Debat nədir? Debat Haqqında… ✅
Debat – özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlament və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətdir. Debat əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur.
Debat nədir?
Debat – qarşı tərəfin hisslərini, düşüncələrini və fikirlərini dəyişdirməyi və ya yeniləməyi və digər insana təsir etməyi hədəfləyən bir nitq formasıdır.
Müəyyən qaydalar çərçivəsində bir-birinizi təkzib etmək, zidd düşüncələrin məqsədinə əsaslanır. Bu səbəbdən mübahisə də müdafiə olunan bir mübahisə və bir düşüncə mövcuddur.
Debatın xüsusiyyətləri və qaydaları nedir?
Debatda məqsəd həqiqətə çatmaqdır. Bunun üçün düşüncəni düşüncə ilə təkzib etmək vacibdir. Bu səbəblə müzakirədə bir nəticəyə çatmaq hədəflənir.
Mövzu müzakirə zamanı əvvəlcədən müəyyən edilməlidir.
Müzakirə olunan mövzu ilə bağlı müdafiə olunan fikir elmi məlumatlara əsaslanmalı bə sübut olunmalıdır. Bunun üçün mənnələr araşdırılmalı, lazım olduqda qeydlər aparılmalıdır.
Debatda bir sədr olur. Sədr tərəflərə yetəri qədər söz haqqı verməlidir.
Debatda üçüncü tərəfin, yəni sədrin vəzifəsi odur ki, hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim bir şeyə əsaslanır: ” bu tərəf məni inandırdı”-təsdiqinə əsaslanır.
Debatın əsas xüsusiyyətlərindən biri də odur ki, danışanın sözü kəsilməməli, qarşı tərəf səbr və hörmətlə dinlənməlidir.
Debat zamanı mövzudan kənara çıxılmamalıdır. Debat zamanı tərəflər qərəzli və emosional olmamalıdır. Verilən vaxta əməl olunmalı və yaxşi qiymətləndirilməlidir.
Debatı mübahisə ilə qarışdırmaq olmaz. İkisi arasında kı fərq odur ki, debat zamanı müəyyən qaydalara əməl olunur.
Debatın insan üçün nə kimi faydaları var?
Debat həmçinin yaxşı bir öyrənmə metodur. Bu şəkildə öyrənilən məlumatlar zehində daha yaxşı qalır. Bundan əlavə debat insana özünə güvən hissi, eyni zamanda planlı iş,düşüncə, araşdırma vərdişləri və yaxşı danışma qabiliyyəti verir.
Çıxışlar şifahi ifadənin əsas prinsiplərinə əsaslanmalı, qısa, yığcam və başa düşülən bir dil ilə edilməli, uzun cümlələrdən qaçılmalıdır.
Debat həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentdə, həmdə elmi bə yaradıcılıq məqsədi ilə keçirilir.
Debatın hansı növləri var?
Debatın bir neçə növü vardır. Bunlar aşağıdakılardır.
- Parlament debatı
- Oksford debatı
- Meys debatı
- Ces debatı
- İctimai debat
- Avstralasiya debatı
- Asiya debatı
- Siyasət debatları
- Hazırlıqsız çıxışlı debatlar
- Linkoln-Duqlas debatı
Təhsildə debat
Bu gün müəllimlər də dərs zamanı mövzunun daha yaxşı öyrənilməsi üçün dəes müddətində debatdan istifadə edir. Dərs zamanı debat 15-20 dəqiqə çəkir. Debatı müəllim interaktiv dərsin ikinci mərhələsində – tədqiqatın aparılmasında tətbiq edir. Debat üsulunun tətbiqi zamanı şagirdlərdə bir sıra bacarıq və keyfiyyətlər formalaşır. Bunlar:
- Mövzunun araşdırılması
- Əsas anlayışları seçib ayırma
- Sübut və dəlilərlə işləmək
- “çarpaz sualların” hazırlanması
- Natiqlik məharəti
- Hakimlik və qərarların qəbul edilməsi
- Öz fikrinin təsdiq edilməsi
- Diqqətlə dinləmə
- Əleyhinə arqument gətirmə və s.
Debatın yaranma tarixi
Debatın yaranma tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmışdır. Lakin nu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat yoxdur. Debat mövzuları dövlət siyasətindən tutmuş sevgi və evlilik məsələlərinə qədər geniş sahəni əhatə edir.