
İran pul vahidi
İran haqqında
İran – İran İslam Respublikası Qərbi Asiyada, ölkəmizdən cənub-qərbdə yerləşir. Paytaxtı Tehran şəhəridir. İran zəngin mədəni irsə sahib olan ölkələrdən hesab olunur, hətta bu ölkəyə aid olan bir sıra (22) mədəniyyət nümunələri UNESCO-nun Ümumdünya İrsi siyahısında daxil olub.
Mürəkkəb tarixi hadisələrə ev sahibliyi etmiş olan İranda vaxtilə istifadə olunmuş və hal-hazırda istifadə edilən pul vahidləri haqqında məlumat verək.

İran pul vahidi
XVII əsrdən İranda rəsmi pul vahidi kimi “tümən”dən istifadə olunub. (1 tümən=10000 dinar). 1932-ci ildə yenidən pul islahatı keçirildikdən sonra tümən pul vahidi “rial” ilə əvəz olunub. 2020-ci ilə qədər rial kimi tanınan rəsmi pul vahidi, əslində xalq arasında tümən kimi tanınmağa davam etmişdir.
İranda hansı puldan istifadə olunur?
4 may 2020-ci il tarixindən sonra isə İran İslam Respublikasında rəsmi pul vahidi yenidən tümən adlandırılmağa başlayıb (1 tümən=10,000 real). Qeyd edək ki, tümən sözünün kökü “on minlik” mənasını verməkdədir.
Həmçinin bax: https://devdoping.az/fransa-pul-vahidi/