Ofis Proqramları nədir? Ofis proqramlari hansilardir? ✅
Ofis proqramlari komputer istifadəçiləri üçün əvəzolunmazdır. Yəni Microsoft Office proqramlarının dünya miqyasında milyarddan çox istifadəçisi var.
Əməliyyat sistemindəki tətbiqetmələrin ehtiyaclarını ödəmək üçün yetərli olmadığını aşkar edən istifadəçilər ofis proqramları satın alır. Məsələn Windows – un bütün versiyalarında pulsuz bir söz işləmə tətbiqi olan Microsoft WordPad istifadə edərək kitab yazmaq demək olar ki mümkün deyil.
Ofis proqramlarının istifadəsi xüsusilə böyük şirkətlərin standartları arasındadır. İş paketindəki tətbiqlər arasında;İstifadəçilərin böyük məlumat bazalarını idarə etmək, qabaqcıl cədvəl hesablamalarını aparmaq və musiqi və video ilə güclü və həyacan verici təqdimatlar yaratmaq üçün proqramlar var.
Yeni nəsil ofis proqramlari, xüsusisən işcilərə əməkdaşlıq və iş birliyini təmin edən bacarıqlar təklif edir. Bu imkanlar yalnız yeni perspektivlərə və fikirlərə giriş təmin etmir, həmdə şəxsən və peşəkar olaraq mövcud olduğunu bilmədiyimiz yeni layihələr üçün açıq qapılar açır.
➡️ MS Office proqramlari
MS Office, ofislə əlaqəli tətbiqlər toplusudur. Hər bir tətbiq bənzərsiz bir məqsədə xidmət edir və istifadəçilərinə xüsusi bir xidmət təqdim edir. Məsələn sənədlər yaratmaq üçün Microsoft Word , təqdimatlar hazırlamaq üçün PowerPoint , e-poçt və təqvimləri idarə etmək üçün Outlook istifadə olunur.
MS Office proqramlarına hərkəsin ehtiyaclarını ödəyən tətbiqetmələr daxildir. Seçmək üçün çox sayda tətbiqetmə olduğundan və hər bir istifadəçinin bir anda bütün tətbiqlərə ehtiyacı olmadığından, Microsoft şirkəti MS Office proqramlarını paketlərə çevirib istifadəyə verdi. Tələbələr üçün bir müraciət paketi, biri ev və kiçik biznes istifadəçiləri üçün, birdə böyük şirkətlər üçün ayrıca bir paket var. Microsoft hətta məktəblər üçün xüsusi bir paket yaradıb. Bu paketlərin hər biri daxil olan MS Office proqramlarına uyğun olaraq qiymətləndirilir.
Microsoft, ofis paketindəki tətbiqetmələri bir-biri ilə problemsiz işləmək üçün hazırlanmışdır. Məsələn, Word – da sənəd yaza və OneDrive istifadə edərək buludda saxlaya bilərsiniz. Və ya Outlook vasitəsilə göndərdiyiniz bir elektron poçta əlavə olaraq Power Point ilə yaradılan bir təqdimat edə bilərsiniz.
➡️ Ofis proqramlari hansilardir?
Ofis proqramlarından ən çox istifadə edilənlər və faydalı olanlar aşağıdakılardır. Hər birinin loqosu isə yuxarıdakı şəkildə adları ilə qeyd olunmuşdur.
Microsoft Word
Microsoft Word ilk dəfə Microsoft tərəfindən 1983-cü ildə hazırlanmış proqramdır. Ən yaxşı yazı işləri üçün nəzərdə tutulmuşdur. Hal-hazirda dünyada ən populyar proqram hesab edilir. Microsoft Word ilə uzun sənədləri bir kliklə formatlamağı asanlaşdıran müxtəlif, əvvəlcədən hazırlanmış üslub və dizaynlar arasından seçim edə bilərsiniz. Komputer və İnternetdən şəkillər və videolar əlavə edə, şəkillər çəkə və hər cür qrafika əlavə edə bilərsiniz. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorlarıda deyilir. İstifadəsi o qədər çətin deyil.
