Biznes plan nədir və necə hazırlanmalıdır
Biznes plan işinizi gələcəkdə necə görmək istədiyiniz və o nöqtəyə necə getmək istədiyiniz haqqında planlarınızı topladığınız bir sənədə verilən addır. Bu sənəd əsasən investorla görüşməyə gedərkən, işinizi böyütmək üçün banklara və təşkilatlara müraciət edərkən və s zamanı lazım olur.
Yeni şirkətlərin şirkətlərin 46%-i planlama problemi yaşayır. Bəzi məşhur universitetlərin araşdırmalarına görə isə bu planlama bir şirkətin təməl addımı olaraq çox vacib strukturdur.
Bizne Plan özü bir strategiya sənədi olduğunu da deyə bilərik. O hər şirkətə, layihəyə görə fərqli başlıqlarla yaradıla bilər.