Azərbaycanda gəziləcək yerlər
Azərbaycanda gəziləcək yerlər
Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən sərhəddə yerləşən Vətənimiz Azərbaycan zəngin tarixi, mədəniyyəti, incəsənəti, füsunkar təbiəti, mədəni irsi ilə bütün dünyaya səs salan ölkələrdəndir. Paytaxt Bakının səs-küylü küçələrindən tutmuş, Qafqaz dağlarının gözoxşayan və insan ruhunu sakitləşdirən mənzərələrinə qədər Azərbaycan bu ölkəyə gələn hər bir turistə, eləcə də yerli sakinlərinə unikal və unudulmaz səyahət təcrübəsi vəd edir. Odur ki, gəlin, maraqlı nüansları vurğulayaraq, müxtəlif bölgədən nümunələr gətirərək, bənzərsiz gözəlliklərə ev sahibliyi edən ölkəmizdə mütləq ziyarət edilməli olan yerlərlə birgə tanış olaq.
Küləklər Şəhəri – Bakı
Paytaxt Bakı qədimiliklə müasirliyin təzad tapdığı meqapolisdir. Şəhərin mərkəzində yerləşən və YUNESKO-nun mədəni irs siyahısına salınmış İçərişəhərin dar küçələri və tarixi binaları arasında gəzmək sizi Bakının simvolu olaraq tanınan Qız Qalasına doğru aparacaq. Eyni zamanda, Flame Towers və futuristik Heydər Əliyev Mərkəzi şəhərin müasir memarlıq incəsənətini mükəmməl formada nümayiş etdirir. İndi isə gəlin, son dövrlərdə turistlərin diqqətini daha çox çəkən Bakıda gəziləcək yerlər ilə tanış olaq.
Bakı gəzməli yerlər
- İçərişəhər
- Qız Qalası
- Şirvanşahlar sarayı
- Flame Towers
- Dənizkənarı bulvar
- Botanika bağı
- Nəbatət bağı
- Gənclik Parkı
- Palçıq vulkanları
- Neon İncəsənət Muzeyi
- Müasir İncəsənət Muzeyi
- Miniatür Kitab Muzeyi
- Buz meydançası
- Şah dili
- Zirə Ekoparkı və s.
Qobustan – Qədim qaya sənəti (Azərbaycanda gəziləcək yerlər)
YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustanda tarixin keçmiş dövrlərinə məxsus Azərbaycan həyatına nəzər salan qədim qayaüstü təsvirlər var. Nəhəng yastı daş olan Qaval Daşının qədim rituallar üçün müqəddəs yer olduğuna inanılır.
Gəncə – Poeziya Şəhəri (Azərbaycanda gəziləcək yerlər)
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə poetik irsi və gözoxşayan parkları ilə tanınır. Görkəmli şairimiz Nizami Gəncəvinin adını daşıyan Nizami küçəsi ziyarətçilərin muzeyləri, teatrları və heyrətamiz Nizami məqbərəsini kəşf edə biləcəyi bir mədəniyyət mərkəzidir.
Gəncə gəzməli yerlər
- Nizami məqbərəsi
- Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi
- Zəfər Tağı
- Xan bağı
- Butulka ev
- Cavadxan küçəsi
- Şah Abbas Məscidi
- Çökək hamamı
- Göygöl və Maralgöl
- “Uğurlu xan” karvansarayı
- Art Garden Ganja
Şəki – Qafqazın memarlıq incisi (Azərbaycanda gəziləcək yerlər)
Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Şəki heyrətamiz memarlığı ilə məşhurdur. Mürəkkəb vitraj pəncərələri və incə interyeri ilə Şəki Xan Sarayı uzun illərdir ki, turistlərin buraya axın etmə səbəblərindəndir.
Şəki gəzməli yerlər
- Şəki Xan sarayı
- Şəkixanovların evi
- Şəkinin Dairəvi Məbədi
- “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi
- Kiş Kəndində Kiş Alban Məbədi
- Şəki Karvansarası
- Giləkli Məscidinin Minarəsi
- Qala Divarları
- Xan bağı
- Meşəbaşı Şəlaləsi
- Xudgər Şəlaləsi
- Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi
- Diyarşünaslıq muzeyi
- Sənətkarlar evi
- Tacirlər məhləsi
- Bəxtiyar Vahabzadənin ev muzeyi
- Şirniyyat dükanı
- Bio Garden
- Winter Palace və s.
Qax – Təbiət möcüzəsi (Azərbaycanda gəziləcək yerlər)
Qax Şimali Azərbaycanın heyrətamiz mənzərələri arasında hüzur axtaranlar üçün olduqca ideal yerdir. Bölgədə yerləşən valehedici Qeçreş meşəsi və İlisu şəlaləsi təbiətlə baş-başa unudulmaz səyahət vəd edir.
Qax gəzməli yerləri
- Kürmük Məbədi
- Ulu Körpü
- Sumuq Qala
- Qalaça və ya Şamil Qala
- İlisu kəndi
- Ramramay şəlaləsi
- Mamırlı şəlalə
- Səngər Qala Oteli və s.
