Biznes plan nədir və necə hazırlanır…
Biznes plan nədir? – sizin iş məqsədinizi, yeni məhsul və xidmətlərinizi, yaxud görəcəyiniz işin uğurlu alınması üçün konkret strategiyanızı və müfəssəl və dəqiq şəkildə təsviridir.
Bazar iqtisadiyyatı dövründə məqsədiniz yeni bir şirkət yaratmaq, və yaxud mövcud bir korporasiyanı daha da genişləndirmək üçün siz biznes plan hazırlamaqla öz fikrinizi və məqsədinizi hərtərəfli qiymətləndirmək şansı əldə edərək, qarşınıza çıxacaq çətinlikləri və maneələri idarə etməyə imkan verən yol xəritəsi hazırlamaqla əvvəlcədən gözlənilən problemlərin və risklərin qarşısını almış olacaqsınız.Biznes plan tərtib edilərkən ilk səhvlərdən biri plan tərtibatçıları uzun illəri özündə ehtiva edən maliyyə göstəricilərinə-yəni rəqəmlərə daha çox yer ayırır,ancaq potensial investorların maraqları üçün əhəmiyyət kəsb edən məlumatlara isə daha az yer verilir.
Biznes plan üçün əsas 3 faktor
Biznes plan hazırlanarkən plan özündə həlledici əhəmiyyətə malik 3 faktoru ehtiva etməlidir:
- İnsan faktoru biznesə başlayacaq və davam etdirəcək komanda. Həmçinin biznesin inkişafına kənardan dəstək verəcək investor və digər maraqlı şəsxlər.
- İmkanlar biznesin məqsədi və istiqamətini düzgün müəyyənləşdirmək, bazarın doğru və düzgün araşdırılması,rəqiblərin müəyyənləşdirilməsi,rəqabət qabiliyyətliyin müəyyən edilməsi
- Risk və qazanc gəlir və xərclər smetasının düzgün yazılması,hansı müddətdən sonra mənfəətin əldə edilməsi,Risklərin müəyyənləşdirilməsi.
Yuxarıda qeyd edilən xüsusi əhəmiyyətə malik 3 faktoru qeyd etdikdən sonra biznes planın strukturunu hazırlaya bilərik. Planın strukturu adətən giriş hissəsi qısa icmal və biznesin ümumi təsviri kimi başlayır,əsas hissədə isə daha dərin və xüsusi izahlarla davam edir.Son hissədə isə konkret və dolğun məlumatlara və detallara yer ayrılır.
Biznes plan aşağıdakı strukturu özündə ehtiva etməlidir:
Ön səhifə.
Bura biznesin adı, sizin adınız, soyadınız və əlaqə məlumatları qeyd edilməlidir.
Mündəricat.
Özündə ehtiva edəcək mövzuların siyahısı.
Umumi İcmal.
İdeyanın nədən ibarət olduğunu,məqsəd və vəzifələrini, prioritet istiqamətlərini və ən əsası ideyanın missiyası, yəni biznesin nədən ibarət olması və onun gələcək inkişafı barədə məlumat verilməlidir.Həmçinin mümkün gözlənilən və gözlənilməyən risklərin gözdən keçirilməsi, tələb olunan vəsaitin müəyyənləşdirilməsi və bazarda rəqiblərin təklif etdikləri məhsullardan fərqləndirən rəqabət üstünlükləri barədə ümumi icmal olmalıdır. Bu punktda qeyd olunan məlumatlar aydın və dolğun olmalıdır ki, həm rəyçiləriniz planı oxumaqda həvəsləndirilmiş olsun , həm də investor bu hissəni oxuduqdan sonra sizin ideyanız və məqsədiniz barədə ümümi məlumatı olsun. Vaxtı az olan investorlar bəzən bu məlumatlarla kifayətlənir ki, sizə investisiya etmiş olsun.
Bazarın təhlili.
Biznes plan qurulan zamanı siz hədəf müştəriləriniz kim olduğunu,onların sayını,hansı sürətlə artım dinamikasını müəyyən etmiş olmalısınız. Gələcək alıcılarınızın kim olduğu, onların nə üçün sizin xidmətinizdən yararlanacağı və onların ehtiyaclarının nədən ibarət olduğu qeyd olunmalıdır. Həmçinin bazarı təhlil edərkən onun coğrafi mövqeyi və yerləşdiyi ərazi təhlil edilməlidir. Sizinlə eyni xidməti göstərən şirkətlərin sayı və bazardakı payı araşdırılmalı və sizin məhsul və ya xidmət ilə onların göstərdiyi xidmət arasındakı oxşar və fərqli cəhətlər qeyd edilməlidir.
Marketinq planı.
