Biznesdə böyümə: intensiv yoxsa ektensiv?
DIE or GROW?
Ötən əsrin 40-cı illərindən başlayaraq kapitalist ölkələrinin biznes sahəsində belə deyim meydana gəlmişdi ki, ya öləcəksən ya da böyüyəcəksən. Bu şuar biznes sahəsini daha da təkmilləşdirilməsinə, azad və rəqabətli bazar iqtisadiyyatının inkişafına səbəb oldu. Müasir dönəmdə isə biznes sahəsi artıq fərqli sferada inkişaf etdiyi üçün bu deyim “ya rəqabətdə uduzub bazarı tərk edəcəksən, ya da daha da böyüyüb nəhəng koorporasiya olacaqsan” şüarı ilə əvəz edilibdir.Biznesdə böyüyərkən ilk öncə hər bir sahibkar öz-özünə bu sualları verməlidir:
- Biz nə üçün böyüməliyik?
- Biz necə böyüməliyik?
- Biz nə qədər böyüməliyik?
Bu üç sualara cavab tapmaqla sizin böyüməklə bağlı qarşıya qoyduğunuz strategiyanın demək olar ki, 50-60%-ni artıq tamamlamış olacaqsınız.
21-ci əsrdə biznesdə durğunluq yaşayan və inkişaf etmək niyyəti olmayan sahibkarlar və biznesmenlər mütləq dərəcədə zamanla bazardan tamamilə çıxmış olacaqlar. Uğurlu biznesmenlər düzgün bazar araşdırmaları edərkən strateji inkişafla bağlı xüsusi punktlara qarşı daha diqqətli olurlar ki, məhz həmin punktlarda qeyd edilən məsələlər və istiqamətlər onların gələcək inkişafına xüsusi töhvə verəcəkdir. Həmin strateji inkişafı təyin edərkən aşağıda qeyd edilən məsələlərə diqqət etmək lazımdır.
- Yeni müştəri bazasına müraciət etmək.
Sizin atacağınız bu addım zamanla sizə yeni-yeni müştəri qazandırmış olacaq ki, məhz bu da sizin bazarda rəqabətliliyin inkişafına və bazar dəyərinizin yüksəlməsinə səbəb olacaqdır.Bu yol sizin əlavə gəlir mənbəyinizi daha da artıra bilər. - Yeni məhsul yaratmaq.
Bu metod digərlərinə nisbətən daha çox risk almağınıza səbəb olmmasına baxmayaraq,biznesin inkişafında və böyüməsində xüsusi önəm daşıyır.Məhsullarınızı diversifikasiya edərək daha çox müştəri portfelinə çatıb və satışlarınızı daha da artıra bilərsiniz.Bu zaman mütəq dərəcədə müştəri trendlərini izləmək lazımdır ki,təqdim edəcəyiniz məhsul bazarda tələbat yaratmış olsun.Bu üsul həmçinin biznesdə ekstensiv inkişafa da səbəb olan amillərdəndir. - Texnoloji yeniliklər.
Müasir biznesi texnologiyasız təsəvvür etmək çox çətindir.Texnologiya həyatımızın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı,biznesin də ayrılmaz tərkib hissəsidir.Sözsüz ki,bazarda ən son texnoloji avadanlıqlara malik olan şirkətlər rəqib şirkətlərə qarşı daha dayanıqlı olacaqdır. - Düzgün yığılmış komanda.
Hər bir uğurlu sahibkarın arxasında sözsüz ki,bir komanda dayanır.Məhz həmin komandanın səyi və çalışqanlığı sahəsində biznes böyüyür,inkişaf edir. Bunun üçün daimə işçiləri motivasiya etməli və onların təhsilinə investiya etmək lazımdır
İş fikirləri üçün digər saytımıza keçid edə bilərsiniz.
Bəs biznesdə böyümə hər zaman faydalıdırmı?
Araşdırmalar göstərir ki, biznesdə böyümə bəzən faydasız və səmərəsiz olur ki, bu da zamanla biznesin müflis olması ilə nəticələnir. Xüsusilə biznesin ekstensiv inkişafı zamanı-yəni eyni vaxtda bir neçə fərqli biznes sahələri ilə məşğul olmaq daha çox risk yaratmış olur.Bəs biznes böyüyərkən bizi hansı çətinliklər gözləyir?
- Bazarın səhv qiymətləndirilməsi:Bəzən yeni sahəyə investisiya edən sahibkar köhnə biznesində olduğu kimi uğurlu ola bilmir. Keçmiş biznesində olan uğur sahibkarın özünə arxayın olmasına və yeni məhsul üçün bazarı daha araşdırmamağa gətirib çıxarır ki,bu da yeni biznesə investisiyanın ya az ya da çox qoyulması ilə 犀利士 sonlanır.Sonluq isə biznesin müflis olası ilə nəticələnir.
- Stress və asılılıq artır: Biznes böyüyərkən sahibkar üçün həmin biznesləri idarə etməyə çəkdiyi stress və asılılıq daha da artmış olur.Məhz həmin stress və asılılıq düzgün qərarların verilməsində və strateji planlanmanın düzgün qurulmasında problemlər yaratmış olur.
- Koorporativ ziddiyət: Yeni bizneslər yeni işçilərin qəbulunu tələb edir.Yeni gələn işçilərin köhnə işçilərə adaptasiya olması və köhnə işçilərin yeni gələnlərə qarşı mənfi emosiyaları şirkətin məhuldarlığını aşağı salmasına və məhsul keyfiyyətinin itməsinə səbəb olacaqdır.
- Müştəri məmnuniyyəti azalır: “Ən yaxşı reklam Müştəri məmnuniyyəti olmasıdır” deyimi əbəs yerə deyilməyibdir.Məhz biznesi ayaqda saxlayan müştəri məmnuniyyətidir.Ancaq bir qədər uğur qazanmaq və böyümək illər ərzində qazanılmış məmnuniyyəti itirmək riskini artırır.Əvvəlki illərə nisbətən daha çox məhsul istehsal etmək onun keyfiyyətinin itməsi ilə nəticələnir ki, bu da müştəri məmnuniyyətini azaltmış olur.
- Sahibkar və ya biznesmenin böyüməyə hazır olmaması: Biznesinizin inkişafı sizin şəxsi inkişafınızı qabaqlasa siz bir yerdə büdrəmiş olacaqsınz.Bəzən sahibkar işin içinə o qədər girir ki, biznesin nə qədər böyüdüyünü hiss etmir.
Müasir biznesdə böyümə daima hərəkət vəziyyətindədir. Bir yerdə dayanmaq və ya kortəbii inkişaf biznesinizin müflis olmasına səbəb olacaqdır. Düzgün qurulmuş strategiya və planlama,həmçinin doğru hesab edilən komanda uğurlu biznesin təməlidir.
Mövzuya uyğun digər yazılar: