Agile Nədir? Agile idarəetmə sisteminin hansı üstünlükləri var?
Müasir dövrdə tətbiqi geniş yayılan Agile Nədir?
Agile Nədir?
Hərfi mənada yanaşsaq, Agile dilimizə çevik, sürətli olaraq tərcümə olunur. Adından da bəlli olduğu kimi, müvafiq metod forması layihələrin idarə olunması zamanı sürətliliyi özündə ehtiva edərək, bizneslərə yeni yanaşma tərzi gətirir. İlkin mərhələdə sadəcə proqram təminatının inkişafı üçün tətbiqi nəzərdə tutulsa da, hazırda bir çox müxtəlif növ layihələrin həyata keçirilməsində və ya təşkilatların idarə sistemində tətbiq olunur. Burada standartlaşdırılmış plan sistemi əvəzinə, sürətli, dəyişikliklərə uyğunlaşma və birgə əmək fəaliyyətinə üstünlük verir. Eyni zamanda, Agile sistemində insan faktorunun əsas nüans olaraq qəbul edilməsi onu digərləri ilə müqayisədə daha uğurlu sistem olaraq önə çıxardır.
Agile Nədir? Agile sisteminin uğurlu olmasının səbəbləri
“Agile Nədir?” sualı ətrafında aparılan müzakirələrdən biri də bu tətbiq metodunun hansı üstünlüklər qazandırmasıdır. Agile sistemində layihələrin idarə olunması zamanı gözdən yayınan səbəblərdən, yaxud buraxılan hər hansısa səhvlərdən dolayı aradan qaldırılmalı olan məsələlərə və ya ümumilikdə həyata keçiriləcək prosedurlara aylarla, illərlə zaman sərf etmək riskindən imtina edilir. Müştəri məmnuniyyəti üçün əməkdaşlara və komandalara etibar edilir.
Hədəflənən nəticə daha sürətli əldə olunur
Ənənəvi idarəetmə sistemindən fərqli olaraq, Agile sistemində ümumilikdə həyata keçiriləcək işlər bir neçə mərhələyə bölünərək icra olunur. Düzgün planlama və zamanın təyin olunması fonunda, həmçinin, iş bölgüsünün komandalar, əməkdaşlar arasında uğurlu paylaşdırılması ilə hədəflərə sürətli şəkildə çatmaq mümkündür. Ancaq ənənəvi sistemlərdə bir planın icrası tamamlanmadan növbəti mərhələyə keçilmir ki, bu isə müasir dövr üçün hər zaman özünü doğrultmur. Məhz, bu səbəbdən Agile metodunun tətbiqi bir çox tərəflərdən müsbət qarşılanır.
Agile sistemində ünsiyyətə önəm verilir
Çevik idarəetmə modelində formalaşan komandalar müvafiq layihənin demək olar ki, hər mərhələsində üzbəüz görüşlər həyata keçirir. Birlikdə əldə olunan və hədəflənən nəticələr müzakirə edilir. Beləliklə, bu formada əməkdaşlıq və kommunikasiyanın qorunması istənilən şəraitdə işlərin qaydasında getməsini təmin edir.
Hər addımda nəticələr izlənilir
Agile metodologiyasının tətbiq olunduğu yerlərdə nəticələr sonuncu mərhələdə ölçülmək əvəzinə, inkişaf prosesinin perspektivliliyi, səmərəliliyi və sürəti müntəzəm olaraq yaxından izlənilir. Müxtəlif tərəflərdən geri-dönüş fikirləri toplanılır.
Komanda üzvlərinin qərarlarına önəm verilir
Ənənəvi sistemlərdən fərqli olaraq Agile metodologiyasında komanda üzvlərinin yaradıcılığına, uzaqgörən ideya və təkliflərinə diqqət yetirilir.
Agile Nədir? Agile metodologiyasını tətbiq etməyin hansı üstünlükləri var?
