Saatlarin Menasi ✅
Gün ərzində dəfələrcə saata baxırıq. Vaxtı bilmək üçün tez tez saata baxdığımız zaman bəlkədə təsadüfən neçə dəfə cüt saatlara rast gəlmişik. Heç fikirləşmisinizki bu cüt saatlarin menasi nədir?
Həyatımız bir zaman içərisində irəliləyir. Bu zaman içərisində çox zaman sevgidə bizimlə olur. Sevgini zamana buraxan, sevgi ilə yaşayan insanlar üçün saatlarin mənasi var.
Düzdü hərkəs saatlarin mənasını bilməz. Amma çox insan üçün bu mənalar bir fal rolunu oynayır. Bu mənalara çox inanırlar. Çünki hər zaman bizə maraqlı olubki həyatınızdakı insan bizim haqqımızda nə fikirləşir.
Saat falını bəlkədə çox adam eşitməyib. Saat falını bilmək üçün saatlarin menasinı bilmək lazımdır.
Saatlarin menasi cüt gələn saatlara fərqli mənalar verməklə ortaya çıxmışdır.
Cüt saatların mənası olduğu kimi tərs saatlarında mənası var.
Gün ərzində 24 dəfə cüt gələn saata, 13 dəfə isə tərs saata rast gəlirik. Saatlar hər il fərqli mənalara gəlir. 2020 ci ildə saatların mənasını aşağıda yazacam.
Əgər həqiqətən də saatların mənasının doğru olub olmaması maraqlıdırsa bunun sadəcə bir təsadüf olduğunu deyə bilərəm. Çünki rast gəldiyimiz bir saatda xoı bir söz yazılsada o birində bunun əksi olur.
Saat falı insanların bir birini motive etdiyi bir faldır.
➡️ Cüt saatlarin menasi
- 00:00 – Səni indi yuxusunda görür
Sevdiyi insanın yuxusuna girmək, xəyallarında olmaq hər kəsin xəyalıdır. Şüur altı tamamən sənə bağlıdır. Sevdiyin insan böyük ehtimal səninlə bağlı planlar qurur. Bu hərkəsə nəsib olmaz.
- 01:01 – Səni sevir
Günün ilk saatı bu anı yaxalasaz əgər əmin olun ki həyatınızdakı adam sizi sevir. Həyatda ən çox düşündüyü sevdiyi insan sənsən. O insanın sənə qarşı həyacanı bitmir. Ya münasibətiniz yeni başlayacaq yada gözəl bir münasibətin içindəsən.
- 02:02 – Səndən xoşu gəlir
Sevdiyin insanın səndən xoşu gəlir amma bu o demək deyilki səni sevir və sənin haqqında ciddi düşünür. Amma hərəkətlərin, davranışın, görünüşün onun çox xoşuna gəlir. Sənin onun üçün doğru insan olub olmadığını fikirləşir. Səni yaxından tanıyıb güvənmək istəyir.
- 03:03 – Sənə aşiq olmağa başlayıb
Düzdü hələki böyük sevgi başlamayıb amma qığılcımları var. Bu qığılcımları dəyərləndirərək sonrakı mərhələyə aparmağınız lazımdır. Bəlkədə bu sənin üçün keçərli deyil amma qarşındakı insanda artıq sevgi başlayıb. Əgər ona qarşı nəsə hiss etmirsənsə boş yerə ümid verib ikinizidə üzmə.
- 04:04 – Səni çox sevir
Həyatında seni səndən çox sevən biri var. Həyatda nə edirsə hamısı sənin üçündür. Səninlə bağlı çox xəyallar qurur. Bu insanı itirmə çünki birdə səni bele sevən biri olmayacaq.
- 05:05 – Sənə nifrət edir
Ona nə etmisənsə sənə çox nifrət edir
Tezliklə ürəyini alıb özünü ona bağışlatdırmalısan.05:05 ə rast gələndə mənasına bəlkədə inanmaq istəməyəssiniz.amma nifrət asanlıqla ortaya çıxan bir duyğu deyil.bunu tezliklə düzəltməlisən.
- 06:06 – Pis bir gün
Sevgilinizlə görüşmək, problem. Həll etmək üçün yaxşı bir gün deyil. Bu gün kobud davranacaq. Ona görə planlarınızı başqa gün üçün qurun.
