Dünyanın ən maraqlı sualları
İnsan özünü və ətraf aləmi dərk etdiyi gündən bir çox suallar qarşısında aciz qalır. Bəzən araşdırmağa meylli insanlar müasir metodların- inkişaf etmiş texnikanın və ya savadlı, dünyagörmüş insanların köməyi ilə araşdırıb cavab tapmağa çalışırlar. Bu yazımızda sizlər üçün maraqlı ola biləcək sualları cavablandırmağa çalışmışıq.
- İnsan ən çox neçə il yaşaya bilər?
Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.
Qeyd edək ki, ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov Lerikin Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il yaşamışlar. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olub.
Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi də təsadüfi deyil.
Sağlam həyat tərzi keçirən insan 150-160 il ömür sürə bilər.
2.Mən necə varlana bilərəm?
Sərfəli sərmayənin yalnız iki qaydalası mövcuddur. Birincisi – pulu qoru! İkinci qayda – risk etmək istəyəndə birinci qaydaya bax.
Gəlir həmişə xərclərdən çox olmalıdır. Dünyanın ən varlı adamlarının fikir və tərcümeyi-hallarını öyrənin.
Kasıb ətraf sizi demək olar ki həmişə yoxsulluğa çəkir. Hətta çox varlı adamlarında həmişə elə “qohumları, dostları və digər ərizəçiləri” tapılır ki, əgər onlardan peşəkarcasına canlarını qurtarmasalar, pullarından çox tez məhrum olarlar. Əgər siz hələ də kasıbsınızsa, sizin əhatənizdə varlıları sadəcə sevmirlər, hörmət etmirlər və bəziləri hətta nifrət edirlər. Həmişə Qalib və Nikbin insanlar ilə ünsiyyət qurmaq lazımdır. Məhz belə, böyük hərflə – Qalib və Nikbin!
Arzular – Həyatınızda ən əsas şeydir! Arzu etmək və arzuları həyata keçəcəyinə inanmaq! İnsan xəyal etməyi dayandıranda ölməyə başlayır.
Qələbələrinizin gündəlik jurnalını tutun! Məğlubiyyət qələbələr və uğurlardan 7-12 dəfə çox yada düşür. Ruhdan düşəndə – bu jurnalı oxuyun!
İstənilən düşmənlə, yoxsulluq isə insanın düşmanıdır, sona qədər döyüşmək lazımdır, düşmənə qarşı mərhəmət və özünə rəhm etmədən!
Heç vaxt, heç vaxt təslim olmayın.
Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz. Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir. Belə ki, yoxsullar gələcəyi barədə daima narahat olurlar. Bu narahatlıq onların düşünməsinə hər zaman mane olur və beyinin məşğul olmasına yol açır. Bu duyğu onlara pullarını qorumağa və onları toplamağa vadar edir. Varlılar isə daha asan və azad qərarlar qəbul edirlər. Onlar zehni enerjilərini problemlərini həll etməyə yönəldirlər.
Orta yaşayış tərzində həyat sürənlər qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır. İmkansızlar işləməklə zəngin olmanın yollarını, varlılar risklərlə zəngin ola biləcəklərinə inanırlar.
Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.
Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.
Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları xilas etməyəcəyini dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.
3. Insan asqıranda niyə gözünü yumur?
Asqırmaq – insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır. lk olaraq, qıcıqlanma baş verir, dərin nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri və qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş verir. Asqırdığımız zaman gözlərimizi açıq tuta bilmirik. Mütəxəssislər bunu insanların ağrı hiss etdiyi zaman gözlərini bağlamaları formasında açıqlayırlar. Asqırma ani və şiddətli bir refleks vəziyyəti olduğundan insanlar özlərindən asılı olmayaraq gözlərini yumurlar.
4.Qarğa həqiqətənmi 300 il yaşayır?
Mütəxəssislər bunu insanların ağrı hiss etdiyi zaman gözlərini bağlamaları formasında açıqlayırlar. Asqırma ani və şiddətli bir refleks vəziyyəti olduğundan insanlar özlərindən asılı olmayaraq gözlərini yumurlar.
Qarğaların təbiətdəki ömrü yaşadıqları iqlimə, bölgədəki təbii yırtıcıların sayına və onların yem axtarış imkanlarına görə dəyişir. Ən çox 20 il yaşayan bir qarğa üçün bu ömür ən maksimaldır.
5.Buludlar yerdən neçə metr məsafədə olurlar?
Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Tərkibinə görə buludlar sulu,buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür.
- Laylı buludlar — 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar — daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır.
6.Necə olur ki, “insanın gözü yol çəkir?”
Göz səyirməsi göz qapağı əzələlərinin təkrarlanan, istəkdən asılı olmayaraq sıxılmasıdır. Göz səyirmələri, ümumiyyətlə üst qapaqda olar, nadir halda alt qapaqda da görülə bilər. Az hallarda göz qapağı səyirmələri ciddi beyin və sinir xəstəliyinin əlaməti olar. Ancaq bu vəziyyətlə bərabər başqa nevroloji əlamətlər müşahidə edilməlidir.
El arasında gözü yol çəkənə “Uzaq yerdən qonağın gələcək” deyirlər. Bu hal stresdən də yarana bilər. Ümumiyyətlə fərqində olmadan, amma bəzən fərqində olaraq da uzun bir müddət eyni nöqtəyə baxmaq, göz qapaqlarını qırpmamaq göz dalmasının əlamətləridir. Bu zaman ümumiyyətlə beyin digər düşüncələrə fokuslanıb görmə funksiyasını təxirə salır. Çətin və sıx qrafikdə işləyənlərin gözü daha çox dalar. Yaşlılarda daha sıx müşahidə edilir və çox nadir hallarda nevroloji xəstəliklərin və epilepsiyanın əlaməti ola bilər.
7.Niyə liftdə ayna qoyurlar?
Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.
8. Dünyada ən ağıllı heyvan hansıdır?
Müəyyən olunmuşdur ki, bu canlıların geni ilə insan geni arasında eynilik çox faiz təşkil edir. Şimpanze planetdə ən ağıllı heyvan hesab edilir və müəyyən edilib ki, yaşadıqları mühitdə arzuladıqları nəticəyə nail olmaq üçün həmin mühiti idarə edə bilər. Onlar laboratoriyada təşkil olunmuş bir çox sınaqlardan, oxumaq, həyəcanlanmaq, xeyriyyəçilik və s. uğurlu keçmiş, hətta insanlar kimi rəqəm yadda saxlamaq kimi nümunəvi nəticələr əldə edilmişdir.
9.Göz muncuğu niyə mavi rəngdədir?
Bəs bu daşlar niyə mavi rəngdədir? Mavi keçmiş zamanlardan günümüzə qədər qorunma prinsipini təmsil edir. O, göyün rəngidir. Rəvayətlərə görə, Çingiz xan atasının mavi bardağından su içərmiş. Bundan başqa, yüksək məhkəmə heyətinə verdiyi əmrdə də xalqla bağlı məhkəmə qərarları mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən-nəslə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələrini mavi rəngdə hazırlamağa cəhd göstəriblər. Bu da mavi rəngin bəd nəzərdən qorumasından xəbər verir.