Motivasiya sözləri
Motivasiya nə deməkdir?
Motivasiya sözünün mənası. Gəlin əvvəlcə motivasiya ne demekdir – onu anlayaq. Motivasiyanı müəyyənləşdirilmiş hədəfə çatmaq üçün insana gərəkli olan enerji, həvəs, istəyin tamamlanmış şəkli kimi başa düşə bilərik. Motivasiyanın yüksək olması bizim əldə etmək istədiyimiz şeylərə çatmaq üçün bütün enerjimizdən istifadə etməyə şərait yaradır.
Motivasiya veren sozler – motivasiyaedici sozler
Burada motivasiya haqqında sitatlar, uğur, motivasiya sözlərindən bir neçəsini sizinlə paylaşırıq. Ümid edirik, oxuduğunuz bu cümlələr sizin motivasiyanızı yüksəldəcək.
“Dünyada hər kəsin bacara biləcəyi bir iş var. Əsas məsələ insanın bacarıqlarını ortaya qoya bilməsidir. Hər insan ayrı bir dünyadır.” – anonim
“Bir işə başlayıb uğursuz olmaqdan daha pisi heç bir şey etməməkdir.” – Seth Godin
“Səssizcə çalış, qoy uğurunun səsi çıxsın.” – Frank Ocean
“Uğursuzluq yenidən başlamaq fürsətindən başqa bir şey deyil. “ – H. Ford
“Həyatınızı dəyişdirmək üçün hərəkətə keçin, unutmayın, bir addım belə böyük bir fərq yarada bilər.” – anonim
“ Uğur cəsarətin övladıdır. “ – anonim
“Mən şansa çox inanıram və nə qədər çox çalışdımsa o qədər çox şansa sahib oldum.” – T. Cefferson
“Həyatınızdakı hər problem içərisində sizin üçün bir hədiyyə gizlədir. Yetər ki, görün və inanın.” – anonim
“Ey xəyal, inam səni gücləndirəndə hər şeyə qadirsən!” – J. Vern
“Hədəflər heç vaxt asan olmamalıdır. Onlar sizə çətinlik yaşatmalıdır, çalışmaq üçün məcbur etməlidir. “ – anonim
“Bacarmaq üçün öz iradənizin hər şeydən daha vacib olduğunu əsla unutmayın.” – A. Lincoln
“Hərəkətə keçmək üçün mükəmməl zaman yoxdur, o zamanı özünüz yaratmalısınız.” – anonim
“Xaosun içində sadəliyi, səs-küyün içində harmoniyanı tap. Hər çətinliyin ortasında bir fürsət var.” – A. Enşteyn
“Uğurun açarı içindəki gücü kəşf etmək və ona inanmaqdır.” – anonim
“Heç bir maneə, heç bir əngəl insanın öz içindəkindən böyük deyil.” – anonim
Zəngin insanlar hər zaman özündən daha ağıllı insanları işə götürməyin yollarını axtararlar. Bİr iş yeri sahibi deyilsəniz belə, hər zaman özünüzdən daha ağıllı və daha uğurlu insanlarla birlikdə olmağa çalışın. Onlar həm motivasiya səviyyənizi artırırlar, həm də sizə daha uğurlu olmağın metodlarını öyrədirlər. Otaqdakı ən zəkalı və ən ağıllı insan sizsinizsə, otağı dəyişdirin. – Robert Kiyosaki
Sizi motivasiya edən nədir? Motivasiyaverici sözlər, motivasiya hekayələrini dinləyin, motivasiya filmler izləyin, motivasiya haqqında araşdırın. İnanın, sevdiyiniz musiqini dinləməklə çalışmaq belə motivasiya hesab oluna bilər (bu əgər ruh halınızı yüksəldirsə, diqqətinizi toplamağa kömək edirsə).
Çalışın hədəfiniz barədə detallı düşünün, daha sonra isə motivasiya mənbələri axtarın, motivasiya veren insanların ətrafında olun.
Motivasiya və pozitiv düşüncə
Motivasiya dusunce gucu olmadan, yəni pozitiv dusunce olmadan öz funksiyasını tam yerinə yetirə bilməz. Çünki neqativ düşüncə fikrinizin, diqqətinizin bir yerə cəmlənməsinə mane olacaqdır. Nə qədər çox çalışsanız belə içinizdə bacaracağınıza dair inamdan daha çox şübhə varsa, çətinlik çəkəcəksiniz.
Həm özünüzə inanın, həm də sizə inanan insanları ətrafınıza toplayın. Sizə, arzunuza, bacardığınız və əldə etdiyiniz, əldə edəcəyiniz hər şeyə, qabiliyyətlərinizə inanan insanlar sizi daha irəliyə aparacaq.
Motivasiya ve ferdi inkişaf
Motivasiyanın fərdi inkişafda rolu. Motivasiya sadəcə bir və ya bir neçə planın həyata keçməsi üçün, məqsədlərin reallaşması üçün bizə müvəqqəti lazım olacaq bir şey deyil. Motivasiya həm də fərdi inkişafın bir parçasıdır. Motivasiya insanın həyat yolunda təmin olunması zəruri olan tələbatlardan biridir. Ferdi inkisaf ve motivasiya qarşılıqlı əlaqədədir. Fərdi inkişaf həyat boyu davam edən bir səyahətdir. Sizcə də, fərdi inkişafa nail olmaq üçün də motivasiyaya ehtiyac yoxdurmu?
Sizə şəxsi inkişaf yolunuzda bol-bol motivasiya arzu edirik!