Arıqlamağın yolları və əsl sirləri
Arıqlamağın yolları nələrdir və necə sağlam arıqlamaq olar?
Əksəriyyət insanlar gözəl görünüş üçün arıqlamaq istəyirlər. Amma arıqlamaq təkcə gözəllik üçün deyil, həmdə sağlamlıq üçün lazımdır. Artıq çəkinin və piylənmənin insan sağlığına zərərləri haqda yəqinki çoxumuz məlumatlıyıq. Bu gün arıqlamaq yalniz qadınlarin deyil, həmçinin artıq çəkidən əziyyət çəkən kişilərindən problemidir. Amma bu reallığıda demeliyik ki, qadınlar kişilərə nisbətən daha tez kökəlir.
Çoxumuz arıqlamağın yolları haqqında demək olarki bilmirik. Bəzi insanlar ac qalmamaq və ya idmanla məşğul olaraq arəqlamağı düşünür. Təbii ki, bu belə deyil. Əgər arıqlamağə qərar vermişiksə, bunu mütləq sağlam yolla etməliyik. Birdən birə arıqlamaq həm fiziki görünüşümüzə həm də sağlamlığımıza ziyan vuran bilər. Birdən birə çəki atmaq dəri sallanması və selülitə səbəb ola bilər.
Sağlam şəkildə arıqlamaq üçün mütləq düzgün pəhriz və idman lazımdır. İlk olaraqda təbii ki, özünə inanmaqla başlamaq lazimdi. Sağlam ariqlamağin yollari nələrdir?
Nəcə arıqlamaq olar?
- Əgər aclıq hiss etsəniz su için. Su sizi kökəlməkdən xilas edəcək əsl köməkçidir. Su deyiləndə təbii ki meyvə şirələri və ya enerji içkiləri nəzərdə tutulmur. Gün ərzində təqribən 2litr təmiz adi su için.
- Çalışın yuxu rejiminizi qaydaya salın və kifayət qədər yatın.
- Mütləq yaxşı səhər yemeyi yeyin. Bu sizi gün ərzində tox və enerjili tutacaq və günorta çox acmayacaqsınız.
- Axşamlar gec saatda xüsusəndə yuxuya yaxən heçnə yeməyin. Mədə dolu vəziyyətdə yatmayın.Bu piylənmə üçün gözəl fürsət ola bilər. Bunun evəzinə gözəl musiqi dinləyin. Alimlərin araşdırması göstərirki musiqi dinlərkən və sevdiyimiz yemeyi yeyərkən beynimiz eyni dərəcədə qidalanır və eyni bölgəyə siqnal gedir.
- Tez – tez amma az – az yeyin. Ayaqüstə heçvaxt yemək yemeyin.
- Gün ərzində 3 stəkan yaşıl çay için.Yaşil çay bədəndəki kalorilərin yandirilmasinda çox ehemiyyətlidi.
- Sağlam qidalar yeyin. Qidalanmamizda çöldən hazir yeməkləri yiğişdirin. Tenbəllik etməyin mətbəxə keçib özünüzə sağlam yeməklər hazirlayin.
Sağlam arıqlamaq üçün digər tövsiyyələr.
- Və təbii ki idmanla məşğul olun. Gün ərzində ən azi 10 dəqiqə. Əgər idmana getməyə vaxtiniz və ya hevesiniz yoxdusa bunu evdə televizor izlərkəndə edə bilərsiz.
- Yeməyi tez-tez yeməyin. Çalışın asta – asta fasilə edərək yeyin. Çünki doymaq hissi beyinə 20 dəqiqəyə çatır.
- Qizardilmiş yeməklərdən uzaq durun. Yeməklərinizi qizartmadan və qaynatmadan yeyin. Bunun evəzinə buğlama və sobada bişirmə üsullarından istifadə edin.
- Xəmir yeməkləri (tort, peçenye, keks) və yağlı yeməklərə diqqət edin. Enerjisi yüksək krem, mayonez, çips, sous, qurudulmuş yağli qidalara yaxın getməyin. Bunun əvəzinə meyvə tərəvəzlə qidalanın.
- Çörəyi azaldin əvəzində isə lifli bitkiləri artirin. Paxlali bitkilər(quru lobya, noxud, mərcimək) kəpəkli taxillilar(qara çörək, yarma plovu, makaron) və yulaf ehtiva etdikləri liflər sayesinde mədə də həcm yaradır və uzun müddət tox saxlayir.
- Yağsiz süd məhsullarıni qidalanmadan artirin.
- Ən əsas heçvaxt ümidsiz olmayın. Bacaracağiniza inanın, təbii ki bir neçə ilə və ya aya aldiğiniz çəkini birden bite ata bilmessiz. Bunun üçün vaxt lazim olacaq. Özünüzü yarişda hiss edin və qazanacağiniza əmin olun. Səbrli olun. Tez ariqlamaq üçün sağlamliğiniza ziyan vuracaq derman vəya uzun müddət ac qalmaqdan çəkinin.
- Dietoloq qəbulunda olun və özünüz üçün sağlam “şəxsi” pəhriz hazirlatdirin.