Xaricdə magistr təhsili
Hər il yüzlərlə azərbaycanlı gənc təhsilini xaricdə davam etdirmək istəyir. Amma bu müraciətlərin əksəriyyəti bakalavrdan daha çox magistr pilləsinə olan müraciətlərdir. Tam rəsmi statistik məlumatımız olmasa da, xaricdə təhsilini davam etdirənlər arasında magistr təhsilinin bakalavr təhsili ilə müqayisədə daha çox yayılmışdır. Əsas səbəb təqaüd proqramlarının magistratura təhsilini daha çox hədəfləmişdir. Bu da xaricdə magistr oxumaq istəyən həmvətənlərimiz üçün cəlbedici görünür.
Yuxarıda qeyd etdiyimiz kimi, son dövrlər gənclərimiz arasında Azərbaycandan kənarda, xüsusilə də, Avropada təhsilə meyl və maraq xeyli artıb. Bu da, sözsüz ki, rəqabətin xeyli artmasına səbəb olur. Ancaq bu yüksək rəqabətə baxmayaraq əvvəlcədən məqsədyönlü şəkildə hazırlıq görən istənilən şəxs xaricdə magistratura təhsili arzularını reallaşdıra bilər. Bu cür məqsədyönlü hazırlığın əsas faktorlarından biri diplom və ortalama baldır.
Universitet diplomu və əldə etdiyiniz qiymətlərin transkripti sizin şəxsi bacarıqlarınız və akademik potensialınız barəsində çox söz deyir. Qeyd edək ki, Azərbaycandakı dövlət universitetlərinin və ya tanınmış özəl universitetlərin hansında təhsil aldığınız elə də həlledici məqam sayılmır. Bu səbəbdən də bakalavr təhsilinizi aldığınız təhsil müəssisəsinin qlobal imicinin və ya reytinqinin aşağı səviyyədə olmasının sizin əzminizi qırmasına qətiyyən şərait yaratmayın. Ancaq təhsil aldığınız müddətdə aldığınız qiymətlərin daim yüksək səviyyədə olması vacib amildir. “Yüksək qiymət” anlayışı barədə isə konkret bir tərif yoxdur. Bir çox xarici universitet qəbul və ya təqaüd müsabiqəsində iştirak etmək üçün 75+ ortalamanın kifayət etdiyini qeyd edir. Buna baxmayaraq, kəskin rəqabət şəraitini nəzərə alaraq, bakalavr təhsiliniz boyu aldığınız qiymətləri 80+, hətta 90+ səviyyəsində tutmağa cəhd göstərin.
Əgər yolun başlanğıcındasınızsa, ən yüksək balları, heç olmasa 7,5-i hədəfləməyə çalışın. Hər bölmə üzrə hədəfiniz (listening, reading, writing və speaking) üzrə minimum 6,0 olsun. Bəzi hallarda universitetlərdə qoyulan tələblərə görə 6.0 bal toplayan hər kəs qəbul oluna bilir. Bəzi hallarda isə hər bölmə üzrə minimum tələb qoyulur: məsələn, writing minimum
6.0. Həmin tələblərin mövcudluğundan asılı olmayaraq, toplayacağınız IELTS və ya TOEFL balının yüksək olması sizin oxuduqlarınızı daha yaxşı qavrama və bildiklərinizi yazılı, yaxud şifahi şəkildə daha səlis formada çatdırma bacarıqlarınızı əks etdirir. Təbii ki,yüksək göstəricili dil sertifikatına sahib olmağın avantajı inkar edilə bilməz. Ancaq hər il DAAD, Visby kimi yüksək rəqabət şəraitində təqdim edilən təqaüd proqramlarının qaliblərinə nəzər yetirsəniz, aralarında 6,5 və hətta 6,0 IELTS balına sahib olanlarının çox olduğunu görərsiniz. Burdan çıxaracağımız nəticə odur ki, dil bacarıqları çox önəmlidir, lakin universitetlərin qəbul zamanı daha da çox maraq göstərdiyi amil sizin akademik və professional bacarıqlarınızdır.
