Clubhouse nədir?
Əgər alternativ və keyfiyyətli bir sosial media kanalı axtarırsınızsa, son həftələrdə “Clubhouse” adını eşitməmiş ola bilməzsiniz. Özəl otaqlarda səslə ünsiyyət qurabiləcəyiniz, dəvətnamə ilə işləyən Clubhouse nədir? , necə istifadə olunur, başqalarından necə fərqlənir?
Clubhouse nedir? Necə yarandı?
Çoxumuzun sosial media təcrübəsi Facebook, Twitter və Instagram üçbucağı ilə məhdudlaşır. Lakin son vaxtlar bu üçbucaqda yaşamağın getdikcə çətinləşdiyini görürük, çünki yalan və səhv məlumatların yayıldığı sıx və qeyri-adi meydanlarda gəzmək yorucu olur. Bu səbəbdən fərqinə varmasaq da, alternativ gördükdə dərhal buna keçirik. Xüsusilə də son bur neçə həftə di haqqında bəhs edilən Clubhouse bu alternativlərdən biri olmuşdur.
Yalnız dəvət sistemi ilə iOS istifadəçiləri tərəfindən istifadə edilə bilən ” Clubhouse” , Alpha Exploration Co. texnlogiya şirkəti tərəfindən hazırlanmış, səsli söhbət otaqları vasitəsilə qarşılıqlı fəaliyyətə imkan verən bir sosial şəbəkə platformasıdır. Eyni zamanda, tətbiqi istifadə edən bir istifadəçidən dəvət almaq və üzv olmaq şərtdir.
Clubhouse-da -mətn mesajı, şərh, bəyənmə və foto paylaşma, video söhbət yoxdur.
Öyrəşilmiş bir ana səhifə axını olmayan tətbiqdə səsli söhbət otaqları ilə qarşılıqlı əlaqə təmin edilir.
Clubhouse necə istifadə olunur?
Tətbiqdə bir çox otaq var. Clubhouse üzvü olduqda, bir çox sosial media tətbiqində olduğu kimi öz maraqlarınızı qeyd edirsiniz.
Bu otaqlarda ünsiyyət yalnız səslə, danışmaqla baş verir. Yalnız otaqda danışılanları dinləyə bilərsiniz və ya söhbəti idarə edənin icazəsi ilə söhbətə qoşula bilərsiniz.
Clubhouse – a necə üzv olunur?
Hal-hazirda, yalnız iOS istifadəçiləri üçün əlçatan olan tətbiqi əvvəlcə cihazınıza yükləməlisiniz.
İstifadəçi adı seçib SMS-lə hesabınızı təsdiqlədikdən sonra Clubhouse, hesabınızı gözləmə siyahısına salır.
Tətbiqin onsuz da üzvü olan bir istifadəçi bir dəvət göndərirsə, üzvlük prosesi gözləmə siyahısına girmədən tamamlanır.
Üzvlük prosesi başa çatdıqdan sonra səsli qarşılıqlı əlaqə quraraq dinləyici və ya danışan olaraq sizi maraqlandıran müxtəlif mövzularda söhbət otaqlarına qoşula bilərsiniz
Clubhouse – a dəvət kodu
Clubhouse tətbiqetməsinə abunə olmaq üçün proqramı istifadə edən bir dostunuz sizə bir dəvət kodu göndərməlidir. Dəvət kodu olmadan qeydiyyatdan keçə bilməzsiniz. Clubhouse dəvət kodu bir çox form və veb saytlarda, insanlar bir-birini əlavə etməyə çalışırlar.
Clubhouse dəvət kodu nece alınır?
Tətbiqin üzvü olan bir dostunuzdan Clubhouse dəvət kodunu ala bilərsiniz. Və ya Twitter-də axtarış sahəsinə Clubhouse yazaraq burada paylaşılan kodlardan birini əldə edə bilərsiniz. Tətbiqə kodu almaq üçün bu üsullardan başqa yol yoxdur.
Platformanın ən böyük üstünlüklərindən biri onun məşhur insanlar və ixtisaslı mütəxəssislər üçün əlverişli olmasıdır. Belə ki, artıq şirkət rəhbərləri və ya ictimai şəxslər hansısa media qurumuna və jurnalistə müsahibə verməkdənsə, ” Clubhouse” virtual “otaqlar”ına daxil olaraq orada açıqlama verir və onun açıqlamasını söhbət etdiyi şəxslər asanlıqla yaya bilir. Bu səbəbdən platformanın tezliklə media qurumları, ictimai şəxslər və mütəxəssislər üçün etibarlı mənbə rolunu oynaya biləcəyi qeyd olunur.
Clubhouse Android telefonlarda var?
Dəvət sistemi ilə işləyən Clubhouse məhdud istifadəçilərə müraciət edir. Populyarlığı gündən-günə artan tətbiqetmənin Android cihazları üçün də inkişaf etdirildiyi bildirilir