Zaqatala – Füsunkarlıq incisi (Azərbaycanda gəziləcək yerlər)
Azərbaycanın şimal hissəsində yerləşən Zaqatala füsunkar təbii gözəlliyi ilə məşhur olan gizli incidir. İstər dağlar qoynunda gəzinti, istər gizli şəlalələri kəşf etmək, istərsə də bölgənin tarixi irsini kəşf etmək cəhətdən Zaqatala Azərbaycanın müxtəlif və füsunkar təbiət möcüzələrinin bir harmoniyada birləşməsidir.
Zaqatala gəzməli yerləri
- Zaqatala qalası
- Zaqatala dövlət qoruğu
- Kas kəndi
- Balakən Parkı
- Kəbəloba qülləsi
- Muxax kəndi
- Kas kəndi
- Cingöz qalası
- Pəri qalası
- Qəbizdərə və s.
Quba – Dağlara açılan qapı (Azərbaycanda gəziləcək yerlər)
Alma bağları və dağlarla əhatə olunmuş Quba Qafqaza açılan qapı rolunu oynayır. Qeçreş meşəsi və heyranedici Qeçreş dağları təmiz havada əsl gəzinti və təbiəti kəşf etmək üçün füsunkar mənzərələr vəd edir.
Qubada gəzməli yerlər
- “Qədim Quba” xalçaçılıq müəssisəsi
- Günbəzli hamam (Çuxur hamam)
- Quba Tarix-Diyarşünaslıq Muzeyi
- 40 pilləkən
- Tağlı körpü
- Qırmızı qəsəbə
- Quba Soyqırımı Memorial Kompleksi
- Qəçrəş meşəsi
- Minarə (Küsnətqazma kəndi)
- Qrız körpüsü
- Xınalıq Tarix-Etnoqrafiya Muzeyi
- Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu
- Xınalıq Atəşgahı (xüsusi icazə ilə)
- Xarıbülbül yüksəkliyi (2783 m)
- Xınalıq–Qalaxudat dağ piyada cığırı
- Pilləkənli dağ şəlaləsi (Gindir dahar)
Xaçmaz – Sahil gözəli (Azərbaycanda gəziləcək yerlər)
Dəniz sahilində istirahət etmək istəyənlər üçün Xəzərin sahilində yerləşən Xaçmaz çimərlikləri və rahat atmosferi ilə əsl tətil zövqü təklif edir. Yaxınlıqdakı Qum kəndində Xaçmaz qalası və Alban xristian məbədi turistlərin diqqətini çəkən mərkəzlərdəndir.
Xaçmazda gəzməli yerlər
- Diyarşünaslıq muzeyi
- Heydər Əliyev Seyrəngahı
- Çənlibel parkı
- Xudat – qala-şəhər
- Nabran
Lənkəran – Çay plantasiyaları diyarı
Valehedici Talış dağlarında yerləşən Lənkəran çay plantasiyaları və subtropik iqlimi ilə tanınır. Ziyarətçilər Lənkəran Çay Evini gəzə və tarixi memarlıq incisi olan Xan Evi ilə tanış ola bilərlər. Eyni zamanda Cənub zonasına daxil olan Lerik, Masallı, Astara şəhərlərinə də səyahət edərək, göz oxşayan gözəllikləri kəşf etmək olar.
Lənkəranda gəzməli yerlər
- Xan Evi
- Xanbulangöl
- Xəzər Lənkəran Mərkəzi Stadionu
- Həzi Aslanovun Ev Muzeyi
- Göyşaban dairəsi
- Zindan qülləsi
- Ərçivan kəndi
- Ləm (yay istirahət yeri)
- Sim kəndi
- Hirkan Milli Parkı
- İstisu
- Təkdam şəlaləsi və s.
Naftalan – Müalicəvi Mərkəz
Həm mülaicəvi həm də gəzinti dolu təcrübələri sınaqdan keçirmək istəyən səyahətçilər müalicəvi neft hamamları ilə məşhur olan Naftalana baş çəkə bilərlər. Yerli quyulardan çıxarılan neftin müalicəvi xüsusiyyətləri olduğu qeyd olunur. Beləliklə, ziyarətçilər burada ənənəvi kurort müalicələrindən istifadə edə bilərlər.
Şamaxı – Tarixi İpək Yolu Şəhəri
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxı İpək Yolunun həlledici dayanacaq nöqtəsi olmaqla tarixin hər dövründə mühüm əhəmiyyətə malik nöqtələrdən biri idi. Qədim məscidləri və sarayları olan Cavad Xan küçəsi şəhərin əzəmətli tarixi mənzərəsini özündə əks etdirir.
Şamaxıda gəzməli yerlər
- Pirqulu kəndi
- Çukuryurd
- Safari parkı
- Şamaxı “Sakit Göl”( “Silient lake”) oteli
- Şamaxı Astrofizika Rəsədxanası
- Yeddigünbəz türbələr kompleksi
- Xalıt şəlaləsi
- Şahdağ qoruğu
- Kələxana türbələri
- Dəmirçi kəndi
- Cümə məscidi və s.
Son olaraq qeyd edək ki, Azərbaycan zəngin mədəniyyətə, tarixə, incəsənət keçmişinə, kulinariya incəliklərinə və s. malik dünyanın əzəmətli ölkələri sırasında yer alır. Yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizin fərqli-fərqli gəzməli-görməli yerləri də vardır. Zaman tapdıqca bölgələrimizi, tarixi abidələrimizi ziyarət etməyi, fərqlilikləri kəşf etməyi tövsiyə edirik.
Həmçinin oxu – Milyonlarla pul qazandıran domen adları