Azərbaycanda ingilis dili niyə vacibdir?

Özünü inkişaf üçün ölkədə ən vacib şeylərdən biri də dil öyrənməkdir.  Ən çox tələb olunan dillər isə günümüzdə ingilis dili, rus dili, alman dili və s dir. İngilis dili isə ümumi dünya dili olduğu üçün təhsil mərkəzləri, məktəblər, universitetlərdə dərslər olaraqda keçirilir. İngilis dilini öyrənmək üçün bəzi kurs və məktəblərdən istifadə edə bilərsiniz .

Bunlara onlayn platformalarda daxildir məsələn:  

  • BUKI
  • Dualingo
  • Dillbill
  • Englishonline
  • Ewa və daha çoxunu göstərmək olar.

Ingilis dili öyənməyin üstünlükləri

1

Bu yazıda ingilis dili necə öyrənmək olar və onun öyrənmək haqqında məlumatlar əldə edə bilərsiniz.

1. Beynəlxalq Əlaqələr: İngilis dili dünyada ən çox danışılan ikinci dildir. Onu öyrənərkən, dünya əhalisi ilə daha geniş əlaqələr qura bilərsiniz. İstəsəniz onlayn və ya oflayn kommunikasiya üçün əsas yardımcınız olacaq bir dildir.

2. Təhsil və Karyera İmkanları: Bəzi sahələr və bölgələr üçün ingilis dili tələb olunur. Bu dilin biliyi təhsil və karyera üçün əlavə imkanlar yarada bilər. Xaricdə oxuya və ya orada olan peşəkarların dərslərini distans olaraq əldə edərək peşəkar həyatınzın inkişafı üçün öyrənə bilərsiniz.

3. Turizm və Seyahət: Turistlər üçün ingilis dili bir çox ölkədə əsas kommunikasiya vasitəsidir. Özünüzü daha rahat və müstəqil hiss etmək üçün bu dilin biliyi əla ola bilər. Bundan başqa istədiyiniz hər hansı ölkəyə gedərkən də ümumi dil olaraq istifadə edə bilirsiniz.

4. Bilişim və Texnologiya: Bəzi proqramlaşdırma dilləri və texnologiya sahələrində ingilis dilinin bilinməsi vacibdir, çünki bu sahədə əksər mənbələr ingilis dilindədir.

5. Beyin Tərəqqiyyatı: Düşünülmüşdür ki, bir çox insanın birdən çox dil bilməsi beyinə əlavə stimul və tərəqqiyyat təmin edir. İnkişafınız üçün vacib elementlərdən biri dildir çox mənbələr də ingilis dilindədir.

6. Rəqabət Üstünlüyü: İş və sair sahələrdə ingilis dilini bilmək sizi iş və ya müsabiqə mərhələsində rəqabət üstünlüyü yaratmağa kömək edə bilər.

7.Mədəniyyət öyrənmək: İngilis dilində oxumaq və izləmək, dünyanın ən möhtəşəm ədəbi və mədəni əsərlərinə daxil olmağa imkan verir.

8. Diplomatik Əlaqələr: Azərbaycan kimi ölkələrlə diplomatik və beynəlxalq təmasları mövqe tutmaq üçün ingilis dili əsaslı olaraq tələb olunur.

Bu üstünlüklər, ingilis dilini öyrənmənin maraqlı və dəyərli bir bacarıq olmasını təmin edir.

Ingilis dilini hardan öyrənə bilərik?

1. Məktəblər və Universitetlər: Ən ənənvi yolla ingilis dili öyrənmək üçün məktəblər və universitetlərdə təhsil ala bilərsiniz. Bu formal təhsil proqramları geniş və strukturallaşdırılmış bir öyrətmə tərzi təmin edir. Bəzi məktəb və universitetlərdə ilk il oraraq xarici dil tədris olunur ki, bu sizin öyrənməyiniz üçün əla fürsətdir. Növbəti illərdə tədris ingilis dilində olduğu üçün rahatlıqla akademik təhsiliniz zamanı dili mənimsəyə biləcəksiniz.

2. Öz özünə öyrənmək: Özünüzü təşkil edərək, kitab oxuyub, video dərslər izləyib və online mənbələrdən istifadə edərək dili öyrənə bilərsiniz. Duolingo, Rosetta Stone və Memrise kimi tətbiqlər bu üçün əlverişli seçimlərdir.

3. Kurslar və Dil Məktəbləri: Şəhərdən və ya onlayn formada dil kurslarına qoşularaq, müəllimlərin rəhbərliyi ilə dil öyrənə bilərsiniz.

4. İngilis Dili Qrupları və Tandem Tərəfdaşlığı: Digər öyrənən insanlarla qruplarda və ya tandem tərəfdaşlıq proqramlarında qatılaraq bir-birinizə kömək edə bilərsiniz.

5.Uyğun ölkəyə gedərək: Bir ölkədə yaşayaraq və günlük həyatda ingilis dili ilə ünsiyyət qurmağınızla dili öyrənə bilərsiniz. Bu ən ideal dil öyrənmək metodudur.  Yaşadığınız və ya səyahət zamanə əlaqə qurduğunuz insanlarla dil biliklərinizi rahatlıqla təkmilləşdirə bilərsiniz.

6. Onlayn Veb Saytlar: BBC Learning English, Duolingo, Khan Academy və BBC World Service English gibi pulsuz və əlavə öyrətmə mənbələri mövcuddur.

Ən əhəmiyyətli olan, müstəqil olmaq və sabitlik və tərəfdaşlarınıza, həmçinin özünüzdə motivasiya yaratmaqdır. Bu yol və metodlar arasında seçim etmək və onları bir arada istifadə etmək mümkündür.

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button