyinizdə nə edərsiz?
23. Ölməzdən əvvəl mütləq etmək istədiyiniz şey nədir?
24. İçinizdəki səs son zamanlar nə deyir?
25. Ölümdən daha pis nə var?
26. Həyat həqiqətən də çox qısadısa niyə bəzi şeylərə dözmək məcburiyyətində hiss edirsiniz?
27. Öz həyatınızdan çıxardığınız ən böyük dərs nədir?
28. Özünüzlə dost olmaq istərdiniz?
29. Nəyə və ya kimə minnətdarsınız?
30.Hansı xoşagəlməz xüsusiyyətlərinizdən xilas olmaq istərdiniz?