İstənilən yüksək səviyyəli universitetin tələbə qəbulunda təməl məqsədi akademik potensialı və liderlik qabiliyyəti olan insanları öz müəssisəsinə cəlb etməkdir. Bu cür bacarıqlarınızı sübut etmək üçün mümkün yolları qısa siyahı şəklində təqdim edirik:
- Akademik imtahanlar (GMAT, GRE və s.)
- Akademik məqalələr (mümkünsə, yüksək səviyyəli akademik jurnallarda dərc etdirmək)
- Xaricdə mübadilə proqramlarında iştirak (Erasmus, Mevlana və s.)
- İş təcrübəsi
- Önəmli layihələrdə, xüsusilə də, lider mövqeyində iştirak
- İxtisas üzrə sertifikatlar (ACCA, CFA və s.)
- Könüllülük təcrübəsi
- Xaricdə magistratura təhsili tələbələrə dil və mədəniyyət haqqında dərin biliklər əldə etmək imkanı verir. Magistr təhsili, tələbələrin ünsiyyət və digər mədəniyyətləri anlamaq qabiliyyətini artırmağa kömək edə bilər. Bundan əlavə, xaricdə təhsil tələbələrə beynəlxalq arenada praktiki təhsil təcrübəsi qazanmağa imkan verir. Xaricdə magistr təhsili tələbələrin həyatını, işini və öyrənmə təcrübələrini zənginləşdirmək məqsədi daşıyır. Bu, tələbələrə özlərini kəşf etməyə, fərqli insanlarla münasibət qurmağa və fərqli mədəniyyətləri anlamağa çalışmağa kömək edə bilər.
- Bundan başqa öz ixtisasında peşəkar olmaq istəyən şəxslər daha çox magistr proqramlarına müraciət edir. Bildiyiniz kimi Azərbaycanda müəyyən sahələr var ki, yeni-yeni inkişaf edir və bu boşluğu doldurmaq üçün tələbələr xaricə üz tutur. Xüsusilə, Türkiyədə magistr təhsilinə müraciətlər daha çoxdur. Bunun əsas səbəbi oradakı təhsil haqlarının aşağı olması və ingilis dilli proqramlarının geniş olmasıdır. Bununla yanaşı, xalqlar arasındakı dostluq və dil müxtəlifliyinin olmaması da tələbələrin Türkiyəni seçmə səbəbləri arasındadır.
Xaricdə magistr dərəcəsinə qəbul prosesi ölkədən ölkəyə fərqlənə bilər, lakin əsasən aşağıdakı addımlar izlənilir:
- Universitet seçimi: Tələbələr universitetlər və proqramlar haqqında məlumat toplayırlar və hədəflərini bəlli edirlər. Tələbələr ümumiyyətlə, proqramların fərdi tələblərini, təhsil xərci, təhsil müddətini, mütəxəssislikləri və fərdi xüsusiyyətlərini qiymətləndirirlər.
- Sınaq nəticələri: Tələbələr, TOEFL, IELTS, GRE, GMAT və ya digər sınaqlardan keçməlidirlər. Bəzi universitetlər, sınaq nəticələrinin yanında digər məlumatları da əldə etmək üçün mülkiyyət sınaqlarını tələb edir.
- Müraciət və sənədlər: Tələbələr universitetlərə və ya müraciət agentliklərinə müraciət edir və tələbələrdən lazım olan sənədləri tələb edilir.Sənədlər arasında, təhsil sənədləri, təhsil və ya iş təcrübəsi haqqında məlumat, referanslar, nüfuzlu şəxslər tərəfindən təsdiqlənən motivasiya məktubları, sənədlərin tərcümələri və ya rəsmi olmayan sənədlərin notarial təsdiqləri daxildir.
Xaricdə magistr təhsil qiymətləri
Almaniya 0-20000 avro
Fransa 170-15000 avro
Hollandiya 7000-21000 avro
İspaniya 600-9000 avro
Finlandiya 4000-12000 avro
Polşa 2500-6000 avro
Litva 1000-5000 avro
Xaricdə magistr dərəcəsinə qəbul prosesi ölkədən ölkəyə fərqlənə bilər, lakin əsasən aşağıdakı addımlar izlənilir:
- Universitet seçimi: Tələbələr universitetlər və proqramlar haqqında məlumat toplayırlar və hədəflərini bələd edirlər. Tələbələr ümumiyyətlə, proqramların fərdi tələblərini, təhsil xərci, müddəti, həddindən artıq tələbə sayı, mütəxəssislikləri və fərdi xüsusiyyətlərini qiymətləndirirlər.
