IELTS olmadan xaricdə təhsil almaq olarmı?
Tez-tez tələbələrdə “İngilis dilini IELTS olmadan da bilmək olarmı?” sualı maraq doğurur. Təbii ki, IELTS sertifikatını əldə etməyən çoxlu sayda insanlar ingilis dilində səlis danışır. Bu o deməkdir ki, sertifikat hər şey demək deyil. Məsələ ondadır ki, universitetlərin əksəriyyəti IELTS/TOEFL və ya digər beynəlxalq sertifikatları öz işlərini yüngülləşdirmək və özlərini sığortalamaq üçün tələb edirlər. Yüngülləşdirmək ona görə ki, universitet əlavə zaman itirib, hər bir müraciət edən tələbəni onlayn qaydada müsahibə etmək istəmir.
Sertifikatın olmamasının mənfi tərəfləri
IELTS/TOEFL sertifikatının olmamasının mənfi cəhətlərini aşağıda qeyd etmişik:
• universitetlərin seçim sayına ciddi şəkildə mənfi təsir göstərir. Yəni, sertifikatınız olarsa bu zaman seçim imkanlarınız genişlənir. Eyni zamanda unutmamaq lazımdır ki, IELTS/TOEFL balı da həlledici təsirə malikdir. Məsələn, Avropada magistratura təhsili üçün adətən IELTS 6.0+ tələb olunur.
• təqaüd imkanlarına da öz neqativ təsirini göstərir. Müəyyən təqaüd proqramları sertifikat tələb edir və ya təqaüd proqramı universitetin nüfuzunu da nəzərə alır. Nüfuzlu universitetlərin əksəriyyəti üçün isə sertifikatlı olmaq vacibdir.
• sertifikatın olmaması tələbəni daha çox təhsil haqqı ödəmək məcburiyyəti yaradır. Məsələn, Polşada IELTS 6.0 ilə İqtisadiyyat sahəsində 2,000-2,500 avro (illik təhsil haqqı) ödəməklə yaxşı bir universitetdə oxumaq mümkündür. Amma sertifikatın yoxluğu bu kimi imkanları da əldən almış olur.
IELTS sertifikatı olmadan təhsil almağın 4 yolu
Hansı variantlarla sertifikat olmadan xaricdə təhsil almaq olar?
İlk variant əvvəlki təhsilin tamamilə ingiliscə olması ilə bağlıdır. Yəni, bakalavr üçün məktəbi, magistratura üçün isə bakalavriatı ingiliscə bitirmək şərtdir. Belə olan halda tələbə olmaq istəyən şəxs məktəb və ya universitetdən təhsilin tamamən ingiliscə olması ilə bağlı arayış alır və dil biliyini göstərən sertifikat əvəzi həmin arayışı universitetə təqdim edir.
Müraciət edən şəxsin ingilis dil biliyi ən azı B2 səviyyəsində (yəni, IELTS 5.5) olmalıdır. Bu zaman həmin tələbə universitetin qəbul komandası ilə onlayn müsahibəyə dəvət alır. Onlayn müsahibədən uğurla keçən namizəd daha sonra müraciət etdiyi ixtisas üzrə qəbul sənədini əldə edir.
Üçüncü variant isə universitetin tələbə olmaq istəyən şəxsə şərti qəbul verməsi ilə baş tutur. Bu halda, müraciət edən tələbə universitetə şərti qəbul alır və vizasını aldıqdan sonra həmin universitetin “yerləşdirmə imtahanı”-da (yəni placement test) iştirak edir. Uğurlu nəticə əldə edə bilsə, bu zaman təhsil ala bilər.
Əgər müraciət edən şəxs, nə onlayn müsahibə, nə də universitetin özündə keçiriləcək imtahanda uğurlu olursa, bu zaman 1 semestr və ya 1 illik hazırlıq kursuna yazılmalı olur. Bu hazırlıq kursu bitdikdən sonra isə, tələbə imtahan verir və öz dərəcəsinə uyğun (bakalavr və ya magistratura) tələb olunan dil biliyini göstərə bilirsə, ondan sonra dərslərə başlaya bilər.
IELTS sertifikatı olmadan xaricdə yaxşı təhsil almaq mümkündür?
Bu sual tələbələri çox narahat edir. Bəli, mümkündür. Məsələn Litvanın “Vytautas Magnus Universiteti”ni deyə bilərik. Universitet Şərqi Avropa və Mərkəzi Asiya reytinqində 200 universitet içərisində 61-ci yerdədir. Bu universitetə həm onlayn müsahibə, həm yerləşdirmə (placement) testi, həm də 1 semestr və ya 1 illik hazırlıq kursu ilə qəbul olmaq olar.
