Menecer nedir, kimdir, nəçidir?
Mencer nedir, kimdir, nəçidir başlığını yazmaqda məqsəd bəzən sualların belə verilməsidir? Ardı ilə isə nə edir ki? sualı ilə qarşılaşa bilərsiniz 🙂
Menecer (ingiliscə “manager”, “manage” – idarəetmə) – muzdlu idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir. Bu şəxslər şirkət və layihələr üzərində idarəetməni və dəyişiklikləri yerinə yetirə bilənlərdir. Onlar adətən işcilər üzərində yol göstərən və qərar verən şəxs olur.
Henri Fayola (fransız nəzəriyyəçi) görə idarəçilərin etməli olduğu şeylər bunlardır:
- Planlaşdırma
- Təşkiletmə
- Aparıcı
- Kordinasiya
- Nəzarət
Menecer bir çox hallarda bir qrup inasnın işinə nəzarət və rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Menecer eyni zamanda iş adamlarının və digər qaynaqların ən yaxşı işini təmin edən iş sistemlərini, prosedurlarını və siyasətlərini planlaşdırma və saxlamaq məsuliyyətindədir.