Biznes qurmaq üçün nə etməli?
Biznes qurmaq üçün nə etmək lazımdır?
Bu bloqda biznes qurmaq və biznes qurmaq yolları barədə danışacağıq. Biznes qurmaq üçün nə lazımdır? – sualı, əslində, çox geniş izah tələb edən sualdır. İnsanlara daha maraqlı gələn bir neçə əsas məqamlar da var – gəlin onları izah edək.
Az büdcə ilə biznes qurmaq
Əksər insanlar düşünür ki, az pulla biznes qurmaq mümkünsüzdür. Onlar biznes qurmaq ucun uygun zamanin ve pulun gəlməsini illərlə gözləyirlər. Nəticədə, qarşılarına çıxan fürsətləri belə dəyərləndirməkdən qaçırlar. Çünki pulun azlığı imkan vermir ki, onların biznes xəyalı gerçəkləşsin. Halbuki pul elə biznes qurandan sonra daha çox gələn bir şeydir. Düşünün, dünyaca məşhur biznesmenlər belə çox kiçik pullarla iş həyatının rəhbəri olmağa addım atıblar.
Kiçik biznes qurmaq
Online biznes qurmaq da kicik biznes qurmagin bir yoludur. Əsasən də sosial şəbəkələr (məsələn, instagramda biznes qurmaq) bunun üçün çox əlverişli imkanlar yaradır. Onlayn biznes quraraq qazandığınız pulla bir neçə il ərzində (hətta 1 il ərzində də bunu bacaranlar var) öz şirkətinizi qura və böyüdə bilərsiniz.
Bizim ölkəmiz Azərbaycanda biznes qurmaq da düşündüyünüz qədər məşəqqətli proses deyil. Öz bacarığınızı ortaya qoymaq ilk addımdır. Yaxşı planlanmış biznes strategiyası (bu işin mütəxəssislərindən, həmçinin yeni başlayanlardan kiçik yardım almaq olar), reklam və marketinq bilikləri, daimi özünüinkişaf, məharətli büdcə idarəsi bacara bilməyəcəyiniz şeylər deyil. Sadəcə addım atmaq və öyrənməyə açıq olmaq lazımdır. Uğursuzluqlara da normal baxmaq lazımdır ki, uğurun dadını çıxara biləsiniz. Ətrafınızda biznes quran şəxslərdən biznes fikirleri ve biznes ideyaları əldə edə bilərsiniz və ya onlara baxaraq ilhamlana və öz yolunuzu müəyyənləşdirə bilərsiniz.
Biznes qurmaq ucun ideyalar – biznes qurmaq ucun ne lazimdi?
Nece biznes qurmaq olar? Biznes qurmaq üçün lazım olan bir neçə əsas özəllikləri aşağıdakı addımları oxuyaraq müəyyənləşdirə bilərsiniz:
- Qərarlı olun.
- Büdcənizi müəyyənləşdirin.
- Hansı sahədə biznes quracaqsınız (məhsul, yoxsa xidmət irəli sürürsünüz?)
- Rəqiblərinizi araşdırın, onların sizdən üstün cəhətləri varmı və ya sizi onlardan üstün edəcək, irəli aparacaq məqamlar varmı?
- Onlardan fərqli olaraq nəyi daha təkmilləşmiş və keyfiyyətli irəli sürürsünüz?
- Kimlər sizi axtarmalıdır? Sizi niyə seçməlidirlər?
- Yaxşı düşünülmüş biznes plan və marketinq strategiyası ilə hərəkət edin.
- Kiçik uğursuzluqları qiymətləndirin, səhvlərinizi dərk edin, lakin motivasiyanız aşağı düşməsin.
- Gözləməyin ki, müştərilər sizə gəlsin. Siz onların olduğu yerə gedin.
- Sosial şəbəkələrdə də aktiv olun. Digital Marketinqin imkanlarından istifadə edin.
- Daima irəliləyişinizi analiz edin.
- Müştərilərdən (hətta ilk müştərilərinizdən) rəylər toplayın. Əgər işinizi yaxşı görürsünüzsə, onsuz da bu rəylər sizi məmnun etmiş olacaq.
- Bir müddət sonra özünüzə məsuliyyətli və bacarıqlı komanda yoldaşları seçməyi də unutmayın.
“Nece biznes qurmaq olar” sualı ətrafında düşünərkən çalışın məşhur və kifayət qədər uğurlu (əsasən, bu işə sıfırdan başlamış) biznesmenlərin, iş adamlarının uğur hekayələrini dinləyin, əgər varsa məqalə və kitablarını oxuyun. İnternetdə onlar haqqında kifayət qədər maraqlı məlumatlar, videolar və s. var. Hər uğursuzluqda onların necə vəziyyəti dəyişdirdiyini, motivasiyalarının nədən irəli gəldiyini, özlərinə necə bir yol planladıqlarını ətraflı analiz edin. Uğurlu biznes adamlarının yolundan getmək istəyirsinizsə, ilk növbədə onların necə düşündüklərini anlamalısınız.
Hər hansı məhsulu satmaq üçün çox fikirləşməyə və davamlı büdcə haqqında narahat olmağa da gərək yoxdur. Bacarıqlarınızı analiz edərək hər hansısa məhsulu özünüzün də hazırlayıb sata biləcəyinizi kəşf edəcəksiniz, yaxud biliklərinizi dəyərləndirərək insanlara xidmət də təklif edə bilərsiniz.