Qrafik dizayner nədir?

Qrafik dizayner olmaq, qrafik dizayner kimdir?

Qrafik dizayn – müəyyən bir mesajı çatdırmaq üçün nəzərdə tutulan təsəvvür, fikir, ideya və s.-nin 2d və ya 3d görüntü şəklində xüsusi vasitələrlə vizuallaşdırılmasıdır. Həm digital aləmdə, həm də digital olmayan ənənəvi sahələrdə aktuallığını qoruyan qrafik dizayn peşəsi animasiya və filmlər, interyer dizaynı, reklam-marketinq və s. çərçivəsində qarşımıza çıxmaqdadır. Qrafik dizayn müxtəlif grafik dizayn proqramlari ilə gerçəkləşdirilir.

Qrafik dizayner ne demekdir, kimdir? – Qrafik dizayner isə qrafik dizayn üzrə təhsil alıb ixtisaslaşan mütəxəssislərə deyilir. Qrafik dizayn yaradıcılığı özündə böyük ölçüdə əsk etdirən bir peşə sahəsi olduğundan, əslində qrafik dizaynın tarixi keçmiş dövrlərə dayanıb. Zaman keçdikcə yenilikçi yanaşmalardan pay alan qrafik dizayn hal-hazırda digital marketinqin, eləcə də bütün digital sahələrin əsas və parlayan üzüdür.

Qrafik dizayner ixtisası, qrafik dizayn haqqında

Qrafik dizayner vakansiya və qrafik dizayner isi. Qrafik dizaynerlər müxtəlif dizayn xidmətləri, yayım və reklam, marketinq və pr, kreativ direktor kimi karyeralarında ixtisaslaşa bilərlər. İşin tələblərinə və seyrinə uyğun olaraq onlardan video, şəkil çəkilişi və editlənməsi, sosial media paylaşımları üçün vizuallar, animasiyalar, illustrasiyalar və s. fəaliyyət gözləntiləri olur. Qrafik dizayner kimi çalışan insanların əksəriyyətində kreativ reklam agentliklərində, marketinq və ictimaiyyətlə əlaqələr şöbələri, yayım şirkətləri, dizayn üzrə ixtisaslaşan şirkətlərdə əməkdaş olan insanlardır.

Qrafik dizaynerlər – onlar hansı kompüter proqramlarından və platformalardan istifadə edir? 1990-cı illərdən etibarən qrafik dizayn üzrə qrafik dizaynerlərin istifadə etdiyi proqramlar Adobe Inc. Proqramlarıdır. Bunlardan ən məşhuru (demək olar ki, bir çoxunuz adını eşitmisiniz) Adobe Photoshop proqramıdır. Bundan əlavə CorelDraw, Adobe Illustrator kimi proqramlar da kifayət qədər geniş istifadə edilməkdədir.
Həm yeni başlayanlar və həvəskar dizaynerlər, həm də peşəkar qrafik dizaynerlər tərəfindən istifadə olunan GIMP, Krita, Scribus kimi proqramlar da mövcuddur.

GRAPHICS DESIGN1
Qrafik dizayn proqramları
  1. CorelDraw
  2. AdobeDreamweawer
  3. Adobe Photoshop
  4. Adobe InDesign
  5. Adobe Illustrator
  6. Free Hand  və s.

Qrafik dizayn vizuallığı ilə diqqət çəkən və təqdir görən bir ixtisas olduğundan çalışdığınız zaman ən keyfiyyətli və üstünlüyü bol olan vasitə və alətlərdən istifadə etməyiniz məqsədəuyğundur.

Qrafik dizayn dersleri, qrafik dizayn kursu

Qrafik dizayn tələbələri web dizayn, sənət tarixi, rənglər, fotoqrafiya, reklam analizi, illustrasiya texnikaları, 2d və 3d dizayn, vizual ünsiyyət, müəyyən kompüter proqramları və s. sahələr üzərindən təməl və dizaynerlər üçün lazımlı məlumatları çatdıran fənlərdən təhsil alırlar. Qrafik dizayn təhsili – qrafik dizayn derslerinin əsas hissəsi praktika üzərində cəmlənir. Qrafik dizayn tehsili almaq üçün müraciət edən namizədlərdən tələb olunan iki əsas bacarıq bunlardır: şəkil çəkmə bacarığı və dizayn, vizuallıq yanaşmalarının yüksək səviyyədə olması (və ya təhsil almaq üçün kafi olması).

Hal-hazırda dövrün ən çox tələb etdiyi sahələrdən biri olan qrafik dizayn xeyli diqqət çəkdiyindən qrafik dizaynerlərin hətta 0 bazadan formalaşması üçün müxtəlif imkanlar açılmışdır. Ölkədə qrafik dizaynerlər yetişdirən onlarla ixtisaslaşmış və sertifikatları ilə seçilən kurs mərkəzləri var. Qrafik dizayn tehsili almaq isteyib bu arzusunu reallaşdıra bilməmiş çox insan heç bir yaş məhdudiyyəti olmadan qrafik dizayn kurslarına müraciət edə bilir. Bir neçə ay ərzində artıq onlar şirkət və kreativ agentliklərdə mütəxəssis səviyyəsində çalışa biləcək qrafik dizaynerler kimi yetişirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button