İlk avtomobilin yaranma tarixi
İlk avtomobil
Müasir dünyamızı avtomobillər olmadan təsəvvür etmək olduqca çətindir. Avtomobil məsafələrin əngəl olduğu şeyləri əldə etməyimiz, istədiyimiz ünvana tez zamanda çatmağımız, yükdaşıma üçün əlverişli şərait yaratdığı üçün, həmçinin piyada gəzərkən xeyli çətinlik yaşayan xəstə və yaşlı insanların rahat şəkildə yol qət etmələrinə kömək etdiyi üçün yəqin ki, dünyada mövcud olan çox mühüm bir ixtiradır. Əlbəttə ki, avtomobili ilk dəfə kimin ixtira etdiyini və avtomobilin ilk dəfə necə ortaya çıxdığını araşdırıb öyrənmək çoxumuz üçün maraqlı olardı.
İlk avtomobil necə yarandı?
İlk avtomobolin yaranma tarixi – bu məsələ bizi çox illər əvvələ aparacaq. Əslində, ilk avtomobilin ərsəyə gəlməsi buxarlı motor gücünün kəşf olunması ilə bağlıdır. Buradan belə nəticəyə gələ bilərik ki, ilk maşınlar buxar maşınları hesab oluna bilər. Belə ki, XVIII əsrdə (bu dövrdə müxtəlif cihazlar düzəldilir və avtomatlaşma marağı yayılmağa başlayırdı) öz-özünə hərəkət edə bilən bir maşının olması fikri insanları düşündürmüşdür. Özündən əvvəlki alimlərin fikirlərini təqib edən fransız ixtiraçısı Nikola Jozef Künyo buxarla işləyən ilk avtomobili ixtira etmişdir.(1769)
1875-ci ildə isə həmin sistemlə çalışan avtomobillə 18 saata məsafə qət edən (Paris-Le Manş) Amadey Bolle tarixə düşdü. Bütün bu hadisələr avtomobil sənayesinin formalaşmasına və avtomobillərə yeni baxış bucağı qazandıran, bu ilk avtomobillərin inkişafına səbəb olan yeniliklərin ortaya çıxmasına səbəb oldu. 1886-cı ildə avtomobillərin şöhrət qazanmasına səbəb olan yeni bir hadisə ortaya çıxdı. Alman mühəndisi Daymler ilk daxiliyanma mühərrikli avtomobilin ixtiraçısı kimi özünü təqdim etdi.
İlk avtomobili kim ixtira edib?
Yuxarıda yazılanlardan belə nəticəyə gələ bilərik ki, “ İlk avtomobili kim ixtira edib? “ sualının cavabı tək bir şəxs deyil. Bir neçə şəxs də deyil. Çünki müasir avtomobillər, yəni maşınlar yalnız bir fərdin düşüncəsi və cəhdləri ilə deyil, illər keçdikcə bir və bir neçə alimin yenilikçi düşüncələri sayəsində təkmilləşib və bu gün hətta bir yox, bir neçə maşına sahib olmaq, demək olar ki, əksəriyyətin arzusudur.
Gəlin görək, bugünkü maşınlarının ilk ən sadə forması necə ortaya çıxdı və bu ixtiranın əsas səbəbkarı kim kimi tanınır?
Maşınların – nəqliyyat vasitəsi kimi istifadə olunan maşınların əsas ixtiraçısı Karl Benz hesab olunur. Bu maşın benzinlə hərəkət edən (benzinlə işləyən ilk avtomobil) bir maşın olmuşdur.
Çoxumuz ilk maşının adının “Mercedes” olaraq tanındığını bilirik. Bu, Alman milyonçusu Eminel qızı Mersedesin şərəfinə yeni “özü yeriyən” – maşın sifariş verməsi hadisəsi ilə əlaqəlidir.
Maşınlar – avtomobillərin əhəmiyyəti
Avtomobil ilk yarandığı dövrdən ilk əvvəllər yüklərin daşınmasında, yəni ticarət məqsədilə xüsusi rol sahibi olmuşdur. Zaman keçdikcə və avtomobillərin quruluşu inkişaf etdikcə sərnişin daşımaq üçün əlverişli olan avtomobillər – maşınlar hazırlandı. İndi nəqliyyat vasitəsi kimi hamımızın işinə yarayan maşınlar dünyada ən önəmli ixtiralardan biri kimi, əlbəttə ki, təqdirə layiqdir. Maşın ehtiyat hissələri isə iqtisadiyyatda ən çox satılan və tələb onunan şeylərdəndir. Keyfiyyətli maşın ehtiyat hissələri soloavto azərbaycanda satılır.
Düşünün, indi elektrik enerjisi ilə işləyən maşınlar, hətta sürücüsüz idarə olunan, öz-özünə hərəkət edən maşınlar belə mövcuddur. Gələcəkdə hamımızı heyran qoyan və çox mükəmməl texnikaya malik maşınlar da istehsal olunacaq.
Avtomobilin keçdiyi inkişaf yolu, həqiqətən, valehedicidir.