Microsoft Excel
Excel məlumatları saxlamaq, təşkil etmək və idarə etmək üçün istifadə olunan bir cədvəl proqramıdır. Cədvəl proqramları əvvəlcə mühasibat uçotu üçün istifadə olunan kağız qrafiklərə əsaslanırdı. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Proqramın yaranmasından sonra şirkətilərdə mühasib olan şəxslərin işləri xeyli asandlaşıb
Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir.
Excel-in bütün versiyaları bir neçə cədvəl səhifəsini tək bir komputer sənədində saxlaya bilər. İstifadəsi Worda nisbətən çətindir.
Microsoft PowerPoint
Microsoft PowerPoint ilk dəfə 1987-ci ildə Machintosh komputeri üçün Forethought şirkəti tərəfindən inkişaf etdirilən və 1990 cı ildə Microsoft tərəfindən satın alınan təqdimat proqramıdır. Proqram slaydlar hazırlamaq üçündür. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə ilə edilir. Hal-hazirki bir çox hesabat və təqdimatlar bu proqram vasitəsilə ilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlərdə əlavə etmək olur. Təqdimat üçün olan bu proqram iclaslarda və sinif şəraitində görəcəyiniz slayd növlərini yaratmaq və göstərmək üçün ən asand yoldur. Libre Office, Apache Open Office və SlideDog daxil olmaqla bir çox pulsuz seçimləri var. whatsapp plus yukle
Microsoft PowerPoint təqdimatlar yaratmaq üçün lazım olan bütün xüsusiyyətlərlə təchiz olunmuşdur. Boş bir təqdimatla başlaya və ya əvvəlcədən hazırlanmış təqdimatlardan (şablon) seçim edə bilərsiniz.
Microsoft Office Outlook
Bu proqramda əsas proqramlardan biridir. Bu bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulub. Yəni sizin 3-4 e-poçtunuz varsa hamısına bu proqram vasitəsilə baxa bilərsiniz. İstifadəsi asandır.
Microsoft Office Publisher
bu daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar, broşürlər hazırlaya bilərsiniz. Kiçik həcmli veb-saytların hazırlanmasıda mümkündür. Son versiyasında İstifadəçilərin rahat istifadəsi üçün proqramda hazır temalar qoyulmuşdur. İstifadəsi bir qədər çətindir
Microsoft Office Access
Bu proqramda geniş istifadəçiyə malikdir. Proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanması təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Proqram həm sadə,həm mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.
Microsoft Office InfoPath
Proqram əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır. Buna görə də insanlar tərəfindən o qədər tanınmır. Müsbət xüsusiyyətləri çoxdur. Proqramda blankı və ya hər hansı sənədi dizayn etmək imkanınızda vardır.
MS Office proqramlari ne üçündür?
Microsoft Office, ofislə əlaqəli tətbiqlər toplusudur. Hər bir tətbiq bənzərsiz bir məqsədə xidmət edir və istifadəçilərinə xüsusi bir xidmət təqdim edir.
MS Office proqramlarını dəstəkləyən cihazlar hansılardır?
Microsoft Office – in təqdim etdiyi hər şeyə daxil olmaq üçün onu masa üstü və ya dizüstü komputerə quraşdırmalısınız. Komputeriniz yoxdursa və ya komputeriniz MS Office – i tam dəstəkləmirsə Microsoft Office online tətbiq paketini istifadə edə bilərsiniz. Ayrıca, bir komputerdə əldə edə biləcəyiniz bütün funksiyaları təklif etmələrinə baxmayaraq, MS Office tətbiqlərinə IPhone və IPad cihazlarınız üçün App Store – dən və Android cihazınız üçün Google Play – dən daxil ola bilərsiniz.
Oxşar yazılar:
✅ Antivirus Proqramları
✅ Əməliyyat sitemləri nədir?