Məsləhətli göz həkimi axtaranlar üçün – Oftalmoloq Günay Əliyeva
Azərbaycanın oftalmologiya sahəsində aparıcı mütəxəssislərindən biri olan Günay Əliyeva, göz xəstəliklərinin müalicəsində peşəkarlığı ilə tanınır. Miopiya və Lazer Mərkəzinin rəhbəri kimi, o, pasiyentlərə miopiya, katarakta, eskimer lazer, çəpgözlük və blefaroplastika üzrə mükəmməl tibbi xidmətlər təqdim edir. Günay Əliyeva , oftalmologiya sahəsindəki geniş təcrübəsi və dərin biliyi ilə həm yerli, həm də beynəlxalq səviyyədə böyük nüfuza malikdir.
Onun rəhbərlik etdiyi Miopiya və Lazer Mərkəzi, oftalmologiya sahəsində müasir texnologiyaların tətbiqi və ən son tibbi metodların istifadəsi ilə seçilir. Günay Əliyevanın miopiya kontrolu və eskimer lazer sahəsindəki uğurlu nəticələri, pasiyentlərin göz sağlamlığını bərpa etməkdə mühüm rol oynayır. Katarakta və blefaroplastika əməliyyatlarında əldə etdiyi nəticələr isə onun peşəkarlığını bir daha təsdiqləyir. Günay Əliyeva, həmçinin diabet xəstələri üçün xüsusi göz sağlamlığı xidmətləri təqdim edir və bu sahədəki təcrübəsi ilə fərqlənir.
Günay Əliyeva, təkcə tibbi xidmətləri ilə deyil, həm də oftalmologiya sahəsində beynəlxalq tədbirlərin təşkilatçısı kimi də tanınır. O, Azərbaycanda və xaricdə keçirilən konfrans və tədbirlərin təşkilində fəal iştirak edir. Bu tədbirlər çərçivəsində həm yerli, həm də xarici oftalmoloqların iştirakı təmin edilir. Günay Əliyeva, Azərbaycanda ilk dəfə canlı cərrahiyyə tədbirlərinin təşəbbüskarı kimi də adını tarixə yazdırmışdır. Bu tədbirlərdə o, gözün anatomiyası, üst və alt blefaroplastika əməliyyatlarının texnikaları üzrə həmkarlarına təlim keçmiş, əməliyyatxanada canlı əməliyyatlar icra etmişdir.
Günay Əliyevanın fəaliyyəti, oftalmologiya sahəsində bilik və təcrübə mübadiləsini təşviq etməklə yanaşı, ölkəmizdə bu sahənin inkişafına da böyük töhfə vermişdir. Onun rəhbərliyi altında Miopiya və Lazer Mərkəzi, oftalmologiya sahəsində yeni bir səhifə açaraq, pasiyentlərin göz sağlamlığına qayğı göstərməkdə öz sözünü demişdir.