- 07:07 – Səni sevməyə çalışır.
Sən onu çox sevirsən bəlkədə amma qarşındakı insanın sənin haqqında hissləri tam olaraq sevgi deyil. Amma seni sevmək istəyir. Bunun üçün əlindən gələni edir.
- 08:08- Yaxşı bir gün
Günə səninlə gözəl başlamaq istəyir. Buna görə də sənlə görüşmək isyib səhər yeməyi yemək istəyə bilər. Əgər günə səninlə başlamaq istəyən biri varsa onu əlindən qaçırmamalısan. Çünki niyyəti ciddi olmasaydı günə səninlə başlamaq istəməzdi.
- 09:09 – Sənin xətrinə dəyəcək
Təəssüf ki saatlar həmişə xoş bir şeyi göstərmir. Əgər bu 09:09 a rast gəlmisənsə ondan uzaq durmağın faydalıdır. Ya hansısa sözü sənin xətrinə dəyəcək yada hansısa hərəkətin ya sözünə görə inciyəcək. Amma bu vəziyyətin keçici olduğunu unutma.
- 10:10 – Səndən ayrılmağı fikirləşir
Sevgilinə diqqət elə. Səndən ayrılmağa çalışır. Aranızdakı problemləri tezliklə həll eləməlisiniz. Çünki sənin son zamanlarda hərəkətlərin xoşuna gəlmir və bu münasibətin sonunun ayrılıq olduğunu düşünür.
- 11:11 – Sənə surpriz edəcək
Bəlkə də bu vaxtları gizli yerlərə gedib sənə surpriz hazırlayır. İnsan həyatında biri olanda istər istəməz ondan kiçik surprizlər gözləyir. Sevgilin sənə bu yaxınlarda bir hədiyyə alıb səni sevindirəcək. Bu vaxta rast gəlsən hədiyyəni gözləməyə başlaya bilərsən.
- 12:12 – Səni ürəkdən sevir
Sevgilin səni həqiqətən ürəkdən sevir. Bu insanın sənə qarşı olan sevgisindən və bağlılığından əmin ola bilərsən. Səninlə bağlı gözəl xəyalları var. Sənin haqqında ailəsi də danışır.
- 13:13 – Səni qısqanır.
Sevgi varsa təbiiki qısqanclıqda olmalıdır. Səni çox qısqanır. Bəzi zamanlar bu bəlkədə səni incidir. Amma bunu sevdiyi üçün elediyini fikirləşib sakitləşə bilərsiniz.
14:14 – Sənə zəng vurmaq istəyir
Telefonun əlində gözləyə bilərsən. Çünki zəng edib səninlə danışmaq səsini eşitmək istəyir.
- 15:15 – Keçmiş sevgilinlə qarşılaşassan
Bu saatı gördüyün zaman ehtiyyatlı olsan yaxşi olar. Çünki yaxın zamanlarda təsadüfən keçmiş sevgilinlə qarşılaşa bilərsən.
- 16:16 – Səni aldadır
Vəziyyət heç də yaxşı deyil. Ən xırda problemdə başqasına gedir.Demək olar hər problemdə başqasına qaçır. Siz problemsiz bir münasibət qura bilməzsiz. Əgər bu insan hər probleminiz rahatlamaq üçün başqasına gedəcəksə sizə bundan ömür yoldaşı olmaz.
- 17:17 – Onunla olan xəyalların gerçəkləşəcək
Sevdiyin insanın səninlə bağlı gələcək planları var. Və sevinə bilərsən onunla bağlı qurduğun xəyallar gerçək olacaq.
- 18:18 – Səni 100% sevir
Ürəyində bəlkədə onun sevgisinə az da olsa şübhən, tərəddüdlərin var. Amma onları tamam sil. Çünki həyatındakı adam səni həqiqətən sevir. Əmin ola bilərsən.
- 19:19-Səni öpmək istəyir
Qarşındakı insan o qədər romantikdir ki sizinki filmlərdəki kimi bir sevgidir. Əllərini tutub səni öpmək istəmədi tamamən sənin üçün darıxdığı üçün və yanında olmaq istəməyindəndir.