- Sınaq nəticələri: Tələbələr, TOEFL, IELTS, GRE, GMAT və ya digər sınaqlardan keçməlidirlər. Bəzi universitetlər, sınaq nəticələrinin yanında digər məlumatları da əldə etmək üçün mülkiyyət sınaqlarını tələb edir.
- Müraciət və sənədlər: Tələbələr universitetlərə və ya müraciət agentliklərinə müraciət edir və tələbələrdən lazım olan sənədləri təqdim etmələrini tələb edirlər. Sənədlər arasında, təhsil sənədləri, təhsil və ya iş təcrübəsi haqqında məlumat, referanslar, nüfuzlu şəxslər tərəfindən təsdiqlənən motivasiya məktubları, sənədlərin tərcümələri və ya rəsmi olmayan sənədlərin notarial təsdiqləri daxildir.
Xaricde magistr tehsili almaq istədiyiniz ixtisas bakalavr ixtisasınızla ya eyni olmalı yada ki ona yaxın bir ixtisas olmalıdır. Bəzi istisna hallar ola bilər ki sizin bakalavr ixtisasınızla magistr ixtisasınız fərqli ola bilər. Bunu bəzi universitetlər qəbul edir. İxtisas dəyişmə bəzi ölkələrdə olur. Məsələn Böyük Britaniya, ABŞ və digər ingilisdilli ölkələrdə bu mümkündür. Ixtisas dəyişimi üçün mütləq bir il pre-master oxumalısınız. Pre-Master ingilis dilində təhsil verən universitetdə yüksək təhsil almaq istəyən ana dili ingilis dili olmayan tələbələrin həm ingilis dili səviyyələrini, həm də akademik göstəricilərini inkişaf etdirmək üçün proqramdır. Proqramın digər avantaji sizi TOEFL, İELTS, GMAT kmi imtahanlara hazırlamaqdır. İlk olaraq Amerikada çıxan Pre-Master proqramı daha sonar digər ölkələrdə də istifadə olunmağa başlamışdır.
Belə bir variant da var ki, siz gərək MBA təhsili alasınız MBA (master of businesses administration) – iqtisadiyyat və menecmet sahəsində magistr dərəcəsidir.
Xaricde tehsil üçün bank hesabı və büdcənizdə pul olması mütləqdir. Məbləğ isə universitetə görə dəyişir.
Xaricde magistr tehsilini təqaüd proqramı ilə də ala bilərsiniz.
Xaricdə magistr təhsili üçün lazım olanlar sənədlər aşağıdakılardır :
- Müəyyən qədər büdcə-bu sizin müraciət edəcəyiniz proqrama görə dəyişir.
- Ümumivətəndaş pasportu ( xarici passport)
- Diplom (master və PhD nazmizədlər üçündür)
(təhsilin son ilində olanlar üçün arayış)
- Orta Təhsili Bitirmə Haqqında Sənəd (Attestat) (bakalavr namizədlər üçün)
- Transkript (diploma əlavə)
- Motivasiya məktubu
(tədris planı/məqsədin izahatı/tədqiqat təklifi)
- Tövsiyə məktubu (recommendation letter)
- Xarici dil sertifikatı ( İELTS, TOEFL) (əgər təhsilinizi ingilis dilində almısınza bəzi hallarda sertifikata ehtiyac olmaya bilər)
Qeyd :Tələbənin müraciət edəcəyi ölkədən, universitetdən, təqaüd proqramından asılı olaraq siyahıya əlavələr oluna bilər).
Xaricdə magistr təhsili zamanı bəzi universitetlərdə tədris olunacaq ixtisasa və ya ingilis dili proqramına görə əlavə ödəniş tələb oluna bilər.
Almaniya və Norveçdə tələbələrin pulsuz magistr təhsili almağı mümkündür
Gəlin, birlikdə nə üçün xaricdə magistr təhsili almağın üstünlük olduğuna nəzər salaq.
