VPN Nədir? VPN necə işləyir? ✅
Son zamanlar da günümüzün ən aktual suallarından biri də VPN nədir? sualıdır. Bəlkə də çox insan VPN haqqında indiyənədək heçbir məlumata sahib deyildi və ehtiyac duymurdu. Amma son günlər hərbirimiz VPN – ehtiyac duyuruq. Bəzi insanlar VPN-dən istifadə etsələrdə hələdə tam olaraq nədir? Necə işləyir? xəbərsizdir.
VPN nədir? VPN – Virtual Private Network interternet termininin qısaldılmış bir versiyasıdır. Ən əsas mənada, IP ünvanı ilə əlaqə qurmağınıza imkan verən başqa bir xidmətdir. VPN əlaqənizi təmin edir və hər hansı bir şəbəkəyə qoşularkən əlaqənizi şifrələyir və şəxsiyyətinizin tapılmamasını təmin edir. VPN ilə ölkənizdəki qadağan olunmuş saytlara, məhdud saytlara və ya IP-lərə də qoşula bilərsiniz. Eyni zamanda, VPN sistemi, göndərdiyiniz və aldığınız bütün məlumatları şifrələdigi üçüncü şəxslərin nə etdiyinizi görməsinə imkan verməyən bir təhlükəsizlik sistemi kimi də istifadə edilə bilər.
Bəzi şirkətlər pulsuz bir şəkildə VPN xidməti təklif edərkən bəziləri pullu şəkildə təqdim edir. Hər VPN proqramının özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər əsasən sürət, çox bağlantı, təhlükəsizlik divarları, ödənişlər, server yerləri və bir çox xüsusiyyətləri ilə xidmət göstərirlər.
VPN – internetdə etdiyiniz hər hərəkətdə rəqəmsal izlər buraxmadan, gizliliyinizi qoruyaraq, məhdudlaşdırılma olmadan bütün internet səhifələrinə girməyinizi təmin edən bir sistemdir. Bu xidməti ala biləcəyiniz güvənli VPN təchizatçısına ehtiyacınız var.
VPN iki kompüter arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürür. VPN bağlantısı üzərindən istifadəçilər təhlükəsizlik şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Bunun səbəbi isə ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digər nöqtəyə informasiya göndərilirkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir. İnformasiya da açıq şəkildə təqdim olunur. Elə buna görə texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur.
“VPN texnologiyasında vətəndaşın informasiya münasibətlərinin qurulmasında ortada tanınmayan şirkət iştirak edir. Texnologiyadan istifadədə əvvəllər iki tərəf var idisə, indi üç tərəf var. Bu zamanda VPN-in istifadəsində risklər yaranır. Misal üçün, fərdi məlumatların ələ keçirilməsi, eləcə də telefonda olan əlaqələr, şəkillərdən, proqramlara giriş edilən kodlar və digər məlumatlar hər an götürülə və istifadə edilə bilər”.-bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
VPN necə işləyir?
VPN bir çox protokol və texnologiyadan istifadə etməsinə baxmayaraq, əsasən komputerinizin fiziki olaraq yerləşdiyi yerdən əks şəbəkəyə şifrəli (kripto mənada) bir tunel açır. Bu tunelden ötürülən məlumatlar kənardan baxıldıqda şifrələdiyindən kənardan baxıla bilməz. Mövzunu bilən təhlükəsizlik mütəxəssisləri şifrələnmiş məlumatların axdığını görür, lakin məzmunun nə olduğunu başa düşə bilmirlər (çox zəif təhlükəsizlikdən istifadə etmədikdə). VPN həlləri kompüterinizdə və ya mobil cihazınızda ixtisaslışmış bir şəbəkə sürücüsü quraşdırır ( və ya mobil cihazınızda yerləşdirilir) və bu nöqtədə virtual şəbəkə adapteri kimi davranır və sizə qarşı şəbəkədən bir IP nömrəsi verir. Bu yolla icazə verilən tətbiqlərə və ya yerli ünvanlara baxa bilərsiniz.
Hansı növ VPN sistemləri və istifadə sahələri var?
Bu gün 3 məhşur VPN istifadəsi var. Bunlarfsn biri necə işlədiyinin əsas mexanizmidir,məsələn ev kompüterinizdən sistem, xidmət və ya ofisdəki komputerə qoşulma imkanı verən VPN sistemləri. Bu sistem sayəsində uzaq bir şəbəkəyə elebil ordakı kimi daxil olub işləyə bilirsiniz. Bunu da çox etibarlı şəkildə edə bilirsiz.
İkinci istifadə sahəsi, iş istifadəsi xaricində ölkəmizdə kifayət qədər yayılmış, bütün trafiki kollektiv olaraq qəbul edən və fərqli bir yerdən (ümumiyyətlə başqa bir ölkədən) internetə çıxış təmin edən sistemlərdir. Bu VPN texnologiyasının bir üstünlüyü xüsusilə ictimai şəbəkələrdə işləməsidir. Məsələn şifrələmə və şifrəmiz qoşulduğunuz bir simsiz şəbəkə var. Şifrə varsa şəbəkəyə qoşulmuş digər kompüterlər şifrə olmasa da ətrafdakı hər kəs buradakı məlumatları görə bilər və sosial mühəndis texnikalarından istifadə edərək sizinlə və ya işlədiyiniz şirkətlə əlaqəli hücum vektorları yarada bilər. Bu nöqtədə işə düşən VPN sistemi kompüterinizdən və ya mobil cihazınızdan şəbəkədən uzaqlaşaraq məlumatları “iyləmək” (məlumat paketlərini iyləmək, toplamaq və təhlil etmək) kimi demək olar ki, tam təhlükəsizliyi təmin edir. Bu andan etibarən internetə baxa, hansı xidmətindən istifadə etdiyinizi göstərmədən bulud xidmətlərindənki sənədlərinizi sinxronzasiya edə və təminatsız FTP xidmətləri üzərindən faylları daha etibarlı şəkildə göndərə bilərsiniz.
Son VPN növü, xüsusilə oyunçuların həyatını xilas edən və marşrutlaşdırma problemləri səbəbindən artan server cavab müddətlərini (ping) azaldan ixtisaslaşmış sistemlərdir. Bu sistem oyun məlumatlarını ayrı seçkilik etmədən internet xidmət təminatçınızın nöqtədən nöqtəyə sıçrayış problemlərimi həll edir və sizə daha qısa bir yol çəkir və xüsusisən MMO dediyimiz çox oyunçulu onlayn oyunlarda bu, görünən şəkildə təsir edə bilir və sinir əmsallarını azalda bilir. Əvvəllərki VPN həllindən daha ucuz ola bilər.
Daha çox məsləhət görülən VPN əlaqələri aşağıdakılardır :
Hotspot, Shield, ZenMate, TOR, Onavo
Əgər yaxşı bir araşdırma elemədən pulsuz VPN xidmətindən istifadə edirsinizsə güvənlik problemi yaşaya bilərsiniz.VPN servisi verdiyi xidmət qarşılığında sizdən məlumatlarınızı ala bilərlər.
Əgər işlətdiyiniz internetin sürəti zəifdirsə də VPN dən istifadə edə bilərsiniz. Siz həmçinin qadağan olunmuş saytlara giriş edərək və daha az iz buraxaraq internetdə rahat gəzişə bilərsiniz. Qadağan olunmuş saytlara girişin yolu okan VPN əslində bu məqsədlə yaradılmayıb.