Şəffaflıq xatirinə bir neçə universitet qeyd edə bilərəm ki, təhsili keyfiyyətlidir və IELTS/TOEFL olmadan və ya ingilis dili hazırlığı keçməklə qəbul almaq mümkündür:
İELTS olmadan xaricdə təhsil ala biləcəyiniz 20 universitet hansılardır?
1. New Orleans Universiteti
1958 -ci ildə qurulan New Orleans Universiteti, ABŞ -ın Luiziana əyalətində yerləşən çox mədəniyyətli bir ictimai təhsil müəssisəsidir. Universitet, müəyyən ölkələrdən orta təhsili və ya diplomu olan əcnəbi tələbələrdən IELTS və ya TOEFL olmadan şərti qəbul təmin edir.
2. Arkanzas universiteti
Amerika Birləşmiş Ştatlarında bir ictimai araşdırma universiteti olan Arkansas Universiteti, müraciət edən beynəlxalq tələbələrin IELTS və ya TOEFL test nəticələrini təqdim etmələrini tələb etmir. Bunun əvəzinə İntensiv İngilis Dili Proqramına (IELP) yazıla bilərsiniz. Amerikanın bir çox universitetində tapa biləcəyiniz İntensiv İngilis Dili Proqramı, 1978-ci ildən bəri İngilis dili bilik tələblərinə cavab verməyən tələbələr üçün il ərzində 8 həftəlik dövrlər olaraq təhsil təklif edir.
3. Warwick universiteti
Dünyanın ən yaxşı təhsil müəssisələri arasında yer alan Warwick Universiteti, İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları olan tələbələr üçün IELTS tələb etməyən universitetlər arasındadır.
4. Azad Berlin Universiteti
IELTS və ya TOEFL olmadan daxil ola biləcəyiniz başqa bir universitet Azad Berlin Universitetidir.
5.Kalarado universiteti
1876 -cı ildə qurulan Amerikanın ən qədim ictimai araşdırma institutlarından biri olan Kolorado Universiteti, ana dili ingilis dili olmayan və ya IELTS və ya TOEFL olmadan İngilis dili bilik standartına cavab verməyən tələbələri qəbul edir.
6. Kaliforniya Dövlət Universiteti
Kaliforniya Dövlət Universiteti, 23 korpusu olan Amerikanın ən böyük dövlət universitet sistemlərindən biridir. Universitetə müraciət etmək üçün tələbələr ən azı 3 il ingilis dilinin tədris edildiyi bir məktəbdə təhsil almış olmalıdırlar.
7. Freiburg Universiteti
1457 -ci ildə qurulan Almaniyanın ən qədim təhsil müəssisələrindən biri olan Freiburg Universiteti tələbələrdən IELTS və TOEFL tələb etmir. Bunun əvəzinə, əvvəlki qurumunuzdan olan MOI (Təhsil Dili Sertifikatı) etibarlı sayılır.
8. Viskonsin Universiteti
1848 -ci ildə qurulan Amerikanın ən yaxşı məktəblərindən biri olan Viskonsin Universitetinin 13 korpusu var. Burada imtahansız təhsil almaq istəyirsinizsə, Viskonsin sizdən tədris dili İngilis dili olan bir universitetin bakalavr dərəcəsini tələb edəcək.
9. Sheffield Hallam Universiteti
İngiltərədəki IELTS tələb etməyən universitetlərdən biri olan Sheffield Hallam, son beş ildə ingilis dilində təhsil alan və ya dərəcəsi ingiliscə öyrədilən dərəcəyə sahib tələbələr üçün IELTS və TOEFL tələb etmir.
10. Corciya Dövlət Universiteti
1913-cü ildə ABŞ-da qurulan bir ictimai araşdırma təşkilatı olan Corciya Dövlət Universiteti, ingilis dilində məktəblərdə təhsil alan tələbələr üçün dil şərti tələb etmir.
İELTS olmadan tələbə qəbul edən digər universitetlər də var. Onlar aşağıdakılardır:
- Bristol Universiteti
- Winnipeg Universiteti
- Carleton Universiteti
- Adelaide Universiteti
- İnholland Tətbiqi Elmlər İnustutu
- Cənubi Avstraliya Universiteti
- Oslo Universiteti
- Beliz Universiteti
- Swinburne Texnologiya Universiteti
- Dehli Universiteti