Günümüzdə nəhəng şirkətlərdən tutmuş kiçik büdcəli markalara qədər bütün biznesləri birləşdirən ortaq dəyərlər vardır. Onlar arasında ən önəmlilərindən biri də, bazarda öz mövqeyini qoruyub saxlamaqdır. Bu isə daim yeniliklərə açıq olmaqdan, müasir standartlara uyğunlaşmaqdan, müştəri rəyini, istəklərini ilk sıralarda saxlamaqdan və s. kimi amillərdən asılıdır. Agile sistemini digərlərindən fərqləndirən cəhətlərdən biri də, odur ki, müvafiq proses müştərinin istəklərinin müştərinin istədiyi zamanda ona çatmasını təmin edir. Ümmilikdə Agile sisteminin tətbiq olunmasının bir çox üstünlükləri vardır ki, onları aşağıdakı kimi sıralamaq olar.
Sürətlilik
Günümüzdə əksər şirkətlərin lider olmasının səbəbi biznes fəaliyyəti zamanı daha qısa zamanda az pul xərcləyərək, daha çox nəticəyə çatmalarıdır. Məhz, Agile sistemində də sürətli fəaliyyət prinsipləri əsasında müvafiq nəticəyə çatmaq mümkündür.
Davamlılıq
Agile metodologiyasında ən vacib məsələlərdən biri fəaliyyətlərin davamlı olmasıdır. Burada proqram təminatçıları, partnyorlar, istifadəçilər və s. daim iş prosesinin əksər mərhələlərində birgə əməkdaşlığa cəlb olunur. Bu üsulla idarə olunan layihələrin davamlı olması təmin edilir.
Artan müştəri məmnuniyyəti və şəffaflıq
Agile sistemi ümumi mühitdəki dəyişikliklərə sürətli uyğunlaşaraq, müştərilər üçün uğurlu həlləri təkmilləşdirməyə şərait yaradır. Nəticədə, müştərilər üçün arzu etdikləri məhsul və ya xidmətlər onlara ən uyğun versiyada və zamanda təqdim olunur. Beləliklə, ən vacib mərhələ uğurla tamamlanmış olur.
Yeniliklərə açıqdır
Agile metodologiyası layihənin bir neçə mərhələlərə bölünərək həyata keçirilməsini ehtiva edir. Burada ən önəmli nüanslardan biri də odur ki, hər mərhələdə müştərilərin istəkləri, bazarda müşahidə olunan dəyişikliklər və s. nəzərə alınaraq addımlar planında yeniliklər tətbiq edilir. Beləliklə, doğru zamanda icra edilən işlər gələcək nəticələrin səmərəliliyini və gəlirliliyini artırır.
Əməkdaşlara dəyər verilir
Fikirlərinə dəyər verilən əməkdaşlar bir sıra qaydalara əməl etmək əmri verilən işçilərdən qat-qat daha məhsuldardırlar. Çevik metodologiya işçilər və rəhbər heyət arasında dəyər anlayışını formalaşdıraraq, pozitiv mühitin yaranmasını, həmçinin, yeni hədəf yollarını kəşf etməyi təmin edir.
Ödənişsiz və səmərəli Agile alətləri hansılardır?
Agile metodologiyasından yararlanmaq baxımdan bir çox alətlər mövcuddur ki, onlar əsasında fəaliyyət göstərmək effektiv olacaqdır. Gəlin, onlardan bəzilər ilə tanış olaq.
ActiveCollab sizə işinizə tam nəzarət imkanı vəd edən idarəetmə proqramıdır. Kiçik bizneslər üçün sərfəli alət hesab olunan bu proqram, həmçinin, istifadə baxımdan da əlverişlidir.
Agilo for Scrum ilə layihənin gedişatı haqqında məlumatlar avtomatik olaraq yeni versiyada təqdim olunur. Buraya daha yaxşı məlumat əldə etmək üçün hesabatlar və qrafiklər də daxildir.
Jira proqramı istər scrum, istərsə də kanban lövhələri cəhətdən komandanının özünəməxsus iş tərzini formalaşdırmaq üçün kifayət qədər çevikdir və məhsuldardır.
Bu metodologiya aləti xüsusi olaraq mobil layihələr üçün nəzərdə tutulub. Özünəməxsus oriyentası ilə istifadəçi dostu hesab edilə bilər.
