Arayış forması, Arayış nədir?

Arayış nədir? Necə yazılır? Arayış türk mənşəli sözdür.Mənası arama, axtarma deməkdir. Müasi dövrdə isə mənası hüquqi sənəd olub, şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. 

Bir şəxsin hardasa yaşaması,, işləməsi, oxuması, müəyyən obyektin hadisənin yoxlanması haqqında arayış tərtib edilir. Arayışın kimə mə üçün verildiyi göstərilir. Arayşda mə məqsədlə tərtib edilməsidə göstərilir. Arayış müəssisə rəhbəri tərəfindən imzalanır. Arayışın sonunda isə hara üdim olunacağı göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə göstərilir. Arayışlar adətən xüsusi blanklarda yazılır. Arayış sözü kağızın orta hissəsində yazılır. Kağızın sol hissəsində isə idarənin ştampı olmalıdır. Ştampın aşağı sətrində nömrəsi və verilmə tarixi göstərilir. Məzmun hissə bitdikdən sonra müəssisə rəhbərinin imzası, soyadı, titulu qeyd olunur. Arayışın dili xüsusi üslubda olur. Söz sırası pozulur, xəbər əvvəldə olur. Arayış elmə ədəbi dildə yazılmalıdır. Heç bir bədiiliyə emosionallığa yol verilməli deyildir. 

Arayış formalari

➡️ İş yerindən arayış:

is yerinden arayis formasi
is yerinden arayis

➡️ Ailə tərkibi haqqında arayış

Yaşadığınız ünvanda kimin qeydiyyatda olduğunu bilmək üçün lazım olan Forma N2 adlandırılan ( ailə tərkibi haqqında arayış və yaxud yaşayış yeri üzrə qeydiyyat haqqında arayış da deyilir) arayış çox halda gərəkli olur. 

Doğrusu bu arayışı JEK deyə adlandırdığımız mənzil istismar sahələri verir. 

Hal-hazirda bu arayışı ASAN xidmət mərləzlərindən almaq mümkündür. 

Ailə tərkibi haqqında arayış almaq üçün yalnız şəxsiyyət vəsiqəsinə ehtiyac var. Xidmət ödənişsizdir. Heç bir rüsum yoxdur. 

➡️ Tibbi arayış formaları

Hər hansı bir müəssisədə işə girmək üçün tibbi komissiyadan keçərək tibbi arayış almalısınlz. Tibbi arayışı almaq üçün mütəxəssislər tərəfindən tibbi müatinəfən keçməlisiniz. 

Bunların siyahısı gələcək fəaliyyət istiqamətinizdən və şirkətin aid olduğu sahədən asılıdır. 

Tibbi arayış gələcək işə götürən üçün lazımdır. 

Bəzi xəstəliklərin olması insanın istədiyi peşəni və ya müəyyən bir ixtisas üzrə işləməsinə imkan vermir. 

İş üçün tibbi arayışı almaq qaydası

Yaşayış yerində və ya hər hansı bir özəl tibb müəssisəsində yerli terapevt qəbuluna gəlinməlidir. Terapevt müayinə üçün bir təlimat yazaraq sizə sənəd təqdim edəcək.-keçməli olduğunuz həkimlərin siyahısı.

Tibbi arayışda nə qeyd olunur? 

Həkimin hər biri pasiyentin vərəqinə insan sağlamlığının vəziyyəti barədə yazır, qeydlərini yazır və öz möhürü ilə təsdiqləyir. Axırda son nəticə vermək üçün bir terapevtə müraciət edilir. Bunun üçün o, bir insanın keçirdiyi bütün ciddi xəstəliklər, aldığı peyvəndlər və ona reaksiyalar, dərman və peyvənd almağa qoyulan hər ha sı bir məhdudiyyət haqqında tam məlumat olmalıdır. 

     Tibbi arayış forması 

➡️ Elektron arayış

Artıq arayış almaq daha da sadələşib. Elektron Hökumət portalından istifadə edərək lazım olam arayışı tələb edib, elektron formada yükləyə bilərsiniz. 

  Elektron arayışı necə əldə etmək olar? 

Elektron arayış almaq üçün Elektron Hökumət portalından qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi lazımdır. Şəxsiyyət vəsiqəsinə əlavə olaraq şəxsi məlumatları təsdiqləmək üçün güvənlim məqsədi ilə ən azı 3 sənədin məlumatları daxil edilməlidir. Bu sənədlər Xarici pasport və yaxud sürücülük vəsiqəsi, Dövlət Sosi

Rəylər

  1. Salam hörmətli əməkdaşlar.
    Özəl Tibb müəssiəsinə yüksək ixtisaslı əcnəbi həkimin dəvət edilməsi üçün tələb olunan, tibb müəssiəsi tərəfindən verilməli olan həkimin gəlməsinin zəruriliyini əsaslandıran «Arayış» formasının nümunəsini bizə bu emailə göndərməyinizi
    Sizdən xahiş edirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button