Ən Çox Oxunan Kitablar Hansılardır?

Ən Çox Oxunan Kitablar

Məşhurlardan Cim Ron deyir, “Məktəbdə oxuduğunuz kitablar həyatda sağ qalmağınızı təmin edər, ancaq özünüzü inkişaf etdirmək üçün oxuduğunuz kitablar isə sizə bir ömür boyu sərvət qazandırar”. Yəqin ki, razılaşarsınız ki, müasir dövr kapital əsasında formalaşmış həyat şərtlərini özündə ehtiva edir. Bu o deməkdir ki, şəxsi həyatda və karyerada irəli getmək, böyük uğurlara imza atmaq üçün bacardıqca daha çox çalışmaq lazımdır. Buraya orta məktəb təhsilindən başlayaraq, karyerada əldə edilə biləcək böyük uğurlara qədər bütün mərhələlər daxildir. Günümüzdə əmək bazarında, həmçinin, digər sahələrdə rəqabət artdıqca insanlar arasında özünüinkişaf meyilləri, yeni bacarıqlar qazanmaq istəyi və s. daha çox aktuallaşmağa başlayıb. Mütəxəssislər bu fonda gənclərə dünyagörüşünü, bacarıqları və s. inkişaf etdirmək üçün daim mütaliə eləməyi tövsiyə edir. Bəs gəlin görək,  bütün dünyada ən çox oxunulan kitablar hansılardır?

Ən Çox Oxunan Kitablar 

Bibliya (İncil)

Dünya üzrə ən çox oxunan kitablar arasında “İncil” ilk sıralarda yer alır. Son 60 ildə 40 milyon nüsxədən çox satıldığı təxmin edilir. Əhdi-Cədidin ilk kitabı olan bu yaradılış kitabında kainatın, dünyanın və bəşəriyyətin yaradılmasından, İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından və digər məsələlərdən bəhs olunur. 

“İncil” kitabını yükləmək üçün linkə keçid edin.

Qurani-Kərim

Müsəlmanların müqəddəs kitabı hesab olunan “Qurani-Kərim”in satış səviyyəsini izləmək çətin olsa da, ancaq “İncil” kimi, o da dünya üzrə milyonlarca insan tərəfindən oxunur. Təsadüfi deyil ki, elə “Quran” kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. 

“Qurani Kərim” kitabını yükləmək üçün linkə keçid edin.

«Harri Potter»

«Harri Potter» (“Harry Potter”) ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən qələmə alınan dünyaca məşhur kitab seriyasıdır. Sözügedən kitablar toplusu dünya miqyasında 500 milyon nüsxədən çox satılaraq, tarixdə ən çox satılan kitab seriyalarından biri kimi tanındı. 80-dən çox dilə tərcümə edilən “Harri Potter” kitabları bütün yaş kateqoriyalarına xitab etməsi ilə məşhurdur.

«Harri Potter»  kitabını yükləmək üçün linkə keçid edin.

«Üzüklərin Əfəndisi» (“The Lord of the Rings”)

Dünya üzrə reytinq siyahılarının ilk sıralarında qərarlaşan “Üzüklərin Əfəndisi” adlı kitab toplusu XX əsrin ən çox oxunan yüz kitabı arasında yer alır. İngilis yazıçısı Con Ronald Ruel Tolkienin qələmə aldığı bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, eləcə də, dünya mədəniyyətində özünəməxsus iz buraxmışdır. 

«Üzüklərin Əfəndisi»  kitabını yükləmək üçün linkə keçid edin.

«Kimyagər» Paulo Coelho (“The Alchemist by Paulo Coelho”)

“İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır” deyə qeyd edən Paulo Coelhonun 1988-ci ildə Braziliyada nəşr olunan “Kimyagər” kitabı dünya üzrə milyonlarla nüsxə satışına nail olan əsərlərdəndir. Xoşbəxt olmaq üçün həyatı hər incəliyi ilə doya-doya yaşamağın, arzuların ardınca getməyin vacibliyini vuğulayan yazıçı uzun illərdir ki, oxucuların qəlbini fəth etməyə davam edir.

«Kimyagər»  kitabını yükləmək üçün linkə keçid edin.

«Da Vinçi şifrəsi» (“The Da Vince Code by Dan Brown”)

Dan Braunun qələmə aldığı «Da Vinçi şifrəsi» bütün zamanların ən çoxunan kitabları sırasında yer alır. Əsər Harvard universitetinin professoru Robert Lenqdonun timsalında müəllifin apardığı tədqiqatlardan əldə olunan təcrübələri oxuculara çatdırır.

