Dünyanın 7 möcüzəsi siyahısı ✅
Dünyanın 7 möcüzəsi siyahısı bunlardır:
- Misir piramidalari,
- İsgəndəriyyə mayaki,
- Babilin asma bağları,
- Artemis məbədi,
- Rodos heykəli,
- Bodrum movzoleyi adlı 7 bina
- Olimpdə Zevsin heykəli
Yəni demək olarki hamısı əl ilə yaradılmış “möcüzələr”dir . Möcüzələr çox antik müəllif və ziyalıların marağını çəkmiş, bir çoxunun səyahətə çıxmasını təmin etmişdir.
Bu gün yeni kəşflərə strukturlara görə yeni “yeddi möcüzə” siyahıları nümayiş olunmuşdur. Adlarını çəkdiklərim bu zamana qədər bilinən antik dünyanın “yeddi möcüzəsi” dir. Müasir dünyada yeni möcüzə siyahıları yaradılmışdir.
Bunlar – Misir piramidalari – Misir, Seramidanin asma bağları – Iraq, Olimpdə Zevsin heykəli – Olimpiya, Yunanıstan, Artemida məbədi-İzmir, Türkiyə, Rodos heykəli-Rodos, Yunanıstan İskəndəriyyə mayaki-İskəndəriyyə, Misir Halikarnas mavzaleyi-Bodrum, Türkiyə.
Bu möcüzələr haqda ətraflı və geniş məlumatlar çoxdur. Gedib görə bilməsəkdə ən azından ətraflı məlumata sahib olaq.
🔵 Dunyanin 7 Mocuzesi Siyahisi..
Dünyanin 1-ci möcüzəsi.
Misir ehramlari Misir fironlarinin sərdabələri. Təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmişdir. O dövr fironlarinin hakimiyyəti – hədsiz idi və ALLAHlara bərabər tutulurdu və bu sərdabələr fironlarinin ölümündən sonra onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldilmişdir onun hündürlüyü 146.6metr,təqribən eramızdan əvvəl 28ci əsrdə tikilib. Təbii ki hərkəsə maraqlıdır, o zamanlar insanlar bu cür möhtəşəm abidələri əl ilə nece yaradıblar. Çünki o zamanlar bu möhtəşəmliyi yaradacaq heç bir alət yox idi. Suallar artıqca cavablar da müxtəlif idi. Bəzi araşdırmaci arxeoloqların fikrincə misirlilər qeyri-adi güclərdən istifadə edirdilər. Bəzilərinin fərziyyələrinə görə guya misirlilər göydən qeyri-adi qüvvələrlə təmasda olublar və göydə yaşayan qüvvələr misirlilərə piramidalari tikməkdə kömək ediblər. Bəziləri isə onlarin sehrli iksir düzəldib içdiyini və bu iksirin onlara güc verdiyini deyirdilər. Misirdə tikilən əsas böyük və yanbayan duran 3 piramida göydəki Sirius ulduzunun duruşu istiqamətində tikilib. Piramidaki otağa daxil olduqda tavandaki deşikdən yalnız Sirius ulduzunu görmək olar. Və belə demeyə əsas yaranırdı, misirlilər bu deşiyi məhz Sirius ulduzuna baxmaq üçün düzəldiblər.
Dünyanin 2-ci möcüzəsi.
Seramidanin asma bağları. Dünyanın ikinci möcüzəsi qədim Babildə yerləşir. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Seramidanin əmri ilə yaradılmışdir. Ama əslində tarixə baxsaq bu bağlar e.ə 7ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydan tikmişdi. Bu meydan 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilmiş sıra dağlar üzğrindğ qurulan bu terraslarda hər birinin üstünə torpaq tökükmüş və burada bağ salınmışdı. Həmin dövrdə yüzlərlə qul gece – gündüz dəri tuluqlar asılmış nəhəng çarxları firladaraq Fərat çayında asma bağlara su qaldırırdı. Dunyanin 7 mocuzesi haqqinda 3-cunu isə aşağıdan oxuya bilərsiniz.
Dünyanin 3-cü möcüzəsi.
Artemidanin Efes şəhərindəki məbədi. Qədim yunan ilahəsi Artemidanin Asiyanın Efes şəhərindəki məbədi dünyanın 3cü möcüzəsi sayılır və məbəd təxminən 120 ilə tikilib və e.ə 550ci ildə hazır olub. Məbədi məhşurlaşdiran onun gözəl naxışları və qiymətli əşyalaridi. Əfsanəyə görə
356ci ildə Herostrat adlı bir nəfər şöhrət qazanmaq üçün məbədi yandırıb və bundan sonra Herostratin adi mənasis barbarlıq rəmzi olmuşdur.
Dünyanin 4-cü möcüzəsi.
Olimpiyadaki məbəddə Zevsin heykəli. – Yunanıstanda Olimpiya oyunlarınin vətəni olan Olimpiyadaki məbəddə qədim yunanların baş Allahı Zevsin heykəli var. Təxminən 2500 il əvvəl e.ə 5ci əsrdə heykəltaraş Fidi tərəfindən yaradılan bu heykəl sayca 4cü “möcüzə” idi. Qizildan, fil sümüyündən və qarağacadan düzeldilib.Qiymətli daş qaşla düzəldilən 14 metrlik bu heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi.Zevsin başinda qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng – bu zəhmli Allahın sülhsevər olmasına işarə idi) vardi. Heykəlin başi, qolları,sinəsi, fil sümüyündən yonulub. Qizildanda saqqali vardi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqali haşiələnmiş, sifəti ciddilik yox, həmdə xeyirxahlıq təsiri bağışlayırdı.
Dünyanin 5-ci möcüzəsi.
Halikarnasda Mavsolun məqbərəsi-Beşinci “möcüzə” sayılan məbəd Asiyada Kariya padşahliğinin paytaxtı Halikarnasda – Türkiyənin indiki Bodrum şəhərində olmuşdur. Bu məqbərəni Kariya padşahı Mavsol üçün onun dul arvadı Artmesiya e.ə 4cü əsrin ortalarında tikdirib. Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarus yaraşıqlı mərmər sütunlardan, 3cü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. Halikarnas məqbərəsini isə Movsol və Artmesiyanin mərmər heykəllərindən olan 4 atlı araba tamamlayirdi. Hər iki heykəl və məqbərənin digər bəzək şeyləri Londonda ki Britaniya muzeyində saxlanılır. Movsolun adından isə “movzoley” sözü yaranıb.
Dünyanin 6-cı möcüzəsi.
Rodos nəhəngi-Heykəltaraş Xarosun yaratdığı və “Rodos nəhəngi” adlanan bu heykəl altıncı “möcüzə” sayılır.Heykəlin tarixi də maraqlıdır.. e.ə 3cü əsrdə sərkərdə Demetre Rodos adasına hücum edir. Demetri azadlıq sevər rodoslulari məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir edilib. Onun möhkəm ayaqları azacıq aralanıb. Sağ əli gözlərinin üstünə qaldırıb. Başinda ki tac isə günəş şüalarının rəmzi sayılır. Bu günəş Allahı Heliosun təsviridir. Ada sakinləri onu öz himayəçisi sayırdılar.
Dünyanın 7 möcüzəsi
İskəndəriyyə mayaki. e.ə təqribən 280ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İskəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim Yunanıstanin ən böyük mayakini tikmişdi. Yeddinci “möcüzə” sayılan qüllənin hündürlüyü 120 mdir. Qüllənin zirvğsində ki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Bu yaxınlarda internetdə 100 milyondan çox adamın iştirak etdiyi Müasir dünyanin “7 möcüzəsi” seçilib.
- Böyük Çin Səddi
- Hindistanda Tac Mahal mavzoleyi
- Roma kolizeyi.
- İordaniyada qədim Petra şəhəri
- Rio de Janeyro (Braziliya) üzərində ucalan İsa heykəli
- İnklərə məxsus abidə-Maçu-Pikçu (Peru)
- Mayya Hindu sivilizasiya abidəsi – Çiçen-İtsa (Meksika).
Bu möcüzələr siyahısına hətta Bermud Üçbucağınıda daxil etmək olar. Sirri açılmayan bir möcuzə kimidir.
Oxşar Yazılar:
➡️ Maraqlı Faktlar 2020
➡️ Yad Planetlilər haqqında