Mübariz İbrahimov kimdir? Mübariz İbrahimov haqqında

Mübariz İbrahimov kimdir? Bu sualın cavabını sözsüzki Azərbaycanda böyükdən balacaya hər kəs bilir. Bu qəhrəman Azərbaycan oğlunu hərkəs tanıyır,sevir.

Mübariz İbrahimov Azərbaycanın Milli Qəhramanı həmçinin fəxri,hər kəsə örnəyi, qürur yeridir. 

Mübariz İbrahimov 7 fevral 1988 ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994 cü ildə M. Priyev adına Əliabad kənd orta məktəbinin 1ci sinifinə daxil olmuşdur. 2005 ci ildə təhsilini başa vurub hərbi xidmətə getmişdir. 


Mübariz hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bürosunda keçirib. 2007 ci ildə çavuş rütbəsində hərbi xidmətini bitirib. Hərbi xidməti bitirdikdən sonra bir müddət mülki işlərdə işlədikdən sonra yenidən hərbi xidmətə başlayıb. 2009 cu ildə gizir rütbəsində hərbidə işləməyə başlayır. Bir müddətdən sonra isə öz istəti ilə cəbhə bölgəsindəki hərbi xidmətə vəzifəsini davam etdirir. 

Mübariz İbrahimovun Şəxsi həyatı

Mübariz hələ məktəb illərindən idmanla məşğul idi. Boksla məşğul olmağı daha çox sevirdi. Mübariz hərbidə işlədiyi illərdə də namaz qılmağa davam etmişdi. Cəbhə yoldaşının dediyinə görə də onun ən böyük arzusu səngərdə namaz qılanların çox olması idi.

Mübariz dinə, Allaha, vətənə bağlı biri idi. Ona görə də özünə adi ölümü deyil yalnız ” şəhidliyi” layiq bildi. 

Vətən həsrəti, torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olması Mubarizi həmişə sıxırdı,incidirdi. Ürəyi intiqam hissi ilə döyünürdü. Elə buna görə də hərbi xidmətini cəbhə bölgəsində davam etdirmək istəyirdi. 

Mübarizin xidmət etdiyi hərbi hissənin qarşısı öz torpaqlarımız olsa da ermənilərin işğalı altında idi. Qarşıda erməni postu yerləşirdi. Mübariz bununla barışmaq istəmirdi. Cəbhə yoldaşları Mubariz İbrahimov haqqında danışarkən onun həmişə qarşı tərəfə – erməni hərbi hissəsinin yerləşdiyi əraziyə baxarkən nə qədər acı çəkdiyini, narahat olduğunu deyirdilər. Hər zaman o torpaqları ürək yanğısı ilə izləyirdi. Və artıq bir gün dözə bilmədi….

2010 cu il 19 iyun tarixində gecə saat 23:30 radələrində heçkimə xəbər vermədən arxasında ” Şəhid olsam narahat olmayın. Vətən sağ olsun” yazaraq bir məktub buraxıb, hərbi hissəni tərk edib düşmən tərəfə keçir. 

 Mubariz İbrahimov iki dövlət arasındakı minalanmış bir km ərazini keçərək erməni hərbi hissəsinə basqın edir. İlk həmləsində düşmənə uğurlu hücumlar edir. 45 erməni əsgər və zabitini öldürür. Sonra isə düşmənin öz silahını özünə qarşı istifadə edərək 5 saat düşmənlə təkbaşına döyüşür və səhərə yaxın şəhid olur. Öz arzusuna çatır.Mübariz tək başına erməni əsgərlərini necə qorxutmuşdusa ermənilər onun cansız bədənindən də qorxurdular. Meyidində əl-qolunu bağlamışdılar. 

Amma təəssüf ki Mübarizin nəşini ermənilərdən almaq biraz çətin və uzun oldu. 2010 cu il noyabrin 6-da Mubariz İbrahimovun nəşi vətənə gətirilir və noyabr ayının 7-də şəhidlə vida mərasimi keçirildikdən sonra II Fəxri Xiyabanda dəfn edilir. Şəhidlə vida mərasiminda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edir və nitq söyləyir. 

Ölümündən sonra 2010 cu ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan Milli Qəhramanı adına layiq görülür. 

Mübariz İbrahimov həmçinin 2010 cu ildə – Azərbaycanda İlin adamı mükafatına,” Qızıl Ulduz” medalına, ” Vətən Övladı” qızıl ördeninə layiq görülür. 

Mübariz İbrahimovun xatirəsinə anadan olduğu Biləsuvar şəhərində və 2016 cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılır. 

Sumqayıtda küçələrdən birinə 2016 cı ildə Milli Qəhraman Mübariz İbrahimovun adı verilir. 

2011 ci ildə “Palmali” şirkəti hazırladığı gəmilərdən birini qəhramanın şərəfinə Mübariz İbrahimov adlandırır. 

Həmçinin doğulduğu Biləsuvar şəhərində yerləşən lisey-məktəb kompleksi və küçə də onun adını daşıyır. 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin 2008 ci ildə istehsal etdiyi ” İstiqlal” snayper tüfəngləri ailəsinə mənsub olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “ Mübariz” adlandırılıb. 

2014 cü ildə Kanadanın Ottova şəhərindəki Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mubariz İbrahimov adına xatirə lövhəsi vurulur. 

Mübarizin xatirəsini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün də Mubariz İbrahimov haqqında film çəkilir, əsərlər, romanlar yazılır. 

Rejissor Etibar Məmmədov 2010 cu ildə Mübariz İbrahimovun xatirəsinə ” Müqəddəs Zirvə” adlı film çəkilir. 

2013 cü ildə Türkiyənin TRT1 kanalında nümayiş olunan  ” Sakarya Fırat”  serialında Mübariz İbrahimovun qəhrəmanlığı geniş yer alıb. 

Həmçinin 2014 cü ildə də TRT1 kanalında nümayiş olunan  “Qızıl Alma” serialında Mübarizin qəhrəmanlığına geniş yer ayrılıb. 

Şükürlər olsun ki Mübarizin arzusu artıq getdikcə reallaşır. İşğalda olan torpaqlarımız azad edilir. 2020-ci ilin oktyabr ayında Mübariz İbrahimovun şəhid olduğu ərazi erməni işğalından azad olur. Mübarizin tək başına döyüşüb şəhid olduğu hərbi hissəyə, o ərazilərə Azərbaycan bayrağı sancılıb. Artıq Mübarizin ruhu şaddır deyə bilərik. 

Cəbhə yoldaşının da dediyi kimi Mübarizin həmişə ürək ağrısı ilə baxdığı torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button