Qurban bayramı haqqında
Qurban bayramı ölkəmizdə və İslam ölkələrində qeyd olunan müqəddəs bayramlardan biridir. Qurban müsəlmanlar tərəfindən Zilhiccə ayının 10cu günü dən etibarən 3 gün ərzində qeyd olunan bayramdır. Qurbam bayramı zamanı hər il İslam ölkələrində Həcc ziyarətləri olur.Qurban bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında”qanununa əsasən dövlət səviyyəsində bayram edilir.
Qurban Allaha yaxınlaşmaq , Allah rizasına çatmaq niyyəti ilə kəsilən heyvan deməkdir.
Bayramda qurban olaraq qoç, dana, inək, qoyun və dəvə kəsilir. Kəsilən qurbanın çox hissəsi kasıblara , yardıma ehtiyacı olanlara paylanılır. Hər kəsə bərabər şəkildə pay qoyulur, qurbanı kəsən özünədə pay ayıra bilər.
Qurban bayramının yaranması
Qurban bayramı İslam dini yaranmamışdan əvvəl İbrahim peyğəmbərin zamanında yaranıb . Rəvayətə görə İbrahim peyğəmbərin bir övladı olmurdu. İbrahim peyğəmbər övladı olarsa bunu Allaha qurban kəsməyə niyyət elədi. Və oğlu olur. Vaxt yetişəndə peyğəmbər oğlu İsmayılı Allah yolunda qurban kəsməyə aparır. Bıçağı oğlunun boğazına aparanda mələklərdən səs gəlir. Allahın mələkləri “İbrahim, Ibrahim” deyə çağırır. İbrahim “ burdayam” deyə cavab verir. Mələklər “uşağa toxunma“, “ona heçnə eləmə” dedilər. “Allah sənin ondan qorxduğunu anladı. Balaca oğlunu ondan əsirgəmədin“. Allah İbrahimin oğlunu qurban kəsməyinə razı olmamış ona bir qoç göndərmişdi. İbrahim ətrafına baxinca qoçu görür, və oğlu yerinə qoçu qurban kəsir. Buna görə də bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Sonradan müsəlmanlarda qurban bayramının başqa səbəbləridə yarandı. Belə ki dini qurban kəsmə islam dünyasında xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə sahib oldu.
Yəhudilik və xristianlıqda da qurban mərasimi mövcuddur. Amma İslamda bu mərasim xüsusi əhəmiyyət kəsb edir. Onun əsasinda Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur. Qurban bayramı insanları hallalığa, paklığa səsləyir.
Qurban bayramı İslam dünyasini ən müqəddəs, ən gözəl və ən qədim bayramlarından biridir.
Qurban bayraminda imkanı çatan hərkəs qurban kəsib, imkansız kasıb ailələrə paylamalıdır. Quranda yazılıb:”Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır.”
Bayramda kəsilən qurbanın bir sıra şərtləri var. Bunlar aşağıdakılardır:
Kəsilən qurban mütləq qoç, dəvə və iribuynuzlu dana olmalıdır. Kəsilən qurbanın erkək olması daha üstündür. Qurbanlıq qoyun ən azı 6 aylıq heyvan olmalıdır. Amma dana və yaxud dəvə bir yaşlı olsa daha yaxşıdır. Hər hansı bir nöqsanı olan, qulağından ya buynuzundan biri olmayan, ya da axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət deyil.
Qurban bayramının şərtlərindən biri də budu ki, imaknı olmayan birinin qurban kəsməsi şərt deyil. Qurban kəsmək üçün borc alıb qurban kəsmək İslamda yaxşı əlamət deyil. Çünki bu bayramın mahiyyəti, gözəlliyi odu ki, bu bayram imkanı ilə kasıbın birliyi, qardaşlığıdır.
Bu il Qurban bayrami ne vaxtdir?
Qurban bayramı İslam təqvimi ilə yəni hicri təqvimi ilə hesablandığı üçün hər il vaxtında 10 gün dəyişiklik olur. Bu il ölkəmizdə qurban bayramı iyulun 31-i və avqust ayının 1-inə təsadüf edir.
Qurban Bayramı ilə əlaqəli digər yazılar:
Qurban bayramına aid şəkillər ✅
Qurban bayramı təbrikləri ✅