Ərizə. Ərizə formaları (2023) ✅

Ərizə nədir? – Ərizə bir şəxs və ya birliyin düşüncələrini, şikayətlərini və yaxud müəyyən bir mövzuda olan istəklərini səlahiyyətli orqanlara – daha çox rəsmi orqanlara göndərilməsini təmin edən yazıdır. 

Ərizə necə yazılmalıdır? Hansı tələblər olmalıdır? 

  • Başlıqda ərizənin kimə və kimdən olması dəqiq yazılmalıdır. 
  • Məzmun qısa, faktlar isə dəqiq olmalıdır. 
  • Ərizə ərizəçinin özünün xətti ilə olmalıdır. 
  • Ərizə sonunda gün, ay, il və ərizə yazanın şəxsi imzası olmalıdır. 

Ərizə yazmaq qaydası:

  • Kağızın əvvəlində absazdan böyük hərflə təşkilatın və kimə müraciət olunursa onun vəzifəsi, adı, atasının adı, və soyadı qeyd olunur. 
  • Sətrin ½ hissəsində sağ hissədə ərizə yazanın adı, soyadı və ata adı göstərilir. 
  • Kağızın orta hissəsində böyük hərflə ” Ərizə” sözü qeyd olunmalıdır. 
  • Yeni sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizə yazanın fikri şərh olunur. 
  • Sonda imza qoyulmalı və onun yazılma tarixi göstərilməlidir. 

Erize formalari aşağıdakılar kimidir

erize formasi, erize formalari
(Sadə erize formasi)

Boşanmaq üçün ərizə forması

Aşağıda göstərilən boşanma ərizəsi nümunələridir. Bunu həm şəkilə uyğun olaraq baxıb hazırlaya bilər, həm də aşağıdakı word faylını yükləyərək düzəlişlər edə bilərsiniz.

bosanmaq erizesi, bosanmaq haqqinda erize, bosanmaq erizeleri
bosanmaq erizesi, bosanmaq haqqinda erize, bosanmaq erizeleri
bosanmaq erizesi, bosanmaq haqqinda erize, bosanmaq erizeleri

İşə qəbul ərizə forması

is erizesi, ise qebul erize formasi,
( İşə qəbul üçün ərizə nümunəsi)

Elektron ərizə necə doldurulur? 

Elektron ərizə iki hissədən ibarətdir :

1.”İstifadəçi hesabının yaradılması”  və “Elektron ərizənin doldurulması” 

2. Qeydiyyatdan zamanı istifadə etdiyiniz şifrə 8 işarədən çox olmamalıdır. 

3. Qeydiyyat zamanı daxil etdiyiniz email ünvanı daim istifadə etdiyiniz email olmalıdır. Əks halda hesabınızı aktivləşdirərək elektron ərizəni doldurmaq mümkün olmayacaq. 

4. İstifadəçi hesabını yaratmaq üçün “Qeydiyyat” düyməsi vasitəsilə müvafiq linkə keçid edərək lazım olan məlumatları daxil edin

5.Eyni şəxsiyyət vəsiqəsi email ünvanl ilə yalnız bir dəfə qeydiyyat keçmək olar. 

6.İstifadəçi hesabını daxil etdiyiniz email ünvanına göndərilmiş keçid vasitəsilə aktivləşdirməlisiniz. 

7.Elektron ərizədə müvafiq məlumat bazaları vasitəsilə daxil edilmiş məlumatların doğruluğunu yoxlamalı və müvafiq boş xanaları doldurmalısınız. 

8.Elektron ərizədə “Düzəlişləri yadda saxla” və “Göndər” düymələri var. Düzəlişləri yadda saxla  funksiyasından istifadə edərək elektron ərizənizə təkrar daxil ola və redaktə edə bilərsiniz. Ancaq hələ bu ərizələr tamamlanmış hesab olunmur. 

9.Elektron ərizəni tamamlamaq üçün “Göndər” düyməsindən istifadə etməlisiniz. Tamamlanmış ərizəni redaktə eləmək olmur. Yalnız tamamlanmış ərizəyə baxılır

10. Tamamlanmış elektron ərizələr yoxlanışdan sonra düzəliş üçün geri göndərilə, təsdiqlənə və ya ləğv oluna bilər. Hər bir mərhələ barəsində daxil etdiyiniz email ünvanına müvafiq bildiriş göndəriləcəkdir. 

11.Geri göndərilən elektron ərizədə lazım olan düzəlişləri etmək üçün ərizədə “Redaktə” düyməsini sıxmalısınız. Ərizəni redaktə etdikdən sonra təkrar “Göndər” düyməsinə sıxın. 
12.İstifadəçi hesabını yaradarkən və elektron ərizəni dolduran zaman daxil etdiyiniz məlumatların doğruluğundan əmin olun.

4 rəylər

  1. Salam zəhmət olmasa,mənə perevod olunmuş tələbənin təhsil haqqının transfer olunduğu inistuta köçürülməsi barədə Ərizə forması ( nümunə ) göndərə siz.
    Təşəkkür edirəm

  2. Salam,mənə zəhmət olmasa qeydiyyata salmaq üçün izacə ərizə formasını göndərərdiz

  3. Salam,zəhmət olmasa mənə daşınmaz əmlaka qeydiyyata icazə verirəm ərizəsinin formasını göndərərdiz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button