Dividend Nədir?
Dividend Nədir?
Dividend Nədir?
Dividend müəyyən bir şirkətin mənfəətinin səhmdarlar üçün nəzərdə tutulan ödəniş formasıdır. Bu şəkildə investorlar səhmlərə sərmayə yatıraraq müntəzəm gəlir əldə edir. Qeyd olunan ödənişlər sahib olunan səhmlərə uyğun şəkildə hesablanılaraq, ödənilir. Beləlikə, dividendlər hüquqi şəxsin öz təsisçilərinin və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Burada müvafiq mənfəət sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra yerdə qalan gəlirin dividend olaraq ödənilməsini ifadə edir. Ən geniş yayılmış dividend növü nağd ödənişlər şəklindədir. Ancaq bəzi şirkətlərin səhmlər şəklində olan dividendlərə üstünlük verdiklərini söyləyə bilərik. Dividendlər adətən aylıq, rüblük və ya il sonunda təqdim olunur. Ödənişlərin həcmi, zamanı, forması və s. kimi digər vacib məlumatlar müvafiq şirkətin direktorlar şurası tərəfindən müəyyən edilərək, əvvəlcədən elan olunur.
Şirkətlər Nə Üçün Dividend Ödəyir?
Şirkətlər müxtəlif səbəblərə görə dividend ödənişlərini həyata keçirə bilər. Əksər hallarda şirkətdaxili maliyyə sabitliyini sübut edərək, investorları əldə saxlamaq və ya yeni sərmayə cəlb etmək üçün bu yoldan istifadə edirlər.
Dividend Nədir? Dividendlər Necə Ödənilir?
Dividendlər adətən səhm sayına əsasən ödənilir. Ən geniş yayılmış ödəniş forması isə nağd şəklindədir. Bir səhm üçün 1 dollara satılan və 25% dividend ödəyən bir şirkətin 100 səhminə sahibsinizsə, sizə 25 dollar ödəniləcək. Nağd dividendlər investora çek formasında və ya sonradan yenidən investisiyaya çevrilə biləcək şəkildə ödənilə bilər. Səhmlərin dividendləri fraksiyalı səhmlərlə ödənilir. Əgər şirkət 5% səhm dividend verirsə, səhmdarlar artıq sahib olduqları hər səhmə görə 0,05 səhm payı üzrə dividend əldə edir.
Dividendlərlə bağlı Vacib Tarixlər
Bəyannamə tarixi – Bu şirkətin dividend ödəniləcəyini elan etdiyi zamandır.
Son tarix – Müvafiq şirkətdən səhm əldə etmək və ya yenidən dividend almaq hüququna malik olmaq üçün son tarix elan edilir. Bu isə birja qaydalarına uyğun olaraq müəyyən edilir.
Qeyd tarixi – Bu investorların dividend almaq üçün diqqətdə saxlamalı olduğu tarixdir. Rəsmi olaraq direktorlar şurası tərəfindən təyin olunur. Adətən keçmiş dividend tarixindən bir gün sonra həyata keçirilməyə başlanır.
Ödəniş tarixi – Səhmdarlara dividendlərin ödənildiyi tarixdir.
Hesablaşma tarixi ticarətin yekunlaşdığı və səhmdarın səhm aldıqları təqdirdə səhmin rəsmi sahibi olduğu və ya səhmləri satdıqları təqdirdə ödəniş aldığı gündür. Adətən alış sifarişi verildikdən iki gün sonra baş tutur.
Şirkətin Dividend Gəlirinin Hesablanması
Dividend gəliri investorlar üçün səhmin gəlirli olub olmadığını müəyyən etmə yollarından biridir. Bu isə səhmin illik dividendi cari səhm qiymətinə bölünərək hesablanır. Beləliklə, əgər bir səhm 100 dollara satılırsa və onun hər səhmə görə illik dividend ödənişi 5 dollardırsa, bu zaman dividend gəliri 5% təşkil edir.
Dividend Nədir? Dividend Növləri
Müasir maliyyə bazarlarında aktiv alətlərdən hesab olunan dividendlər investorlar və emitentlər üçün faydalı gəlir mənbələrindən biridir. Şirkətlərin səhmdarlarına dividend ödəməsi üçün altı dividend növü var.
Nağd dividendlər
Ən geniş yayılmış bu dividend növündə ödənişlər nağd şəkildə birbaşa səhmdarın broker hesabına ödənilir.
Səhm dividendlər
Şirkətlər nağd pul ödəmək əvəzinə investorlara əlavə səhm payları ayıraraq, müvafiq ödənişi tamamlaya bilər.
Dividendlərin yenidən investisiya proqramları (DRIPs)
DRIP proqramlarına qoşulan investorlar əldə etdikləri dividendləri endirimlə şirkətin səhmlərinə yenidən investisiya yatırmaq hüququna malik olur. Ancaq bu mütləq şəkildə edilməlidir deyə, investorlara xüsusi tələb qoyulmur. İnvestorlar dividendləri nağd şəkildə əldə etməyi də seçə bilər.
Xüsusi dividendlər
Şirkətlər tez-tez bir neçə il ərzində toplanmış və cari anda zərurət olmayan mənfəəti bölüşdürmək üçün xüsusi dividendlər buraxa bilər.
İmtiyazlı dividendlər
İmtiyazlı dividendlər müvafiq səhmlərin sahiblərinə təqdim olunur. Bu növ daha çox istiqraz kimi fəaliyyət göstərən səhm növüdür. Dividendlər adətən rüblük ödənilir. Adi səhm üzrə dividendlərdən fərqli olaraq, imtiyazlı səhmlər üzrə dividendlər sabit olur.
Dividend fondları
İnvestisiya yatırmaq üçün fərdi dividend səhmlərini araşdırmaq və seçmək istəməyən investorlar dividend qarşılıqlı fondları və dividend mübadiləsi fondlarına (ETF) üz tuta bilər. Bu fondlar əksər büdcələr üçün əlçatandır.
Nəticə (Dividend Nədir?)
Dividendlər investorlara sabit və uzunmüddətli mənfəət qazanmaq imkanları vəd etdiyi üçün, əlavə gəlir qazanmaq istəyən, yaxud fəaliyyətini genişləndirmək istəyənlər üçün əlverişli üsullardan biridir. Ümumilikdə müasir dövrün təqdim etdiyi maliyyə alətlərindən yararlanmaq istənilən halda böyük təcrübələr qazandırır. Bəzi araşdırmalar edərək məlumatlı olduqdan sonra addımlar atacağınız təqdirdə isə işin içindən qazanclı çıxacaqsınız. Eyni zamanda sahə üzrə peşəkar mütəxəssislərə suallarınızı ünvanlayıb, onların dəstəyindən də yararlana bilərsiniz.
Həmçinin oxu – Master kart nədir və üstünlükləri