“Stackify”a məxsus bu pulsuz alət, səhvləri müəyyən etmək və düzəltmək üçün öncədən məlumat təqdim edir.
Monitorinq, səhvlər, qeydlər və s. ilə tamamlanan daha etibarlı həll üçün “Stackify”ın sözügedən proqramı kod səviyyəsində inteqrasiyadan QA-ya və istehsala qədər proqram performansı haqqında məlumat verir.
Agile sertifikatlarını necə əldə etmək olar?
Agile metodologiyasının tətbiq olunduğu layihə, təşkilat və ya şirkətlərdə karyerasına davam etdirmək istəyənlər üçün faydalı ola biləcək sertifikatları təqdim edirik.
PMI-Agile Certified Practitioner (PMI-ACP)
Layihə İdarəetmə İnstitutu (PMI) tərəfindən təqdim olunan bu proqram Agile sistemi ilə çalışan layihələr və ya təşkilatlar üçün nəzərdə tutulmuşdur. İmtahanda iştirak etmək üçün son üç ildə ən azı səkkiz ay Agile sistemi ilə çalışmaq təcrübəsi və ya iyirmi bir saatlıq Agile təlimində iştirak etməyiniz tələb olunur.
Qiymət: qeyri-PMI üzvləri üçün 495 dollar, PMI üzvləri üçün 435 dollar
ICAgile Certified Professional (ICP)
Beynəlxalq Agile Konsorsiumu (ICAgile) tərəfindən təqdim olunan proqram layihələr və ya təşkilatlar üçün hərtərəfli sertifikatlaşdırma kataloqu təklif edir. Agile metodologiyasının əsaslarını başa düşmək istəyənlər üçün ideal seçimdir. Xüsusi imtahan tələb olunmur. Qiymətlər isə kurslardan asılı olaraq dəyişir.
AgilePM Foundation – APMG
AgilePM Foundation sertifikatı layihə menecerləri, Agile layihə meneceri olmaq istəyən komanda üzvləri və AgilePM Practitioner sertifikatını əldə etmək istəyənlər üçün nəzərdə tutulub. Sertifikat almaq üçün imtahandan keçmək tələb olunur.
Qiymət: İmtahan və sertifikatlaşdırma üçün $650
ScrumMaster (CSM)
Agile sisteminin ən məşhur tətbiq istiqamətlərindən olan Scrum sertifikatına sahib olmaq sizə müvafiq konsepsiyaları iş yerində həyata keçirmək üçün xüsusi alətlərlə təmin olunmaq imkanı yaradır.
Qiymət: Kursdan asılı olaraq təxminən 450 və 1150 dollardan başlayır. İmtahan xərcləri kurslara daxildir.
Professional Scrum Master I (PSM I)
PSM I sertifikatını təqdim edən Scrum.org, “Scrum”un həmtəsisatçılarından Ken Schwaber tərəfindən təsis edilmişdir. PSM I Scrum-un əsaslarını və “Scrum”u komandalarda necə tətbiq etməyi öyrədir.
Qiymət: 150 dollar
Təbii ki, müvafiq Agile kursları yuxarıda sadalanılanlarla yekunlaşmır. “Google”da axtarış edərək digər təklif olunan sertifikat əldə etmə proqramlarına qoşula bilərsiniz.
Nəticə (Agile Nədir?)
Son olaraq qeyd edək ki, Agile metodologiyasının tətbiq olunduğu iş mühitləri layihələrin, biznes fəaliyyətlərinin davamlılığını, əməkdaşların çevik və pozitiv iş mühitində çalışmalarını, həmçinin, müştəri məmnuniyyətini təmin edir. Əməkdaşlar bu modeldə daha motivasiyalı işləyir. Beləliklə, müştəri məmnuniyyətinin artması fonunda, şirkətlər üçün gəlirlilik səviyyəsi getdikcə yüksəlir. Odur ki, müasir dövrün tələbləri ilə ayaqlaşaraq, müvafiq idarəetmə sisteminin tətbiqi ekspertlər tərəfindən də tövsiyə olunur.
Həmçinin oxu – MBA Nədir?