- 20:20 – Səninlə evlənməyi düşünür
Özünüzü evliliyə hazır hiss edirsiniz? Hazır olmasanda artıq özünü buna hazırlamalısan. Çünki sevdiyin sənə evlilik təklif etməyi düşünür. Qısa zamanda surpriz bir yerdə evlənmə təklifi alassan.
- 21:21 – Səni düşünür
Bu saatı görürsənsə hal-hazirda səni düşünür. Səninlə bağlı xəyallar qurur. Onun üçün doğru insan olduğunu düşünür. Həm də sənin üçün darıxır.
- 22:22- Səninlə çay içmək istəyir
Gözəl bir yerdə çay içərək xoş söhbətə yox deməzsən yəqinki. Bəlkədə bu görüş yeni bir başlanğıc ola bilər.
- 23:23- Dəlilər kimi aşiqdi sənə
Səndən əvvəl sevgisi olsada sən onun üçün fərqlisən,həyatının mənasısan. Qarşındakı insan sənə həyatının təki olduğunu göstərəcək. Dəlilər kimi sevir səni.
Yuxarıda qey etdiyim kimi cüt saatlarin menasi olduğu kimi tərs saatlarin də menasi var.
➡️ Tərs saatlarin menasi
- 01:10 – Səni heç sevmir
Qarşındakı insanın səni sevməsi üçün çox mübarizə aparırsan ama o səni sevmir.
- 02:20 – Səndən xoşu gəlmir
Tez tez göz-gözə gəldiyiniz üçün səndən xoşu gəlir düşünürsən. Amma belə bir şey yoxdu. Səndən xoşu gəlmir. Sadəcə sənin ona baxışlarından narahat olur.
- 03:30 – Sənə aşiq olmayacaq
Bu insanın ürəyində biri var. Amma o sən deyilsən. Sən ona təsir etmək üçün nə qədər çabalasanda boş yerədir hamısı. Ürəyində başqası olduğu üçün səni sevməyəcək.
- 04:40 – Səni sevdiyini söyləmək olmaz
Münasibətiniz yaxşı başlamışdı amma zaman keçdikcə səndən gözlədiyi enerjini ala bilmədi və fərqli insanlara yönəlməyə başladı. Çünki səni yetəri qədər sevmir.
- 05:50- Səndən xoşu gəlir
Qarşındakı insan utancaq olduğuna görə sənə olan hisslərini etiraf edə bilmir. Amma səndən xoşu gəlir. Əgər ona olan hisslərini biraz göstərsən səndən cəsarət alıb hisslərin bildirə bilər.
- 10:01-Səninlə evlənmək istəyir
Bu saatın mənası səninlə evlənməyi düşünür. Hər an sənə evlilik təklif edə bilər. Ehtiyyatlı ol.
- 12:21 – Səni sevmir
Hər zaman səni sevdiyini düşünürsən. Amma bu belə deyil. Səni sevmir. Bunu başa düşürsən. Amma inadla onunla yenədə davam edirsən.
- 13:31 – Sənə fikir vermir
Sən onu nə qədər düşünsəndə o səni heç düşünmür. Ağlında başqa şeylər var.
- 14:41 – Sənin haqqında gələcək planları qurur
Birlikdə keçirdiyiniz zamanlar onun üçün çox dəyərlidir. Ona görə də həyatının geri qalanını səninlə keçirmək istəyir
- 15:51 – Köhnə sevgilinlə barışassan
Elədiyiniz kiçik səhvlərə görə bir birinizdən uzaq düşdünüz. Amma bu uzaqlık sizə bir birinizi unutdurmadı. Hər an yenidən barışa bilərsiniz.
- 20:02 – Səninlə evlənəcək
Sevdiyin inanın səninlə bağlı tək bir xəyalı var oda səninlə evlənmək.
- 21:12 – Hər zaman ağlındasan
Ağlında fikrində ancaq sən varsan. Ancaq səni düşündüyü üçün söylənənləri çox zaman eşitmir. Səndə onu düşündüyünü göstərib onu sevindir.
- 23:32 – Sənə aşiq
Onu özünə aşiq etməyi bacarmısan. Münasibətiniz bele davam etsə evliliklər bitə bilər. Bir biriniz üçün doğru kişi olduğunuzu düşünürsünüz