Bitcoin nədir, necə almaq olar?
Bitcoin termini Azərbaycanda demək olar yenidir və çox az yayılıb. Bitcoin bəzi xarici ölkələrdə pulun gələcəyidir deyə bilərik. Bu kriptovalyuta hətta son zamanların ən çox maraq obyekti olduğunuda deyə bilərik. Dəyərinin artması və azalması xəbər başlıqları halını alaraq sosial medianın əsas mövzusu olmuşdur.
Bitcoin nədir və nece yaranıb?
Bu termin dünyaya Yaponiyadan gəlməkdədir. Bitcoin 2008ci ildə Satoshi Nakamoto tərəfindən təcrübə olaraq yaradılmış və son zamanlarda daha çox tanınmaqdadır. Bitcoin rəqəmsal dünya üçün valyuta növüdür. Bu valyuta qlobal bazarlarda avro və dollara alternativ olaraq təqdim edilir.
Bitcoinin özəlliyi ondan ibarətdir ki mərkəzi bank daxil olmaqla heçbir qurum tərəfindən idarə olunmur. Bitcoin əməliyyatlarının təhlükəsizliyi bitcoin miner adlanan serverləri tərəfindən təmin edilir. Bitcoin Blok zincirinin şifrəli(kriptolu) olması səbəbi ilə kriptovalyuta da adlanir.
Kriptovalyuta nədir?
Kriptovalyuta virtual valyuta deməkdir. Kriptovayutaya internetin qızılıda demək olar çünki internet üzərindən ödənişlərin bəziləri bu valyutalarla həyata keçirilir.
Bitcoin necə almaq olar?
Bitcioni istifadə etmək üçün virtual pul kisəsi lazımdır və bunu yaratmaq da çox asan bir prosesdir. Bu virtual kisəni mobil telefonda, komputerinizdə yarada biləcəyiniz kimi, internet üzərində olan web servislərdə də istifadə edə bilərsiniz. Siz bir deyil hətta bir neçə kisə də yarada bilərsiniz. Bu sistemin ən gözəl tərəfi də budu ki yaratdığınız cüzdan üçün heçbir şəxsi melumatlarınızı vermirsiniz. Tamamən özəl və gizlidir. Yaratdığınız bu virtual cüzdan ilə pul göndərə və ya ala bilərsiniz, hətta internet üzərindən aliş-verişdə edə bilərsiniz.
Bitcoinə nə qədər güvənmək olar?
Burada gördüyünüz hər bir iş şifrələnir. Həmçinin bitcoin özü də sağlam bir yaddaşa malikdir. Cüzdanın şifrəsini oğurlatmanız və ya komputerinizin bloklanması kimi istifadəçi xətası və ya diqqətsizlikdən yaranan səbələrdən başqa, sistemin özünün təhlükəsizlik problemi yoxdur. Yəni bu vəziyyətin pul qabınızı və ya kredi kartınızı itirməkdən bir fərqi yoxdu. Pulun sizə aid olduğunu və daha əvvəl başqa birinə göndərilmədiyi, əməliyyatdan öncə sistem tərəfindən öyrənilir. Yəni hiylə ilə Bitcoinin yaradıb satmaq mümkün deyil.
Bitcoinin üstünlükləri nələrdir?
Bitcoinin istifadəsinin müxtəlif riskləri ilə yanaşı bir çox üstünlüyü də vardır. Ən əsas üstünlükləri infiliasyon və çökmə riskinin azlığı, sadə, güvənli, anonim olmasidır. Bitcoin də pul göndərmək digər hesablara görə həm ucuz, həm də daha asandır.
Bitcoin kağız və ya metal olaraq istifadə olunan bir pul deyil. Bu tamamən virtual olaraq yaradılan və kökündə riyazi formulu olan bir sistemdir. Bu riyazi formul hərkəsə açiqdır və istəyən hərkəs bu sistemə daxil ola bilər. Bitcoin əməliyyatlar komputer təchizatla ilə aparılır. Komputeriniz nə qədər güclü olsa performanansınız o qədər güclü olacaq. Bitcoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarəyə götürə bilərsiniz. Bu barədə bilmirsinizsə əgər, mövcud olan “mayning hovuzlarina” (Bitcoin hovuzları) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzlari” hal hazırda yetəri qədər çoxdur. Sadəcə bu haqda ciddə araşdırmalı və sistemin necə işlədiyini öyrənməyiniz kifayətdir.