Daxili kredit nədir?

Daxili kredit şirkətlərin öz maliyyə resursları hesabına müştərilərinə təqdim etdiyi imkandır. Bəzi hallarda bu məsələ həmçinin BOKT(Bankı olmayan kredit təşkilatı) vasitəsilə də həyata keçirilir.

Bu növ kreditlər əsasən böyük istiqamətlərdən Elektronika və Tikinti sektorunda təqdim olunur. Bəzən isə kiçik ticarət obyektlərində də onunla qarşılaşmaq mümkündür.


Elektronika (bəzən qab-qacaq, geyim mağazalarında) daxili kredit tək şəxsiyyət vəsiqəsi vasitəsilə təqdim edilir. Bəzi ticarət obyektləri riskə gedərək hətta işsiz şəxslərə və ya rəsmi iş yeri olmayan şəxslərə daxili kredit verir.

Daxili kreditin üstün cəhətlərindən biri o dur ki, iş stajı yüksək olmadan belə adətən əksər şirkətlər məhsulları bu şərtlə əldə etməyə imkan yaradır. Son illər isə artıq qanunvericiliyin tələbinə əsasən böyük şirkətlər müştərinin şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə  “MKR”də (Mərkəzi Kredit Reyestri) onun icazəsi ilə kredit tarixçəsi ilə tanış olurlar.

Həmçinin müştəri mağazanın öz kredit şərtlərilə əldə etdikdə ondan zamin olaraq 3-5 nəfərin əlaqə nömrəsi istənilir. Zamin duracaq şəxslər isə ailə üzvləri, qohumlar və ən yaxın dostlar hesab olunur.

İlk alış zamanı isə adətən bu zamin şəxslərin 1-2 si ilə kredit mütəxəssisi əlaqə saxlayaraq məlumatları dəqiqləşdirir.

Daxili kredit bu cəhətdən rahatlıq yaratsa da, mağazalarda uzun növbələrdə gözləmək məcburiyyəti yaradaraq vaxt itkisinə gətirib çıxarır.

Böyük üstünlüklərindən biri isə banklardan taksit kartı əldə edə bilməyən alıcıların bu yolla istədiyi məhsulları rahat ala bilməkləri üçün əlçatanlıq yaradır.


Bundan əlavə iaşə obyektindən asılı olaraq elə hallar olur ki, daxili kredit vasitəsilə alış-verişdə faiz (komissiya) taksit kartı ilə ödənişdən daha az və ya daha çox gəlir.

Bəs mənzil alışında daxili kreditin üstünlükləri nədədir?

Gəlin öncə “daxili kreditdən kimlər faydalana bilər?” sualına cavab tapaq.


İpotekadan istifadə etmək niyyətində olmayan və ya almaq üçün şanslara cavab verməyən hər bir mənzil alıcısı bu xidmətin istifadəçisi ola bilər.

Bu növ alış-veriş etmək istəyən müştərilərə aid əsasən aylıq ödənişləri rahat şəkildə ödəmək imkanına malik olan yüksək gəlirli şəxsləri, digər əmlakını satışa çıxarıb alış müddətini təxirə salmaq istəməyənləri, biznesindən pul çıxarmaqdansa belə üsulu daha üstün hesab edən sahibkarları göstərmək olar. 

Adətən, daxili kreditlə mənzilləri inşaatın ilkin mərhələlərində almaq daha çox sərf edir.

Bilirik ki, bina istismara verildikdən sonra qiymət bir kvadrat metrə görə 30%-dək arta bilər. Həm də mərtəbələr yüksəldikcə yaxşı mənzil çeşidi də azalır.



Daxili kreditin faizli və faizsiz şərtləri

Bazırda tikintisi davam edən binalarda mənzillərin faizsiz kreditlə təklif edilməsi ilə bərabər, mərhələlər üzrə bir kvm-ə görə qiymətlərin artması şirkətlərin müvafiq faizləri kompensasiya etdiyini göstərir. Bu o deməkdir ki, adı faizsiz daxili kredit olsa da, əksər hallarda faizlər qiymətlərdə nəzərə alınır. Əsl faizsiz olanlar isə artıq hazır binalarda 3 və ya 6 ay müddətinə verilən daxili kreditlərdir.

Bu onu göstərir ki, daxili kreditlə mənzil almaq üçün ən yaxşı vaxt – bünövrənin tökülməsi dövrü, yəni ən ilkin mərhələdir. Bu şirkətlərin ən çox pul xərclədiyi, lazımlı satış tempini təmin etməli və layihəyə rəqabət üstünlüyü qazandırmalı olduqları zaman kəsiyidir. 

Adı çəkilən kreditdən faydalanmaq üçün mənzilin dəyərinin bir hissəsi, əksər hallarda 30-50%-i ödənilməlidir. Ödəniş müddəti fərqlidir: aylıq da ola bilər və ya bina tamamlanana qədər də verilə bilər. Ödənişlər aylıq bərabər hissələrlə və ya müəyyən olunmuş qrafikə uyğun olaraq edilir. 

İlkin ödəniş 40% civarında dəyişir. Hazırda daxili kredit şərtləri sərtləşdirilib ki, bu da həm alıcıların, həm də inşaat şirkətlərinin maddi vəziyyətinin yaxşılaşdığını göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button