Marketinq planı hazırlanan zaman məhsul və ya xidmətlərinizi necə satmaq istədiyinizi,müştəriləri cəlb etmək üçün hansı həvəsləndirici addımların və kompaniyaların təfərrüatları barədə məlumat verilməlidir. Marketinq plan zamanı satışların necə aparılması, müştəri məmnuniyyəti və sədaqəti qazanmağın yolları nümayiş etdirilməlidir. İnvestorlara istədiyniz satış hədəflərinə çatmaqda düzgün yazılmış markenting strategiyanızın sizə necə kömək edəcəyi barədə ətraflı məlumat vermək lazımdır. Marketinq kompleksi-marketing hədəflərinə necə çatacağınızı təsvir edən vasitədir. Kompleks hazırlanarkən sizin hədəf bazarınız,məhsullarınızdan müştəriləri necə xəbərdar etmək,müştəri loyallığını stabil saxlamaq, müştəriləri sizin məhsul və xidməti əldə etməyə sövq,məhsullara qoyulacaq qiymətlərin düzgün hesablanması,rüblük,yarımillik və illik satış hədəfləriniz və həmin hədəflərə çatma vaxtınız qeyd edilməlidir. Marketinq kompleksi hazırlanərkən ənənəvi dördlük əks etdirilməlidir ki, buraya məhsul və ya xidmətiniz, qiymət strategiyanız, coğrafi məkanınız, təbliğat kompaniyanız daxildir.
Maliyyə planı.
Maliyyə planı şirkətinizin indiki və gələcək proqnozlarını özündə ehtiva edir. Maliyyə planı yazılarkən nə qədər pula olan ehtiyacınızı,investorlardan olan gözləntilərinizi, əldə edəciyiniz pulun hansı istiqamətlərə xərcləyəcəyinizi əhatə etməlidir. Həmçinin planda mənfəət və zərər haqqında hesabat və gələcək 3-5 ilə olan proqnozlarınız qeyd olunmalıdır. Əlavə olaraq sabit və dəyişən xərcləriniz, satışın artım dinamikası öz əksini tapmalıdır. Maliyyə risklərini müəyyənləşdirərək investorlara iflas və ya proqnozlaşdırılan gəlirlilik dərəcəsinə çatmaq ehtimallarını qısa olaraq qeyd edə bilərsiniz. İnvestorlara maliyyə rentablliyi barədə məlumat verilməlidir. Maliyyə rentabilliyi ana şirkətin təyin etdiyi baryerdeən çox olmalıdır ki, investorların investisiya etmək həvəsləri daha da yüksək olsun. Onlar da öz növbəsində mümkün risklərdən sığortalanmaq üçün daha yüksək rentabillik tələb edəcəklər.
Rəhbərlik haqqında məlumat.
Doğru seçilmiş komanda olmadan heç bir biznes uğulu ola və reallaşdırıla bilməz. Komanda üzvləri məlumat və onların tərcümeyi-halı biznes planın əlvəsində mütləq qeyd edilməlidir. Heyətin peşəkar fəaliyyəti, onların təcrübəsi, həyata keçirdikləri layihələr, qazandıqları nailiyyətlər, biznesə dair bilgiləri, bacarıqları, biznes dünyasında malik olduqları imicləri barədə məlumatlar qeyd edilməlidir. Həmçinin onların vahid komanda altında toplaşmağın səbəbi, onların layihəyə həvəsləndirmənin nə olduğu vurğulanmalıdır. Komandaın güclü və zəif cəhətləini göstərməklə investorlara nə qədər peşəkar olduğunuzu sübut etmiş olacaqsınız.
Əlavələr:
Bu punkt son olaraq investorlara fundamental olmayan məlumtları çatdırır. Həçmçinin yaxşı olardı ki,sonluq olaraq qarşıda yarana biləcək hər hansı riskləri və gözlənilməz probləmlər üçün özünüzə yer saxlayın. Özünüz üçün aydın və dolğun inkişaf mərhələləri qeyd edin və qrafiklər hazırlayın.
Biznes planın tərtib edilməsi aydın məqsəd və məsuliyyət tələb edir.Yaxşı olardı ki, planı bir neçə hissələrə bölüb özünüzə deadlinelər qoyaraq həll edəsiniz. Çalışın ki, iş prosesində plana daxil etməyə əlavə məlumatlar,investorlar,biznes tərəfdaşları tapın.Onlar ilə məsləhətləşmələr aparın.İdeyalarınızı müzakirə edərək plandakı boşluqları və potensial təhlükələr barədə onların fikrini soruşun.Sonra isə planda lazımı dəyişiklikləri aparın.
Biznes Plan haqqında ən çox verilən suallar:
Biznes plan nedir?
Biznes plan nedir vu0259 nu0259 kimi mu00fcsbu0259t tu0259sirlu0259rinin olduu011funu yuxaru0131da hazu0131rladu0131u011fu0131mu0131z mu0259tndu0259 tam olaraq qeyd edilib. O sizin biznesinizin tu0259mu0259lidir vu0259 bu tu0259mu0259l du00fczgu00fcn qoyulmalu0131du0131r.
Biznes plan hazu0131rlanarku0259n u0259n vacib u015feylu0259r nu0259lu0259rdir?
u003cstrongu003eu0130nsan faktoruu003c/strongu003e, u003cstrongu003eimkanlar, risk vu0259 qazanc u003c/strongu003ekimi u00f6nu0259mli faktorlara diqqu0259t etmu0259lisiniz. Biznes plan hazu0131rladu0131qda peu015fu0259karlardan yardu0131m almalu0131su0131nu0131z.
Təşəkkürlər məlumat üçün.
Her zaman oyrenmeliyik,sizede tewekkurler
Təşəkkür edirəm,Fərhin bəy!
Salam mən bir iş qurmaq isdəyrəm bunun üçün mənə məsləhət və pul lazmd