Fransız dili öyrənməyin yolları
Dil öyrənmək elədə asan deyil. Amma yeni bir dil öyrənmək hamı üçün maraqlıdır. Bu gün ingilis və rus dilləri kimi fransız dili öyrənməyədə maraq çoxdur. Fransız dili öyrənməyin çətin tərəfləri olsa da amma əsasən fransız dili öyrənilməsi asand dildir.
Fransız dili oyrenmeyin əsas yollari
Fransız dili sevginin dilidir deyirlər adətən. Ümumiyyətlə hər hansı bir dili öyrənmək üçün dilə aşiq olmaq lazımdır.
Çalışın ətrafınızda fransız dilində yaşayan insanlar olsun. Oxumaqdan daha çox praktika faydalı olur.
Telefonunuzu fransız dilinə çevirin. Dil ayarlarını Fransızca olaraq dəyişdirin. Həmçinin bunu komputerinizdə də edə bilərsiniz.
Fransız kanallarını və ya fransız filmlərini izləyin. Öyrənməyi asand eləmək üçün film-də alt yazıları açın. Fransız dilində kitab və məqalələr oxuyun.Fransızca radioları və ya podcastları dinləyin.Fransız dilində mahnılara qulaq asaraq franaız dilini daha tez öyrənə bilərsiniz.
Fransız dilində danışmaq üçün qeyd dəftəri tutun. Həyatınızla əlaqəli ifadə və cümlələrə diqqət edin. Fransızca danışıq kitabçası yaradın. Burada qeyd etdiyiniz ifadələr sizinlə əlaqəlidir.
Bu dili öyrənməyin ən yaxşı yolu ilk gündən etibarən danışmaqdır. Bu xüsusilədə ana dili fransız dili olanlarla danışarkən keçərlidir. Ətrafınızda fransız yoxdusa bunu proqramlarla və ya virtual edə bilərsiniz.
Onlayın resurslardan istifadə edin.Kurslara yazılıb təcrübəli müəllimlərdən kömək ala bilərsiniz.
Telefonunuza dil öyrənmək üçün proqramlar yükləyə bilərsiniz. Məsələn Duolingo, Hello talk, Italki və s.
Fransız dili öyrənmək başqa dildən ya asand ya da çətin deyil. Ancaq yalnız Fransız dilinin çətin tərəflərinə yönəlsəniz, öyrəndiklərinizi tez unuda bilərsiniz.
Nə üçün fransız dili öyrənməliyik?
Fransız dili 25-dən çox ölkədə rəsmi dildir və dünyanın bir çox bölgəsində sürətli yayılmışdır.
Fransız ədəbiyyatı klassiklərini öyrənmək üçün ( Viktor Hüqo, Emil Zola, Alexander Dümas).
Fransız dilini öyrənmək üçün öz şəxsi səbəbinizi yaradıb, dil öyrəndiyiniz müddətdə özünüzə motivasiya yarada bilərsiniz.
Fransız dili asandır çünki..
Rus dilindən fərqli olaraq heç bir ittiham yoxdur( namizəd, günahlandırıcı). Bir çox Asiya və Afrika dilindən fərqli olaraq ton dili deyildir. Tarixən əlaqəli, yaxın olduqlarına görə İngilis dili ilə bir çox sözü paylaşır.Latın əlifbası istifadə edir.
Fransız dilini öyrənərkən bu reallıqları xatırlayın. Bu zaman dilin daha sərt tərəfləri anidən o qədər də çətin görünməyəcək.