«Da Vinçi şifrəsi»  kitabını yükləmək üçün linkə keçid edin.

«Alatoran» («Twilight»)

Stefani Mayer tərəfindən qələmə alınan vampir-sevgi romanı «Alatoran» əsəri nəşr olunmasından sonra qısa müddət ərzində ən çox satılanlar siyahısına daxil olmağı bacarır. Tənqidçilər bu romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edir.

«Alatoran»  kitabını yükləmək üçün linkə keçid edin.

«Küləklə sovrulanlar» («Gone with the Wind»)

Amerikan yazıçısı Marqaret Mitçellin qələmə aldığı bu məşhur roman “İncil”dən sonra amerikalılar tərəfindən ən çox sevilən ikinci kitabdır! Dünyada 30 milyondan çox nüsxəsi çap edilib. Əsərdə gən qız Skarlet Oharanın Şermanın səfalətdən qurtulmaq üçün apardığı mübarizələrdən bəhs edilir.

«Küləklə sovrulanlar»  kitabını yükləmək üçün linkə keçid edin.

«İki şəhərin nağılı» («A Tale of Two Cities »)

Çarlz Dikkensin müəllifi olduğu“İki şəhərin nağılı: Dikkensin tarixi romanı” bütün dövrlərin ən çox satılan kitablarından biridir. Üç kitabdan ibarət olan bu tarixi romanın başlıca mövzusu Böyük Fransa inqilabıdır.

«İki şəhərin nağılı»  kitabını yükləmək üçün linkə keçid edin.

«Balaca Şahzadə» («The Little Prince »)

Antuan de Sent-Ekzüperi tərəfindən qələmə alınan “Balaca Şahzadə” əsəri ilk olaraq fransız dilində nəşr olunsa da, sonradan çoxsaylı dillərə tərcümə edilib. Bütün yaş kateqoriyalarına daxil olan oxuculara xitab edən, “Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır” proloqu ilə başlayan əsər əxlaqi dəyərləri bütün incəlikləri ilə təcəssüm etdirir.

«Balaca Şahzadə» kitabını yükləmək üçün linkə keçid edin.

Kitablarla bağlı dünya üzrə statistik məlumatları haradan oxumaq olar?

Bir sıra beynəlxalq təşkilatlar və internet saytları kitablarla bağlı bir çox  statistik məlumatları təqdim edir. Buraya oxunuşuna, satışa görə reytinqlər, müxtəlif hesabatlar, bazar tendensiyaları və s. kimi məlumatların araşdırılaraq, təqdimatı daxildir. Bu cür məlumatları tapa biləcəyiniz onlayn mənbələr aşağıdakılardır:

Pulsuz pdf yükləmək üçün saytlar

Müəllif hüquqlarının qorunduğu, həmçinin, müxtəlif kitabları pulsuz şəkildə və PDF formatında cihazlarınıza yükləyə biləcəyiniz saytları təqdim edirik:

Nəticə (Ən Çox Oxunan Kitablar )

Yuxarıda sadalanılanlarla yanaşı, dünya üzrə satış sayına və oxunuş səviyyəsinə görə, hər il müxtəlif siyahılar dərc olunur. Eyni zamanda karyerasında uğurlu olan İlon Mask, Ceff Bezos və s. kimi məşhur şəxslər də öz mütaliə siyahılarını paylaşaraq, ilhamlandıqları və ən faydalı hesab etdikləri kitab siyahılarını bölüşürlər. Sizin üçün hazırladığımız siyahı dünya standartlarına əsaslansa da, maraq dairənizə, inkişaf etmək istədiyiniz istiqamətlərə, sevimli yazıçılarınıza və s. kimi amillərə əsasən, müvafiq əsərlər toplusunun siyahısını dərc edə bilərsiniz. İstənilən halda oxumaq, intellektual səviyyəni yüksəltmək hər zaman həyatınızda yeni səhifələrin açılmasını təmin edəcəkdir. Unutmayın ki, insan həyatı zəkanın, dünyagörüşünün, məntiqin, hisslərin və digər amillərin sayəsində daha da rəngarəngləşir. Odur ki, daim öz üzərinizdə işləməyə, inkişafa, fərqli yaradıcılıqları sınaqdan keçirməyə istiqamət almaq faydalı olacaqdır.

Həmçinin oxu – Portfolio nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button