1. Öz sahənizin mütəxəssisi ola bilərsiniz.
Gənc yaşlarında özlərini müəyyən bir sahə üzrə mütəxəssis olmağa həsr etmiş şəxslərin karyeralarında arzu etdikləri nailiyyətləri əldə etmək şansları daha yüksəkdir. Sizə bu yolda yardımçı olacaq bütün şansları yaxşı dəyərləndirməyə çalışın.
2. Dil biliyinizi ən yüksək səviyyəyə çatdıra bilərsiniz.
Xaricdə təhsil almaq sizə tamamilə xarici dil mühiti ilə əhatə olunma imkanı yaradacaqdır. Qeyd edək ki, yeni bir dil öyrənməyin ən effektiv üsulu məhz həmin dilin danışıldığı ölkədə yaşamaqdır. Həm gündəlik həyatınızda, həm də universitetdə dil bacarıqlarınızı təkmilləşdirə bilər və beləliklə də akademik təcrübə ilə yanaşı danışıq dilini də mükəmməl öyrənə bilərsiniz.
3. Xaricdə işləmə imkanı əldə edə bilərsiniz.
Xaricdə təhsil alarkən eyni zamanda iş təcrübəsi qazanmaq istəyirsinizsə, dəyərləndirməli olduğunuz başqa bir fürsət də yarım ştat iş imkanlarıdır. Fərqli iş mühitlərini təcrübədən keçirməkdən çəkinməyin. Öz sahəniz üzrə işləmə imkanı əldə etsəniz isə bu sizin öyrəndiyiniz nəzəri bilikləri təcrübəyə tətbiq etməyiniz baxımından daha əhəmiyyətli və əldən buraxılmamalı fürsət olacaqdır.
4. İş tapmaq şansınızı artıra bilərsiniz.
Xaricdə magistr təhsili almağın gətirdiyi etibarlılıq imici işə götürənlərin nəzərində xüsusi yerə sahib olmağınıza səbəb olacaq və işə qəbul edilmə şansınızı artıracaqdır. Aparılan bir araşdırmaya görə, magistr dərəcəsi şirkət daxilindəki mühüm vəzifələrə namizədlərin seçilməsi zamanı xüsusi əhəmiyyət kəsb edir. Xaricdə restijli bir universitetdə aldığınız təhsil isə gələcək karyeranız üçün daha gözəl başlanğıc ola bilər.
Xaricdə təhsil almaq üçün universitetə müraciət etmək istəyən beynəlxalq tələbələr üçün ən vacib məsələlərdən biri düzgün proqramı seçməkdir. Seçdiyiniz sahələr üzrə bakalavr təhsilinizi başa vurduqdan sonra magistratura təhsili almaq üçün müraciət edəcəyiniz universiteti və hansı ixtisası oxuyacağınızı qərarlaşdırmalısınız. Tələbələrin əksəriyyəti akademik karyera üçün öz sahələrində aspirantura təhsili ilə davam etməyi düşünsələr də, bəziləri onlara yüksək qazanc və parlaq gələcək təklif edən rəhbər vəzifələrdə irəliləyə biləcəkləri müxtəlif proqramlara müraciət edirlər.
merika, İngiltərə, Avstraliya, Kanada, Cənubi Koreya və ya Almaniya kimi xaricdə təhsil təklif edən əksər ölkələrdə universitetlərə müraciətlərin eyni tarixlərdə edildiyini düşünərək böyük səhv edə bilərsiniz. Xaricdə hər ölkədə fərqli təhsil sistemləri olduğundan, seçdiyiniz bakalavr və ya magistr dərəcəsinə və sahəyə görə hər universitetin fərqli tarix və qəbul sistemi ola bilər. Bu səbəblə müvafiq müraciət tarixləri və müddətləri ilə bağlı hazırlıqlarınıza bir semestr, hətta 1 il əvvəldən başlaya bilərsiniz. Magistratura proqramlarınıza payızda, yəni sentyabrda başlamaq niyyətinizdəsinizsə, ərizələrinizi yanvar-mart ayları arasında vermiş olmalısınız.