Ünsiyyət bacarıqlarının biznesdə rolu
Araşdırmalara əsasən uğurlu iş adamı və ya biznesmen olmağın başlıca amillərindən biri ünsiyyətdir. Sözsüz ki, hansı sahədə olmağımızdan asılı olmayaraq biz öz məhsul və xidmətlərimizi və ya bilik və bacarıqlarımızı satmağa çalışırıq. “Əgər uğurlu olmaq istəyirsinizsə mütləq ünsiyyət qurmağı bacarmalısan” deyimi əbəs yerə deyilməyibdir. Müasir dövrdə ünsiyyətsiz biznesi, biznesi isə ünsiyyətsiz təsəvvür etmək çox çətindir. Ünsiyyət biznesin ayrılmaz tərkib hissəsidir.Bəs ünsiyyət qurarkən biz nəyə diqqət etməliyik?
1️⃣ Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
Hər gün üzərinizdə 1 saat işləməklə yazılı və şifahi ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bu bacarıqlar sizin qatıldığınız toplantılarda,biznes görüşlərdə, Korporativ mühitdə sizin ən yaxşı silahınız ola bilər. Unutmayın ki,ən yaxşı lider öz işçiləri ilə daimia ünsiyyətdə olandır. Həddindən artıq danışmayın, təsiri azaldarsınız və Mühüm sözləri və fikirləri vurğulamaq üçün səs tonunda enişlərə və çıxışlara yer verin. Göz təması qurun. Göz təmasını düzgün qurmaq vacibdir. Göz təmasını qura bilməmək qarşındakı insanı narahat edə bilər. Göz təmasından qaçmaq da adamı özünə inamsız kimi göstərə bilər.
2️⃣ Fərz etməyin, sual verin
Bu ən çox biznesə görüşlərdə yeni iştirak edən insanlarda rast gəlinən bir haldır ki,onlar sual verməkdən çəkinər, əksinə isə faktları öz bildikləri kimi zənn edərlər. Bu isə onlarda tamamən yalnış təəssürat yaratmaqla yanaşı , gələcəkdə bizneslərini risk altına salır. Bunun üçün isə sual vermək mədəniyyətini formalaşdırmalı,sual verdikdən sonra isə dinləməyi bacarmaq lazımdır. Hər bir sual sizlə qarşı tərəf arasında güclü bir bağlantı yaradır ki, bu bağlantılar gələcəkdə iş birliyinə səbəb ola bilər.
3️⃣ Uğurlu münasibətlər qarşılıqlı inam üzərində qurulur
İnam ünsiyyətin ən vacib faktorlarından biridi.Həmçinin korporativ mühit qarşılıqlı inam üzərində qurulmalıdır.Onlar sizə,siz isə onlara e犀利士 tibar etməlisiniz. Xüsusəndə əgər siz rəhbər funksiyasını yerinə yetirirsinizsə qarşı tərəfin etdiyi yanlışlıq zamanı emosiyaya qapılmamalı və öz ünsiyyət bacarıqlarınız ilə qarşılıqlı inam yaratmalı və problemi aradan qaldırmalısız. İnanmadan söylənilən sözlərin, inandırıcı olmadığını bilin. Ancaq unutmaq olmaz ki, hər bir kəslə eyni ünsiyyət formalaşdırmaq mümkün deyildir.
4️⃣ Ünsiyyət zamanı qarşı tərəfin vaxtına hörmət edin
Birisi ilə xüsusən də biznes görüşlərdə əgər qarşılıqlı münasibət yaranıbsa siz qarşı tərəfə kütləvi sual verməklə həm özünüzün həm də əks tərəfin vaxtını oğurlamış hesab edilirsiniz. Çox danışan, lazımsız yerə hər kəsin vaxtını almayın.Bu isə sizi qeyri-peşəkar göstərən və sizin reputasiyanıza mənfi hal gətirən vərdişdir. Çalışın ki,suallarınız qısa və lokanik olsun ki, qarşı tərəfdə sizə qarşı peşəkar rəy formalaşsın.
5️⃣ Otağı ilk siz tərk etməyin
Sual verməklə siz əks tərəfdə sizə qarşı diqqətin artırılması yaradırsınızsa, sizin onu dinləməyiniz həmin tərəfdə sizə qarşı diqqəti 2 qat artırmış olursunuz. Hər kəs danışarkən və ya çıxış edərkən qarşı tərəfdən onu sonacan dinləməyi istəyir. Bunun üçün özünüzdə dinləmə mədəniyyətni inkişaf etdirməli və son sözünü bitirməyənə qədər onun sözünü kəsməməlisiz. Qarışınızdakının çıxışının bitirməsinə icazə verin. Auditoriyada danışılan mövzu sizin üçün nə qədər cansıxıcı olsa da çalışın ki,otağı ilk tərk edən siz olmayın!
6️⃣ Bədən dilinizi inkişaf etdirin
Ünsiyyət zamanı ən önəmli faktorlardan biri də bədən dilidir. Bildiyimiz kimi, bədən dili sizdən asılı olmayaraq daxilinizdəki səni təzahür etdirir. Jest və mimikalarınız sözlərinizin önünə keçməsin. Bunun üçün hər zaman bədən dilinizin üzərində işləmək lazımdır. Xüsusəndə əgər siz peşəkar birisi ilə görüşürsünüzsə buna xüsusi önəm vermək lazımdır. Hər hansı qeyri-ciddi və lazımsız əl-qol hərəkətləri sizin qeyri- peşəkarlığınızdan məlumat verir ki, bu da sizin əlaqələrinizin zəifləməsi ilə nəticələnəcəkdir.
7️⃣ Komplimentlər söyləyib, hədiyyələr verin
Kiçik bir hədiyyə böyük bir başlanğıca və ayrılmaz bağlılığa səbəb ola bilər. Unutmayaq ki, hər kəs özünə qarşı digərlərində diqqət və qayğının olmasını istəyir. Biznes görüşləri zamanı qarşı tərəfinizdə əks cinsin nümayəndəsi varsa ona qarşı komplimentin deyilməsi sizin ona göstərdiyiniz hörmətin bir parçasıdır. Süni davranışlardan və şişirdilmiş sözlərdən çəkinin. Səmimi və nəzakətli olun. Həmçinin görüşlərə gedərkən kiçik bir hədiyyə belə aparmaq qarşı tərəfdə xüsusi bir maraq yaradacaqdır ki, bu da növbəti pillələrdə ünsiyyət və söhbətinizin daha da maraqlı olması ilə nəticələnəcəkdir.