Bill Gates kimdir?

 Microsoftun qurucusu Bill Gates 1955 ci ildə anadan olub. Zəngin bir ailənin övladı kimi Seattle – də anadan olan Gates, sahib olduğu mənbələrdən düzgün istifadə etməyi bacardı və bu gün dünyanın sayılı zənginlərindən biridir. Uğur, vizyon və zəhmətin əsəri olan uğur hekayəsi ilə dünyaya “hər evə komputer salmaq” vizyonu gətirən bu məhşur şəxs, 1975 ci ildə Microsoft – un əsasını qoydu və tezliklə dünyanın aparıcı multimilyonerlərindən biri oldu. Bəs Bill Gates kimdir? 

Bill Gatesin həyatı haqqinda

Bill Gatesin anası müəllim, atası isə vəkildi. Uşaqlıq illərindən kompüterlərə maraq salan Gates, on iki yaşında olarkən IT kurslarına başlayır. Boş vaxtlarının çoxunu dostu Paul Allen ilə birlikdə kompüter proqramları üstündə işləyərək keçirən Gates və dostu 1872 ci ildə Traf-O-Data adlı ilk şirkətlərini qurur.  Və qısa zamanda 20.000 dollar qazanmağı bacardılar. 

Bill Gates hələ məktəb illərindən bütün ” World Book” ensiklopediya seriyasının hamısını oxudu. 

Kompüterə olan marağı, SAT-da 1600-dən 1590 bal alması və biraz da atasının təsiri ilə 1973 cü ildə Harvarda qəbul edilən Gates, bu prestijli universitetdə dərslərə qatılmaq əvəzinə vaxtını poker və video oyunları oynayaraq keçirdi. Bütün bu vəziyyət keçmiş ortağı Paul Allenin ona göstərdiyi bir məqalədən sonra dəyişdi. Dünyanın ilk mikrobolgisayarı Altair 8800 haqqında məlumatlı olan Gates və Allen burda bir fürsət gördülər və kompüterin Meksikadakı yaradıcısı MITS-i arayaraq Altar üçün olduqca məhşur bir proqramlaşdırma dili olan BASİC-ə sahib olduqlarını söylədilər. Altair-in yaradıcıları bu proqramla maraqlandılar və sınamaq istədiklərini dedilər. Ancaq Paul və Gatesin əlində hər hansı bir prooqram yox idi. Bunun üçün məktəbə qayıdan Gates, Allen ilə səhər axşam Harvardın labaratoriyasında proqram üstündə işləməyə başlayır. Əllərində Altair adlı kompüterdən olmadığı üçün proqramın işləyib işləməyəcəyi haqqında azda olsa fikirri yox idi. Allen Meksikaya getdiyində belə proqramın işləməsinə dair sübutları yox idi. Amma şansları yavər getdi və proqram işlədi. Bundan sonra Bill Gates Harvardı buraxdı və ortağı Allenin yanına Meksikaya getdi. 

1978 ci ildən sonra ilk Yaponiya olmaq üzrə beynəlxalq işlər görməyə başladı. Gates 1979 cu ildə yalnız 13 nəfər işci ilə təxminən 3 milyon dollarlıq satış reallaşdırdı. 

PC – lər üçün yazılması lazım olan əməliyyat sistemi təklifinin Gary Kildal tərəfindən rədd edilməsindən sonra IBM, Gatesə yönəldi. Gates, Seattle Computer Products ( SCP) şirkətindən 50.000 dollar dəyərində DOS əməliyyat sistemini satın aldı və SCP-də DOS proqramçılarından biri olan Tim Patersonu komandasına qatdı. DOS əməliyyat sistemi IBM – in ehtiyaclarına görə dəyişərək MS-DOS adlandırıldı. 

Bill Gates əməliyyat sisteminə paralel olaraq tərbiq proqramları sahəsində də işlər gördü. Çoxplanlı Cədvəl Hesablama Proqramıdan( 1982)sonra, 1983-də ilk dəfə siçanı (mouse) istifadə edən Word adlı işləmə sistemini başlatdı. 

Microsoftun proqram sahəsindəki uğuru Apple şirkətinin özlərinə verdikləri sifarişlə reallaşdı. Macintosh üçün nümunə olacaq kompüter üçün müxtəlif tətbiq sistemləri (Word və Excel kimi) hazırlanmışdır. Bill Gates şirkətini 1986 cı ildə səhmdar cəmiyyət6nə çevirdi. Aradan çox keçmədən yalnız öz payının (45%) birja dəyəri 1 milyarddan çox idi. 

MS-DOS əməliyyat sisteminin qrafik təkmilləşməsi olan Windows – un inkişafı üzrə işlərinə Gates 1985 ci ildə başlamışdı. Windows-u bazara çıxardıqdan (1987) üç il sonra bir marketinq kampaniyası ilə uğurlu oldular. Gates xüsusilə Windowsu daha sadə və istifadə edilə bilən bir formaya salmağa önəm verirdi. Microsoft 1993 cü ildə mübahisəsiz bazarın lideri idi. 

Bill Gatesin şəxsi sərvəti təxmini olaraq  2019 cu il avqust tarixinə görə 110 milyard dollar olaraq təxmin edilir. 

Bill Gatesdən sitatlar 

Dünyanın ən ilham verən sahibkarlarından biri olan Bill Gatesin ən ilham verici sitatlarından bəziləri:

  • İnnovasiya inanılmaz dərəcədə sürətlə irəliləyir
  • Uğuru qeyd etmək yaxşıdır, amma əsas cəhət uğursuzluqdan aldığımız dərslərə əsaslanaraq hərəkətə keçməkdir. 
  • Hamımızın bizi tənqid eeən insanlara ehtiyacı var. Yalnız bu şəkildə özümüzü inkişaf etdirə bilərik. 
  • ABŞ – da az gəlirli olsanız,həbsxanaya getmə ehtimalı 4 illik fakultədən məzun olduğunuzdan daha çoxdur. Bu mənə ədalətli görünmür. 

Bill Gatesin iş uğurları, texnoloji evi və milyardlarla dollarlıq sərvətinin yanında ən çox danışılan keyfiyyətlərindən biri, tam bir xeyriyyəçi olmasıdır. Bill Gatesin müharibədən zərəl görən və xəstəliklərlə mübarizə aparan insanlara 30 milyard dollardan çox yardım etdiyi məlumdur. 

Bill Gates 31 yaşında bir milyarder olaraq bütün zamanların ən gənc milyarderi oldu. 

Uşaqlarının böyük bir mirasla həyata başlamalarını doğru bilməyən Gates, hər birinə 10 milyon dollar miras qoyub. 

5000 kv.metr böyüklüyündəki evində Gates, məhşur rəssam Da Vinçinin əl yazma kitablarını saxlayır. Saniyədə 250 dollar qazanan Gates hazırda dünyanın ən zəngin insanıdır. Microsoftun səhmləri isə hər zamankı kimi yüksəlməyə və Bill Gatesə sərvət qazandırmaqda davam edir. 

  Bill Gatesin yazdığı kitablar 

  • Qarşımızdakı yol
  • Düşüncə sürətində işləmək
  • Showing up for life:Thoughts on the 
  • Gifts of a Lifetime 

  Gates Microsoft şirkətinin texniki məsləhətçisi vəzifəsini görürdü. Xeyir işlərinə daha çox vaxt ayırmaq istədiyi üçün Microsoftun sədrliyindən 2020 ci ilin martında istefa verdi.

3 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button