CFA nədir?

Maliyye sertifikatı-maliyye proqramlari

CFA (Chartered Financial Analyst) maliyyəçilər üçün nəzərdə tutulmuş beynəlxalq sertifikasiyadır. Maliyyə ixtisası üzrə təhsil alan və ya peşəkar maliyyəçi kimi dünyanın hər yerində işləyə biləcək potensiala malik olmaq istəyən maliyyeci kadrlar CFA imtahanindan ugurlu nəticə əldə edərək yetərincə nüfuzlu şirkətlərdə çalışa bilərlər.

CFA imtahani haqqinda. CFA imtahanı Amerika sertifikasıyasıdır və üç level-dən ibarətdir. Hər bir level-in özünəməxsus imtahan proqramı və sertifikasiyası var. CFA proqramını CFA İnstitutu (bu institut investisiya mütəxəssislərinin qlobal birliyidir) təqdim edir: https://www.cfainstitute.org/
Bu sayta daxil olaraq CFA İnstitunun təqdim etdiyi proqramla və ümumi olaraq, CFA ilə bağlı daha geniş məlumat ala bilərsiniz.

CFA-nin ilk proqramı 1962-ci ildə başlamışdır və bu qurum müasir dövrümüzdə 150-dən çox ölkədə üzvlərə (minlərlə üzvə) malikdir. Məqsəd investisiya sahəsində yüksəksəviyyəli və yüksək etik dəyərlərə uyğun təhsilin və işlər-əməkdaşlıqların irəliləyişidir.
Ölkəmizdə maliyyə üzrə ixtisaslaşmış təlim kursları (maliyye kurslari) sizin CFA imtahanına hazırlaşmağınıza kömək edə bilər.

Maliyyəçi sertifikatları – maliyyə kursu

CFA imtahanının hər üç levelindən uğurla keçən şəxslər “charterholder” statusu alırlar. İmtahan proqramı hər il təzələnir və bu proqramı CFA-nın öz saytından, maliyyə kurslarının təlim proqramlarından və ya CFA proqramını fərdi tədris edən müəllimlərdən əldə edə bilərsiniz. İmtahana qeydiyyat və qəbul tarixləri də həmçinin saytda açıqlanacaqdır.
CFA, əsasən, investisiya, qlobal bazardakı problemlər və risklər, maliyyə riskləri, portfel idarəsi və s. kimi məsələləri proqramlaşdırıb. Bu proqramı tez-tez əldə etmək olmur, çünki davamlı dəyişilir. Dünyada gedən maliyyə prosesləri, dəyişikliklər, problemlər, proqnozlaşdırılan bütün hallar izlənilir və analiz edilir – CFA imtahani proqrami da buna uyğun şəkildə tənzimlənir (yəni yenilənir).

06 FINANCE SPECIALISTS
Maliyye mutexessisleri



CFA almaq üçün nə etməli – CFA imtahanına qəbul

CFA proqramı ingilis dilində təqdim edilir, eləcə də imtahan ingilis dilində həyata keçirilir. İmtahanda xüsusi kompüter bazalı test mərkəzlərində onlayn şəkildə iştirak etmək mümkündür. CFA beynelxalq ve ingilisdilli bir sertifikasiya olduğu üçün bu sertifikatı almaq istəyən namizədlərin proqramı və xüsusi maliyyə terminlərini başa düşəcək səviyyədə ingilis dili biliyinin olması mütləqdir.
Bundan əlavə, müraciət etmək istəyən namizədlərdən ya müvafiq sahədə ali təhsil, ya da ən az 36 aylıq maliyyə üzrə iş təcrübəsi tələb olunur. (Bu şərtlər hər il yenidən namizəd tərəfindən nəzərdən keçirilməlidir, dəyişiklik ola bilər).

CFA sertifikatı sizə nə qazandırır?

Bu, beynəlxalq bir sertifikasiyadır. Dünyanın hər yerində işləmə azadlığına sahib olan, daha yüksək mövqelərdə çalışan, qlobal bazarda fəaliyyət göstərən bir maliyyəçi olmaq istəyirsinizsə, CFA sertifikatına ehtiyacınız var. Təkcə yaşadığınız ölkədə deyil, dünyanın hər yerində peşəkar maliyyəçi statusu ilə fərqlənəcəksiniz və nüfuzlu əməkdaşlıqlara başlayacaqsınız.
Bu, çox önəmli bir sertifikasiya hesab olunduğundan bəzi şirkətlər hətta öz əməkdaşlarını şirkət hesabına CFA kurslarına və CFA imtahanına yönləndirirlər.
Yeniliklər müasir dövrün ən əsas tələbidir, siz bir maliyyəçi kimi yalnız yerli sahədə özünü göstərən nümunələr və problemlər üzərindən irəli gedə bilməzsiniz. Dəyişən qlobal bazarda yaxşı mütəxəssis kimi formalaşmaq üçün beynəlxalq standartlara və beynəlxalq təcrübədən faydalanmağa ehtiyacınız var. Nəzərə alın ki, CFA sertifikati ilə ən qabaqcıl ölkələrdə belə maliyyə sektorunun qapıları üzünüzə açılır.
Azərbaycanda da CFA imtahanından uğurla keçən (hətta hər 3 level-i başa vurmuş) peşəkar mütəxəssislərimiz tanınır. Onlardan Akşin İbişov, Təbriz Əliyev, Leyli Cabbarlı, Elnur Bədəlov kimi mütəxəssisləri misal göstərə bilərik. Yəqin ki, bu imtahandan keçən və öyrətmə qabiliyyəti yüksək olan bir sıra şəxslər maliyyə kurslarında rahatlıqla bu təlim proqramını tədris edə biləcək səviyyəyə çatırlar.

Hər bir halda CFA sertifikatı almış və uğurlu maliyyəçi kimi çıxış etmək istəyən hər bir şəxs CFA İnstitutunun rəsmi saytına daxil olaraq bu suallar üzərindən detallı cavabları əldə edəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button